10 may 19:43Yazar

Arsen, Bülənt və Tərlan

Əvvəllər Azərbaycan futbolunda maraqlı bir deyim vardı: “Ağasəlim Mircavadov harda, çempionluq orda”. Həqiqətən də eləydi. Cəddinə qurban olduğum Mircavadov 1993-cü ildə qaçqınlıq həyatının ən ağır günlərini yaşayan “Qarabağ”ı Azərbaycan çempionatında birinci yerə çıxarmışdı. Bir müddət sonra “Şəmkir”i ardıcıl iki mövsüm çempion etdi, Çempionlar Liqasında mərhələ adlamağı bacardı. Məhz bu uğurlardan sonra Mircavadov bizim məşqçilər arasında adından söz etdirməyə başladı. Özünə çox doğma olan “Neftçi”yə də Azərbaycan çempionatının qızıl medallarını qazandırdı. “Birlik kuboku”nda erməniləri qabağına qatıb, pərən-pərən salan “Neftçi”ni də o çalışdırırdı. Ardınca da Ağasəlim bəy üzünü ölkənin cənubuna tutdu. “Xəzər Lənkəran” onun rəhbərliyi altında Azərbaycan kubokunu və çempionatın qızıl medallarını muzeyinə apardı. Məhz bütün bunlardan sonra həmin o məşhur deyim dillər əzbəri oldu. Düzdü, indi Ağasəlim bəy bir qədər kölgəyə çəkilib. Vaqif Sadıqovla birlikdə Məşqçilər Komitəsin üçün ayrılmış kabinetdə əyləşir, təqaüdçü həyatını yaşayırlar. Amma tarixdə qalan nəticələri və “Mircavadov harda, çempionluq orda” deyimini heç kim unutmayıb.
Kiçik bir istisnanın olması mümkündü. Daha doğrusu, oxşarlığın. Hadisələrin axarı bunu göstərir ki, Ağasəlim bəyin adıyla bağlı olan həmin o məşhur sözü bir qədər fərqli formada “Sumqayıt”ın sabiq, “Neftçi”nin hazırkı prezidenti Kamran Quliyev barədə deyəcəyik. Təxminən belə bir formada: “Kamran Quliyev harda, Avropa Liqasına vəsiqə orda”. Bəli, əziz oxucular. Məhz belədi. Cənab Quliyev “Sumqayıt”ın rəhbəri idi. “Gənclik şəhəri”nin təmsilçisi premyer-liqada rəqib tanımırdı. Nəinki “Qəbələ”, heç “Qarabağ” “Sumqayıt”a bata bilmirdi. Samir Abasovun çalışdırdığı komanda ölkə kubokunun yarımfinalına yüksəlmişdi, özü də “Qarabağ”ı mübarizədən kənarlaşdırmaqla. Kamran Quliyev bir gün səhər yuxudan oyandı, günorta saatlarında “Sumqayıt”dan “şəxsi istəyi ilə” ayrıldı və üz tutdu “Neftçi”yə.
Həmin “Neftçi”yə ki, avrokuboklarda Azərbaycanı təmsil etmək üçün “Sumqayıt”ın əsas iki rəqibindən biri sayılırdı. Onsuz da “Kəpəz”in sonuncu pillədən qurtulmayacağı çoxdan bəlli idi. “Keşlə”nin də başı öz dərdinə qarışmışdı. “Səbail” üçün isə indidən belə arzularla yaşamaq onsuz da tez idi. Həm də UEFA-nın məlum şərti debütantın avrokuboklarda iştirakı yolunda ciddi əngəl sayılırdı. Deməli, Avropa Liqasında iştirak etmək üçün “Zirə” və “Neftçi” ilə yarışmaq lazım gələcəkdi. Kamran Quliyev “Sumqayıt”ın prezidenti olanda “gənclik şəhəri” təmsilçisi “xalq komandası”nı açıq-aşkar üstələyirdi. Nə oldusa, Kamran Quliyev iş yerini Sumqayıtdan Bakıya dəyişəndən sonra oldu. Sanki Kamran bəy “Sumqayıt”ın gücünü, mübarizə eşqini, avrokubok həvəsini özüylə birlikdə apardı. Obrazlı desək, Quliyev gedəndən sonra “Sumqayıt”ın yanacağı qurtarıb, ağır-ağır irəliləyir, finişə çatması belə inandırıcı görünmür. Doğma meydanda “Səbail”ə uduzan komanda səfərdə autsayder “Kəpəz”lə görüşdə də məğlubiyyətdən güclə qurtuldu. Özü də son dəqiqələrdə.
26-cı turda “Qarabağ”ı məğlub edən “Neftçi” “Sumqayıt”la xalını bərabərləşdirdi. Bu isə o deməkdi ki, “ağ-qaralar” bürünc medallar və Avropa Liqasına vəsiqə uğrunda yarışdığı rəqibin üzərində psixoloji üstünlük də qazandı. Axı, indi “Neftçi” yüksəlişdə olan kimi görünür. “Sumqayıt” isə əksinə, üzüaşağı gedir. Qalan oyunların təhlili də “Neftçi”nin “Sumqayıt”a nisbətən daha şanslı olduğunu göstərir. Düz bir həftə əvvəl sizə təqdim etdiyim yazımda da elə belə də yazmışdım. Onda “Neftçi”nin iki tur sonra “Sumqayıt”ı 3-cü pillədən sürüşdürməsini proqnozlaşdırırdım, sizi də buna hazırlıqlı olmağa çağırırdım. Buyurun, artıq məsələ böyük ölçüdə həll edilib. Qalır kiçik bir addımın atılması. Bütün bunlar isə şəxsən cənab Kamran Quliyevin adıyla bağlıdı. Onu alqışlamaq bizim borcumuzdu. Qısa müddətdə kosmik sürət yığan, böyük yol keçən “Neftçi”nin prezidenti, idarəedicisi, ilham mənbəyi məhz odu!
Mən, sadəcə, bir məsələyə görə çox hörmətli Kamran bəydən narazıyam. Məndən inciməsin, bu narazılığımı onun diqqətinə çatdırım. Səhv etmirəmsə, Amerikada təhsil almış adamdı. Mütərəqqi dünyanın işlərindən, aparıcı klubların siyasətindən, idarə edilməsindən, məşqçilərə münasibətindən xəbərdardı. Yaxşı bilir ki, avropalılar özlərinə peşəkar klub deyirlərsə, klubun ad-sanına da, onu çalışdıran baş məşqçiyə də hörmət qoyurlar. Baş məqşqçinin arxasından iş görmürlər. Klublar Komitəsinin son iclasından sonra özü də deyir ki, hazırda baş məşqçiylə bağlı söz-söhbətin yaradılması, müzakirələrin açılması “Neftçi”yə ziyan vurur. Dildə belə deyir, əməldə isə başqa cür davranır. Belə söhbətlər komandaya zərər vurursa, baş məşqçinin xəbəri olmadan Ceyhun Sultanov nə üçün futbolçuları yığır və toplantı keçirir? Çox yaxın keçmişdə Bülənt Korkmaz “Bakı”dan elə buna görə ayrılmamışdımı? Onda futbolçuları başına toplayan prezidentin sinif yoldaşı yox, doğma qardaşı idi. İndi Əhmədov Korkmaz kimi cəsarət sərgiləmirsə, o demək deyil ki, siz istədiyiniz edə bilərsiz.
Aprelin 20-də Arsen Venger “Arsenal”dan gedəcəyini açıqladı. 22 illik tarix hörmətlə-izzətlə qapandı. Qərar açıqlanandan sonra da Arsen komandanı meydana çıxardı, işini gördü. Siz də bu gün Tərlan Əhmədovu yola salmaq fikrinizi (yaxud belə tapşırığın gəldiyini) açıqlasaz, dünya dağılmayacaq. Ümid edirəm ki, nəzərə alacaqsız!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar