03 may 22:20Yazar

“Sumqayıt”ı kim yıxdı?

Düz 11 məğlubiyyətsiz oyun. Yetərincə ciddi rəqəmdi. Topaz premyer-liqasında yalnız “Qarabağ” bu göstəriciyə görə “Sumqayıt”dan öndədi. Bu da təəccüblü deyil. “Qarabağ” ardıcıl beş dəfə Azərbaycan çempionu adını qazanıb, heyətinə görə ölkədə tayı-bərabəri yoxdu. Avrokuboklardakı təcrübə də öz yerində. “Sumqayıt” isə bu məğlubedilməzlik mifini belə dağıtmağı bacarmış, “köhlən atlar”ı kubokda mübarizədən də kənarlaşdırmışdı. Hamı “Sumqayıt”ın bu yüksəlişindən danışırdı. Haqlı idilər, Samir Abasov və onun güvəndiyi futbolçular ölkə miqyasında ciddi uğura imza atmışdı.
Təsadüfi deyildi ki, millinin martdakı toplanışına “Sumqayıt”ın az qala bütün aparıcı futbolçuları dəvət aldı. Qurban Qurbanov “gözaltı etdiyi” futbolçuları bir də milli səviyyəli oyunda görmək istədi. Amil Yunanov da, Cavid İmamverdiyev də, Tural Axundov da bu dəvətə layiq olduqlarını meydanda göstərmək üçün əllərindən gələni etdilər. Sanki bununla da hər şey bitdi. Nə oldusa, məhz millinin toplanışından sonra oldu. Aprel “Sumqayıt” üçün yaxşı başlamadı. “Gənclik şəhəri”nin təmsilçisi əvvəlcə ardıcıl iki turda qələbəyə həsrət qaldı. Qəbələdə yerli komandayla 1:1 hesabıyla bitən heç-heçəni normal qarşılamaq olardı. Onsuz da “qırmızı-qaralar” “Sumqayıt”la görüşün favoriti sayılırdı. Amma növbəti turda “Neftçi” ilə oyundakı xal itkisi “Sumqayıt” üçün heç də xoş deyildi. Çünki “xalq komandası” 3-cü yer uğrunda mübarizədə “gənclik şəhəri” təmsilçisinin iki əsas rəqibindən biridi. “Neftçi”ni səfərdə məğlub etməklə “Sumqayıt” avrokuboklarda iştirakını böyük ölçüdə rəsmiləşdirə, əsas rəqiblərindən aralana bilərdi. Onlar bunu bacarmadı.
Uğursuzluq ölkə kubokunda da davam etdi. Baxmayaraq ki, çoxları “Sumqayıt”ın “Keşlə”ni asanlıqla məğlub edəcəyini, kubokun finalına yüksələcəyini söyləyirdi. Premyer-liqada rəqib tanımayan, məğlubedilməz komanda elə bu cür də etməyə borclu idi. Amma ehtimallar doğrulmadı. “Keşlə” “Sumqayıt”a çoxdan unutduğu məğlubiyyətin acısını daddırdı. Üç gün sonra çempionat qarşılaşmasında “Keşlə”ni üstələyən “Sumqayıt” bu qəhrəmanlığını yarımfinalın cavab görüşündə təkrarlaya bilməyincə, finala yüksəlmək arzusunun da üzərindən xətt çəkdi. Final arzusunun puç olması “Sumqayıt”ın qələbə həvəsini, mübarizə eşqini, motivasiyasını azaltdı. Məsələ ondadı ki, komanda həmin fiaskodan sonra ardıcıl iki tur məğlubiyyətlə barışdı. Artıq “Sumqayıt”ın bürünc medalları qazanacağını, avrokuboklarda iştirak edəcəyini əvvəlki kimi əminliklə söyləmək olmur. Samir Abasov özünün və komandasının işini xeyli qəlizləşdirib, şanslarını azaldıb. Əvvəllər əmin addımlarla irəliləyən, meydanda 90 dəqiqə savaşan, ortabab futbolçuları milli səviyyəsinə qədər yüksəldən komanda indi zəifləyib, əzəmətini itirib.
Bəs “Sumqayıt” niyə yıxılıb, “gənclik şəhəri”nin məğlubedilməz komandası nədən bu vəziyyətə düşüb? Səbəblər müxtəlifdi. Hamısı da tutarlı. AFFA-nın baş katibi Elxan Məmmədov öz sevimli kadrı Kamran Quliyevi hələ fevralın ortasında “Sumqayıt”dan “Neftçi”yə gətirməklə çox ciddi ismarıc vermişdi. Bu addım o demək idi ki, AFFA-da oturub, Azərbaycan futbolunu idarə edənləri “Sumqayıt”dan daha çox “Neftçi”nin uğurları maraqlandırır. Onlar üçün “Sumqayıt”dansa, “Neftçi”nin avrokuboklarda iştirakı vacibdi. Çünki “Sumqayıt”ın inkişafına və uğurlu çıxışına görə eşidəcəkləri təriflər “Neftçi”ni batırdıqlarına görə deyilənlərin yanında heç olacaqdı. Buna görə də bir əldə iki qarpız saxlamaqdansa, diqqəti paytaxta yönəltdilər, səylərini “ağ-qaralar” üçün birləşdirdilər. İstənilən halda “Neftçi”nin “Sumqayıt”dan “yağlı tikə” olmasına, diqqətləri daha çox öz üzərinə çəkməsinə heç kim şübhə etməz. Elə bu səbəbdən də “Sumqayıt” “Neftçi”yə qurban verilməliydi. Əvvəlcə prezidentini əsas rəqibin düşərgəsinə ezam etdilər. Amma söz-söhbəti gücləndirməmək üçün “Sumqayıt” həmin ərəfədə “Neftçi”ni üstələdi. Bu həm də cəmiyyətə ismarıc idi. Guya ki, çempionatda “təmiz” mübarizə gedir, onlar üçün “Sumqayıt” da “Neftçi” qədər əzizdi. Hesab edək ki, həmin oyunda “gənclik şəhəri” təmsilçisinin qazandığı üç xalın əvəzi 25-ci turda “Səbail”ə uduzmaqla çıxıldı.
Diqqət yetirdizsə, bir müddət əvvəl Samir Abasov da ardıcıl mesajlar verirdi. Gah maaşının azlığını dilə gətirir, gah da açıq şəkildə mövsümün sonunda “Sumqayıt”da olmaya biləcəyini deyirdi. Abasovu yaxşı başa düşürəm. “Yuxarılar”a “mən bu qiymətə layiq məşqçi deyiləm” sözünü eşitdirdi, qiymətini yüksəltmək arzusunu ortaya qoydu. Paralel olaraq, dövriyyəyə “Zirə” və “Qəbələ” ilə bağlı iddialar buraxıldı. Yəni ki, oyanın, kadrınız qarşı tərəfə gedir və orda sizə (klublarınıza) qarşı amansız olacaq. Pərdə arxasında hansı oyunların getdiyini tam dəqiq bilməsək də, görünən odu ki, “Sumqayıt”ın taleyi ilə artıq Samir Abasovu da barışmağa məcbur ediblər. O da yaxşı başa düşür ki, filmin sonuna çox qalmayıb və məsələlər ondan çox-çox yuxarıda həll olunub. Uşaq gözü ilə baxdığı Riad Rəfiyevlə birlikdə gələcəyi bəlli olmayan komandada uzun müddət vaxt itirməyə, təkbaşına döyüşməyə dəyməz. Daha böyük işlərin qulpundan yapışmaq, daha çox pul qazanmaq lazımdı. Buna görə onu qınamaq da olmur.
İki tur sonra “Neftçi” “Sumqayıt”ı 3-cü pillədə əvəzləsə, buna təəccüblənməyin. Futbolçular da baş məşqçi kimi artıq başqa xəyalların ardınca uçmaqdadılar. “Sumqayıt”ı yıxıblar, özü də bilə-bilə, məqsədyönlü şəkildə!
Народ кто хочет играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Bu gün, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Bu gün, 13:51 Turun statistikası Bu gün, 13:43 Turun məşqçisi Bu gün, 13:38 Turdan məqamlar Bu gün, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Bu gün, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Bu gün, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Bu gün, 13:32 DÇ-yə hazırlıq başladı Bu gün, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Bu gün, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Bu gün, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Bu gün, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Bu gün, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Bu gün, 01:00 Moskvadan gələn var... Bu gün, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Bu gün, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Bu gün, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Bu gün, 00:53 PFL medalçıların siyahısını açıqladı Bu gün, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Bu gün, 00:49 Turun oyunçusu Bu gün, 00:48 Turun sitatı Bu gün, 00:46 Hakimlərin mühakiməsi Bu gün, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Bu gün, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Bu gün, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Bu gün, 00:38 Transfer dövləri açıqlandı Dünən, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar