10 may 22:25Yazar

Faktla danışa bilərsiz?

Deyinmək, qara yaxmaq, şər atmaq, özündən Amerika kəşf etmək qanımızdadı. Allah bu milləti elə yaradıb ki, sanki dünyadakı ən pis xüsusiyyətlər canımıza hopub. Biri irəli bir addım atan kimi ayağından çəkirlər. Biri digəri ilə xoş münasibət quranda arxasınca danışırlar. Bir başqası bir az pullanan kimi şər atırlar. Gündəlik həyatda da belədi, işdə də, qohum-qonşuda da, hətta futbolumuzda da.
Son iki turda qeydə alınan nəticələr və bunun nəticəsində turnir cədvəlindəki yerdəyişmələr məmə deyəndən pəpə yeyənə kimi çoxunu dilə gətirib. Özlərini uzaqgörən sayan, əslində futbolun dərinliklərindən uzaq olan bir qrup şəxs çempionat oyunlarında manipulyasiya olduğunu iddia edir. Heç bir əsas, heç bir fakt olmadan. Sözdü də, havaya buraxırlar, uçur. Bunu savadsız azarkeş, yaxud qərəzli biri etsə, dərd yarı. Baxıram ki, böyük əksəriyyət uzun illərdi Azərbaycan futbolunun içindədi, prosesləri yaxından izləyənlərdi. Və bu insanların çempionatın, dolayı yolla klubların imicinə zərbə vurmaqla futbolu gözdən salmaları ürək bulandırır.
Deməli, söhbətin məğzi nədi? Uzaqgörənlərin iddiasına görə “Neftçi”nin irəliləyərək “Sumqayıt”a çatması, həmin “Sumqayıt”ın son 3 turda qələbəyə həsrət qalması kabinetlərdə cızılan planın tərkib hissəsidi. Yəni bu yolla “kimyaçılar”ın Avroliqaya yolu bağlanmalı, əvəzində həmin yerə “Neftçi” sahib olub, ölkəmizi beynəlxalq arenada təmsil etməlidi. Guya bu iş razılaşdırılıb, sumqayıtlılar bilərəkdən xallar itirir.
Sual 1: “Sumqayıt” hansı əsasla 3-cü yeri tutmalıdı? Əlbəttə, iştah dil altındadı, bir komandanın nəyisə arzulaması, ona iddia etməsi normaldı. Amma ortada reallıq var axı. Bu gün həmin “Sumqayıt” büdcəsinə, heyətinə, şəraitinə görə “Neftçi”ylə “Zirə”dən üstündü? Qətiyyən. “Neftçi”ylə “Zirə”nin aparıcı üzvləri legionerlərdi, bir çox oyunların taleyini onlar həll edir. “Sumqayıt”da kim var? Amil Yunanov, Cavid İmamverdiyev, hə, bir də onlara yaxın Tural Axundov. Samir Abasovun komandası çempionatın gedişində, yəni digərləri zədələrdən, daxili çəkişmələrdən əziyyət çəkdiyi dönəmdə yüksəlişdəydi deyə, futbolu yalnız nəticə ilə dəyərləndirənlər bu komandanı dağ başına qaldırmışdı. Az qalırdı “Sumqayıt”ı “Qarabağ”la “Qəbələ”yə tay tutsunlar.
Halbuki çempionat uzun marafondu, uğur qazanmaq üçün heyət geniş olmalı, komandada usta futbolçular yer almalı, bu cür çətin anlardan üzüağ çıxmaq üçün təcrübə olmalıdı. Bu gün “Sumqayıt”da bunların heç biri yoxdu. Rəşad Eyyubov sıradan çıxıb, onun əvəzinə layiqli biri tapılmır. Amil Yunanov 2 oyunu zəif keçirəndə, onun əvəzinə düz-əməlli əvəzləyicisi yoxdu. Cavid İmamverdiyevlə Tural Axundovun fikri təklifləri dəyərləndirməyə qarışıb deyə onları ehtiyatda saxlamaq mümkün deyil. Klub rəhbərliyi bu günə qədər komandanı başına yığıb Avroliqaya vəsiqə qazanmaq üçün mükafatın məbləğini açıqlamayıbsa, futbolçularla sərfəli şərtlər əsasında yeni müqavilə detalları müzakirə olunmayıbsa, nə qoyub, nə axtarırsız? Yenə deyirəm, bu gün “Sumqayıt” bütün cəhətlərdə “Neftçi”dən, “Zirə”dən, hətta “Keşlə”dən geri qalır. Sezar Meza Kollinin təkcə sol ayağının dəyəri “Sumqayıt”ın heyətinin yarısına bərabərdi.
Sual 2: “Sumqayıt”ın dayanıb, yolu “Neftçi”yə verməsini AFFA-dan, SOCAR-dan istəyirlər, hə? Çünki hər iki komandanı dolayı yolla bu qurumlar maliyyələşdirir, hə? Bəs “Keşlə”yə pul xərcləyən kimdi? AFFA-dı da, bunu uşaq da bilir. Arada razılıq varsa və “Neftçi”nin avrokuboklara yolu bilərəkdən açılırsa, 26-cı turda “Neftçi” niyə “Keşlə”yə uduzub, işini çətinə saldı? Niyə AFFA-dan oturanlar Zaur Axundova zəng vurub, “uduzun” tapşırığını vermədi? Belə yol açan idilərsə, “Keşlə” “Neftçi”yə uduzardı, heç kim heç nədən şübhələnməzdi. Yaxud “Sumqayıt”a bilərəkdən uduzmaq, xal itirmək lazım idisə, bunu niyə debütant “Səbail”lə, autsayder “Kəpəz”lə oyunlarda etsin ki? Etmək fikirləri vardısa, çempion “Qarabağ”la, özlərindən 5 qat üstün “Qəbələ” ilə görüşlərdə edərdilər də.
Sual 3: “Sumqayıt” bilə-bilə uduzur ki, “Neftçi” Avroliqaya vəsiqə qazansın, çünki Samir Abasov yayda ikincilərin baş məşqçisi olacaq? Hardandı bu ehtimal, bu futbol nəzəriyyəsi? Dünyanın harasında bir komandanı zirzəmidən çıxarıb, üçüncülüyə yüksəldən, avrokuboklara vəsiqə qazandıran komandanın baş məşqçisini qovurlar? Yəni bu gün Samir Abasov və onun komandası “Neftçi” üçün can yandırırsa, sabah Tərlan Əhmədov heç yerə getməsə, nə olacaq?
Danışırsız, yazırsız, amma hansı səhvə yol verdiyinizin fərqində deyilsiz. Əlinizdə sübut-dəlil olmadan klubların, çempionatın, ölkə futbolunun imicinə zərbə vurursuz. Bu işdə günahın böyük hissəsi AFFA-nın, PFL-in, klublarındı. Fakt olmadan ağlına gələnləri, tum satanın ehtimallarını yazanlar var e, hamısını bir qutuya qoyub verərəm məhkəməyə. Ortaya fakt qoymadan yaxalarından əl çəkmərəm. Bu cür söz-söhbətlərin qarşısını almaq üçün başqa çıxış yolu yoxdu.
Yetər, bəylər. İnsanları futboldan iyrəndirməyin. Bildiyiniz konkret nəsə varsa, deyin, biz də arxasınca düşək, günahkarların canını alaq. “Məncə, belədi. Filankəs deyir, elədi” ehtimalları əsasında adamlarda mənfi fikir formalaşdırmaqla nəsə əldə etmək mümkün deyil. Yuxarıda göstərdiyim faktlar var ha, siz də o faktlardan göstərin.
P.S. “Qarabağ”la “Zirə” də qardaş idi, nə oldu?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar