06 may 14:22Yazar

Əfəllər...

...və ya Hüseynzadənin savadsızlığı
Avroliqaya iddialılar olduqca çətin dönəmə qədəm qoyub. Üç vəsiqə uğrunda 5 komandanın “qollarını çırmaladığını” düşünəndə, son 3 turun gərginliyini təsəvvür etmək çətin deyil. Bu dəqiqə gözlər “Neftçi”yə dikilib. “Qəbələ” işini böyük ölçüdə həll edib. “Sumqayıt”ın üzərində təzyiq çoxdu, hətta vəsiqə olmasa belə, bu, ciddi müzakirələrə səbəb olmayacaq. “Zirə” 11 oyundu qələbəyə həsrətdi, klubdakıların tükləri də tərpənmir. Rəhbərlik Ayxan Abbasovun arxasında dayandığını açıq şəkildə bəyan edir. “Keşlə”də hər şey məlumdu. Kubokun finalında “Qəbələ”ni, həm də rəqibə doğma olan meydanda məğlub etməyə bəlkə də futbolçuların özləri də inanmır. Ona görə də gözlər “Neftçi”yə dikilib.
Hər şeydən əvvəl ölkənin ən köklü, üzdə olan klubudu. Adi masajçı işdən çıxanda belə hay-küy qopursa, görün mövsümün vəsiqəsiz yekunlaşması nə deməkdi. Tərlan Əhmədovun dönəmində kifayət qədər inamlı təsir bağışlayan kollektivin Avroliqaya iddia etməsi başadüşüləndi. Həmin “Neftçi” ki, ötən mövsüm mükafatçılar sırasında yer almamış, təmsilçilərimizin avrokubok görüşlərini kənardan izləmişdi. Növbəti belə uğursuzluq qəbul olunmayacaq. Üstəlik ələ belə bir imkan düşmüşkən.
Hazırda 4-cü pillədə yer alan “ağ-qaralar”ı özündən əvvəlki “Sumqayıt”dan və özündən sonrakı “Zirə”dən 2 xal ayırır (yazı “Kəpəz” – “Sumqayıt” matçından əvvəl yazılıb). Yəni heç nə mümkünsüz görünmür. “Bürünc”ə sahib çıxmaq daha çox səy göstərmək lazım gəlirsə, 4-cü pilləni əldən verməmək üçün diqqətli olmaq gərəkir. “Neftçi”nin sabahkı rəqibi “Qarabağ”dı. Deyək ki, bakılılar rəqib meydanında son 5 ilin çempionuna boyun əydi. Digər qarşılaşmalarda qeydə alınan nəticələr də turnir cədvəlinin ortasında sıxlıq yaradacaq. Belədə gözlər dikilir son 2 tura.
Həmin tur ki, “Neftçi” “Səbail”i “Bakcell Arena”da qəbul etməliydi. Di gəl ki, ilin 12 ayını təmirə bağlanan bu arenanın qapıları yenə qıfıllanıb. “Neftçi” məcburdu rəqibini başqa stadionda qəbul etsin. Məsələn, “Əlincə Arena”da, “Dalğa Arena”da, “Bakı”nın təlim-məşq bazasında. Niyə bu üçü? Çünki təbii qazona sahibdilər, süni örtük deyil. Yəni “Neftçi”nin futbolçularına doğma və rahat olan qazondu.
Amma qarşılaşma “Səbail”in ev oyunlarını keçirdiyi “Bayıl Arena”da baş tutacaq. Və bu o deməkdi ki, “ağ-qaralar” cari mövsümdə üçüncü dəfə debütantın qonağı olacaq. Çünki razılıq belə olub. Deməli, 2-ci turda “Bayıl Arena” hazır olmadığından, “Səbail” “Neftçi”ni “Dalğa Arena”da qəbul edib, yəni ev sahibi olub. 8-ci turda “Bakcell Arena”qışa hazırlıq məqsədi ilə təmirə bağlananda isə “Neftçi”nin qadasını aldığım sabiq prezidenti Orxan Hüseynzadə “Səbail” rəhbərliyindən xahiş edib ki, bəs oyunların yerini dəyişək, yenə siz ev sahibi olun. Razılaşıblar, amma bir şərtlə ki, 4-cü dövrədəki oyun “Bakcell Arena” təmirə bağlanacaq deyə “Bayıl Arena”da baş tutar. Yəni 2-ci, 8-ci və 27-ci turlarda “ağ-qaralar” bu rəqibi ilə səfərdə oynamış olur. Yalnız 3-cü dövrəyə təsadüf edən qarşılaşma “Bakcell Arena”da keçirilib ki, meydan sahibləri qələbə qazanıb.
“Neftçi” növbəti tur “Bayıl Arena”da meydana çıxacaq və ev sahibi funksiyasını daşıyacaq. Anlamsız, heç bir məntiqə sığmayan bir şeydi. Meydan sahibi olacaq, birinci “Səbail”in yox, “Neftçi”nin adı yazılacaq. Hə, nə olsun? Bəs Bakı kəndlərindən “Bakcell Arena”ya gəlməyə adət etmiş azarkeşlər? Onlar üçün Bakının o başından bu başına gəlmək üçün nəqliyyat vasitəsi ayrılacaq? Bəs “sintetika”ya nifrət edən futbolçular? “Neftçi” ev sahibi olacaq deyə süni örtüyü təbii qazona dəyişəcəklər? Yoxsa “Səbail” – “Kəpəz” görüşündə qonaqların üç futbolçusunun zədələnməsi kimi, bu dəfə “Neftçi”nin oyunçuları xəstəxanalıq olacaq?
Bu qərarın verilməsi, nə bilim, bu cür razılığa gəlinməsi ağılsızlıqdan, futbol savadsızlığından başqa bir şey deyil. 2-ci turda yerdəyişmə edib rəqibin meydanına gedəsən və 27-ci turda evdə keçirməli olduğun oyun yenə rəqibin stadionunda baş tutsun. “Neftçi” boyda klubun əfəllənməsi, gülməli duruma düşməsi ürək ağrıdır. Amma bu işdə günahkar nə mənəm, nə hər oyunda səsi batan azarkeş, nə də siz oxucular. Günah təsadüfən “Neftçi”yə rəhbər təyin olunan, qardaşlığı futbol prinsiplərindən üstün tutan Orxan Hüseynzadə kimilərdədi.
İnanmıram ki, arada rəsmi razılıq sənədi olsun. Mütləq ki, məsələ iki klub rəhbərlərinin söhbəti əsasında həll olunub. Ona görə də gec deyil. Kamran Quliyevlə Ceyhun Sultanov “Səbail” rəsmiləri ilə danışmalı, Orxan Hüseynzadənin savadsızlığını etiraf edib, yeni təklifdə bulunmalıdı. Həmin təklif isə “Əlincə Arena”, “Dalğa Arena” və “Bakı”nın təlim-məşq bazasıdı. Heç bir halda “Bayıl Arena” yox! Əfəlsiz?
Люди кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:06 İdmanımızı böhrandan necə xilas edək? Bu gün, 14:04 Rapiddə alınmadı, blitsə bel bağlayır Bu gün, 13:45 Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək Bu gün, 13:44 “Keşlə”ni Nyonda “Neftçi” rəsmisi təmsil edib Bu gün, 13:43 Futbolçunu döyən məşqçi "Qəbələ"dən qovuldu Bu gün, 13:42 “Neftçi” vətəni tərk etdi Bu gün, 13:40 Amil Yunanov “Keşlə”ni Avroliqaya görə seçib Bu gün, 13:36 İlqar Qurbanov rəqibi kiçiltməməyin tərəfdarıdı Bu gün, 13:35 PFL yeni mövsümün start tarixini açıqladı Bu gün, 13:32 Şeydayev gələn həftə “Mattersburq”a qoşulacaq Bu gün, 13:30 “Qarabağ”ın güclü qapıçıya ehtiyacı var Bu gün, 13:29 “Olimpiya” ilə oyunların başlama saatı açıqlandı Bu gün, 13:27 "Sumqayıt"ın yay hazırlıq planı açıqlandı Bu gün, 13:26 "Keşlə" Sohnanı saxladı Bu gün, 13:24 Transfer dosyesi Bu gün, 13:22 VAR-ın müsbət və mənfi yönləri Bu gün, 13:19 "Səbail"də makedoniyalı məşqçi Bu gün, 13:16 Orxan Aydın istirahəti yığmadan üstün tutub Bu gün, 13:15 Səbinə Mikina DÇ-də iştirak edəcək Bu gün, 13:14 Rauf Məmmədov ukraynalı şahmatçıyla nişanlandı Bu gün, 13:13 Millimizdən inamlı start Bu gün, 13:11 Billiat qərarını verdi Bu gün, 13:10 “Kapital Bank Arena”da hədiyyə payladılar Bu gün, 13:06 Argentina “Çaynataun”a yığışanları üzdü Bu gün, 13:03 BOS-da DÇ-nin yalnız bir oyunu göstərilib Bu gün, 13:01 Bakı Futbol Liqasından əla fürsət! Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu Bütün xəbərlər
Ən çox oxunanlar