12 fev 16:10Yazar

Tərlan Əhmədovun motivasiyası

Son günlər AZAL-ın adı gündəmdən düşmür. “Təyyarəçilər” gah stadionunun yararsız süni örtüyü, gah da hakimlərin onlara qarşı verdiyi yanlış qərarlar ilə diqqət mərkəzindədi. İşləri həqiqətən də çətindi. Hər şeydən əvvəl işin psixoloji tərəfi var. Onsuz da yaxşı vəziyyətdə olmayan AZAL üçün mövsüm gözləniləndən də pis başladı. İlk turda “Neftçi”yə qarşı əzmkar oyunu, ən azı bir xal qazanmaq istəyini hakimlər “təyyarəçilər”in gözündə qoydu. Baş rolda isə Ramil Diniyev idi. Həmin Diniyev ki, ötən “futbol ili”ni onun yanlış qərarıyla başa vurmuşduq. Diniyevin Şüvəlandakı oyunun həlledici məqamında baş hakim Rəhim Həsənova kömək etməməsi bir çox qaranlıq məqamlardan xəbər verirdi. Bu “incə mesaj” o demək idi ki, il AZAL üçün çox ağır keçəcək. Bunun fonunda dirçəlmək, həm yoxsulluqla, həm hakimlərin və “qara qüvvələr”in təzyiqi ilə, həm də qat-qat zəngin və güclü rəqiblərlə mübarizə aparmaq çətin məsələ idi. Təsəvvür edin, uzun və yorucu bir marafona çıxmısız. Rəqiblərin hamısının sizdən daha yaxşı şəraitə malik olduğunu, vitamin qəbul edib qidalandığını, kənardan da dəstəkləndiyini bilirsiz. Elə startdaca sizə badalaq vururlar və bütün rəqiblərdən geri düşürsüz. Bundan sonra onları haqlamaq, kimisə ötməyi bacarmaq heç də asan deyil. Tərlan Əhmədov və onun komandası hazırda belə vəziyyətdədi.
Başqa bir problem isə komandanın doğma evinə çevrilən Şüvəlandakı stadiondu. Yararsız meydança ilk baxışdan üstünlük kimi görünür, rəqiblər AZAL-la oyun gələndə keyfiyətini itirmiş örtükdə zədələnməkdən ehtiyatlanırlar, maksimum özlərini qorumağa çalışırlar. Biranlıq harda oynadığını unudanın, ayağını yerə bərk basanın aqibəti isə Dani Kintana kimi olur. Amma unutmaq lazım deyil ki, eyni çətinlik AZAL-ın futbolçuları üçün də var. Üstəlik, onlar bu “dəmir örtüyün” üzərində təkcə 90 dəqiqə ərzində qaçmırlar, həftə ərzində məşqlərini də orda keçirlər. “Təyyarəçilər” də zədələnmək qorxusu yaşayır, onların da əzələləri elastikliyini itirmiş, betona bənzəyən bu süni örtüyün üzərində gücə düşür, ayaqları yorulur. Digər yandan da AZAL meydanın ortasında tək buraxılmış, sahibsiz uşaq təsiri bağışlayır. İş o yerə çatıb ki, açıq-aşkar haqsızlığa uğradıqları oyunlarda belə komandanın baş məşqçisi Tərlan Əhmədov ağzına su alıb susur, üsyan etməyin, narazılıq bildirməyin faydasız məşğuliyət olduğuyla razılaşmış kimi görünür. Çünki AZAL-ın sahibinin kim olduğu, rəhbərliyin məsələlərə hansısa formada təsir etmək həvəsi hiss edilmir. Əhmədov da başından aşan problemlərin içində bir də AFFA və PFL ilə üz-göz olmaq, hakimlərə savaş elan etmək, başını bir də belə işlərlə ağrıtmaq istəmir. Bax, məsələnin maraqlı tərəfi də budu.
AZAL Peşəkar Futbol Klubu eyniadlı Səhmdar Cəmiyyətə lazım deyilmi? Təyyarələri dünyanın dörd bir yanına uçan, Azərbaycanda özünə rəqib tanımayan, xarici şirkətləri də ölkə bazarına buraxmayan Cahangir Əsgərov niyə “təyyarəçilərini” taleyin ümidinə buraxıb, onların dərd-səriylə, problemləriylə maraqlanmaq istəmir? Tutaq ki, İslam Həmrəyliyi Oyunlarının hesabına “AZAL Arena” təmir olundu, klubun problemlərindən biri azı 2-3 il müddətinə öz həllini tapdı. Sonra necə olacaq? Bu sualın cavabını kimdən öyrənə bilərik? Axı təkcə süni örtüyün dəyişdirilməsiylə AZAL-ın problemləri bitməyəcək. Zaman sübut edir ki, yarımcan heyətlə, təcrübəsiz gənclərlə, xaricdə heç kimə lazım olmayan, vaxtı keçmiş legionerlərlə uzağa getmək mümkün olmur. Lap epizodik hallarda uğura yaxın olsan, xallar qazansan belə, bunu davamlı etmək, komandanı ortababa çevirmək mümkün deyil. Mükafatçılar sırasına düşmək bir yana, autsayderlərin sıralarında olmamaq üçün komanda normal hazırlıq keçməli, ondan da əvvəl təcrübəlilərlə gənclərin sintezindən yaxşı heyət formalaşdırılmalıdı. AZAL-ın son iki-üç mövsümdə ən parlaq futbolçusu Rail Məlikov olub, onu da “Sumqayıt” çox asanlıqla Şüvəlandan “oğurlaya” bildi.
Həqiqətən də Tərlan Əhmədovun işi çox ağırdı. Əlinin altında nə düz-əməlli heyət var, nə də arxasında duran rəhbərlik. Bir çalışdırıcı üçün bundan ağır, arzuolunmaz nə ola bilər? Sanki futbolçu vaxtlarında olduğu kimi bəxtsizlik onu qarabara izləyir. O vaxtlar qapıya gedən toplar son anda onun ayağına dəyir, Əhmədovun adı protokola avtoqol müəllifi kimi yazılırdı. İndi də bəxtinə AZAL-ın ən ağır vaxtları düşüb. Durumun yaxşılığa doğru dəyişəcəyinə zərrə qədər də inam yoxdu. Belə olan halda Tərlan bəyin özünə necə təskinlik verməsi, işinə can yandırmaq üçün özünü necə motivasiya etməsi mənə çox maraqlıdı. Ən azı bu mübarizə əzminə, ruhdan düşməməsinə görə onu alqışlayıram. Allah sizə səbr versin, Tərlan bəy!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar