30 apr 13:47Yazar

Sənə bu yaraşır, “Qarabağ”!

Birvaxtlar “İnter”lə “Simurq”un qardaşlığından danışılardı. “Rəhmətlik” Beynəlxalq Bankın himayəsində olan bu iki komanda arasındakı əfsanlər dillər əzbəri olmuşdu. İlk dönəmlərdə aradakı qardaşlıq bağlarını gizli saxlamağa çalışsalar da, sonradan legionerlərin verdiyi müsahibələr zamanı olanları dilə gətirməsi “paxır”ın üstünü açırdı. Yazıqlar nə biləydilər ki, qardaşlığı gizli saxlayan rəhbərlər özlərini saf su kimi aparır, futbola maliyyə yatırtmaqda məqsəd “qara pulları yumaqdı”. Qısası, əməlli-başlı bazar idi. İndi olmasın. Yeri gəlmişkən, Allah “İnter”ə də, “Simurq”a da qəni-qəni rəhmət eləsin. Belədi də, haram çörək əvvəl-axı boğazda qalır, haqq-ədalət yerini tapır.
Son üç ildə yeni deyim ortaya çıxıb: “Qarabağ”la “Zirə” qardaşdı”. Nə var ki, “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun “qartallar”ın rəhbərləri ildə xoş münasibəti var. Klub yeni yarananda futbola marağı olan, amma bu oyunun incəliklərindən xəbərsiz şəxslər Sadıqovun təcrübəsindən yararlanmaq istəyib, məsləhət alıblar, klubun inkişafı üçün hansı siyasi yolun seçilməsi haqda soruşublar. Və bu haqda xəbər tutan insanlar – jurnalistlər, azarkeşlər, hətta futbol təsərrüfatında çalışanlar Rəşad Sadıqovla “Zirə” rəhbərliyinin dost münasibətini iki klub arasındakı mümkün danışıqlarla əlaqələndirirdilər. Açığı, bəzən özüm də elə şeylər eşidirdim ki, inanmamaq, sadəcə, mümkünsüz olurdu.
Çempionat finişə yaxınlaşır. Çempionun adına aydınlıq gəlsə də, ölkəmizi Avroliqada təmsil edəcək komandaların adları qaranlıq qalıb. 3 yerə 5 namizəd var deyə, hamı hadisələrin sonrakı axarını gözləyir. Bizdə adətdi axı, birinin ayağı dara düşəndə, dost-tanışı sonrakı uğursuzluq üçün erkən bəhanələr hazırlayır ki, iş-işdən keçəndən sonra gec olmasın. Avroliqa uğrunda əsas mübarizə “Qəbələ”, “Sumqayıt”, “Zirə” və “Sumqayıt” arasında gedir deyə, özünü uzaqgörənlər fərziyyələr uydurmağa başlamışdılar.
Guya “Qarabağ” “Zirə”nin avrokuboklardan kənarda qalmaması üçün hər şey edəcək. Bunun üçün ağdamlılar “Sumqayıt”ı məğlub edib çempionluğunu rəsmiləşdirəcək, sonrakı turda “Zirə”ylə matçda xal itirib, qəsəbə təmsilçisinin üzünün gülməsinə çalışacaq. Odu ki, “Zirə” – “Qarabağ” oyunu səbirsizliklə gözlənilirdi.
Nə oldu, bəylər? Ehtimallarınız, uzaqgörənliyiniz özünü doğrultdu? Münəccim olduğunuzun fərqinə vardız? “Qarabağ” bilərəkdən zirəlilərə uduzmalıydı, ən pis halda xal itirməliydi, hə? İlk hissədə meydan sahibləri iki yüzfaizlik qol şansını boşa verəndə, yanındakına “ay brat, mən nə demişdim” sualını verənlər, gümanlarınızda yanıldığınızın fərqinə vardız? Əmin olduz ki, “Qarabağ”la “Zirə” qardaş deyil? “Qarabağ”ın ikinci qolundan sonra kameraların obyektivinə tuş gələn Rəşad Sadıqovu gördüz? Şəxsən gördüm, komandasının qələbə topuna görə gözlərindən alov çıxırdı, sanki Miçelin vurduğu qolu səbirsizliklə gözləyirmiş kimi sevinirdi.
Dünənki zəfər təkcə “Qarabağ”ın qələbəsi deyildi. O qələbə həm də “Qarabağ”la “Zirə” haqda dolaşan dostluq fərziyyələrinin üstündən çalın-çarpaz xətt çəkilməsi demək idi. Bravo, “Qarabağ”ın meydanda can qoyan futbolçuları! Bravo, Rəşad Sadıqov! Bravo, Qurban Qurbanov! Belə davam edin. Sizə bu yaraşır.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:30 “Qüvvələr nisbəti bərabər deyildi” Bu gün, 12:28 Basketbol Federasiyası bəyanat yaydı Bu gün, 12:26 Qadzenin transferi yaya qaldı Bu gün, 12:24 Mütəxəssislər Roberto Bordinin qərarına hörmət edir Bu gün, 12:22 Futbolçuları Bordinin həmyerlisi müayinə etdi Bu gün, 12:21 PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir Bu gün, 12:19 Tanış serblər Obradoviçi təriflədilər Bu gün, 12:17 Elbrus Məmmədov “Sumqayıt”dan ayrılmayacaq Bu gün, 12:15 "Qarabağ" qələbənin bəhrəsini gördü Bu gün, 12:11 “Qarabağ”ın oyunu sabah 18.00-da başlayacaq Bu gün, 12:07 “İnter”də ayrıldılar, “Sabah”da qovuşdular Bu gün, 11:06 Futzalın kubok mənzərəsi Bu gün, 11:04 “Ağsu” Şamaxıda meydana çıxacaq Bu gün, 11:03 Şeydayevlə Səmədov BƏƏ-yə yollandı Bu gün, 11:02 Klub rəhbərliyi Nasimovu əliboş yola salıb Bu gün, 11:00 “Qardaşlar” Region Liqasına hazırlaşır Bu gün, 10:58 Liderlər üçün “qara həftə” Bu gün, 10:57 Oxucu məktubu Bu gün, 10:55 "Zirə"nin bütün rəqibləri açıqlandı Bu gün, 10:53 Elvin Bədəlov “Sumqayıt”da baxışdadı Bu gün, 10:52 “Qəbələ” Adeniyisiz hazırlaşır Bu gün, 10:51 Karikari BƏƏ-yə yollandı Bu gün, 10:49 Əfqan Həmzəyev Beynəlxalq Tələbə Futbol İttifaqının baş katibi seçildi Bu gün, 10:46 “Kəpəz” Tovuzda uduzdu Bu gün, 10:45 Pedronun iki variantı var Dünən, 14:51 Tahir Süleymanov “Neftçi”nin tədbirinə dodaq büzdü Dünən, 14:49 Qış "transfer pəncərəsi" rəsmən açıldı Dünən, 14:46 Eddidən növbəti 90 dəqiqəlik oyun Dünən, 14:45 Almeyda Koreyadan gələn təklifi rədd edib Dünən, 14:42 Riçardın “Astana” karyerasına baxış... Dünən, 14:39 Oyun təxirə salındı, Almeyda Qurbanova qalib gəldi Dünən, 14:30 “Zirə” Antalyaya 8-ci səfərini gerçəkləşdirdi Dünən, 14:28 “Hücumçudan necə oynadığını yox, neçə qol vurduğunu soruşurlar” Dünən, 14:20 Komitə üzvləri Obradoviçi təriflədilər Dünən, 14:17 1/16 finalçılar müəyyənləşdi Dünən, 14:14 “Turan Tovuz” yoxlama görüşləri üçün Gürcüstana gedə bilər Dünən, 14:08 Elbrus Məmmədov Obradoviçin köməkçisi olacaq Dünən, 14:06 Coşqun Diniyev “Sabah”la anlaşdı Dünən, 14:02 Həftənin idman proqramı Dünən, 13:59 Klublar çempionatı boykot etdi Dünən, 13:57 “Keşlə” Antalyaya yollandı, Kərimi əməliyyat olundu Dünən, 13:55 Dario gəldi, “Neftçi” getdi Dünən, 13:54 “Araz”ın sabiq qapıçısı Alfa Liqada iki dəfə çox qazanır Dünən, 13:50 “Sabah” qələbəylə başladı Dünən, 13:49 “Qəbələ” qələbə ilə getdi Dünən, 13:46 Delarj gələcəyini “Qarabağ”da görür 13-01-2019, 18:41 “Şüvəlan” Tural Qürbətovla güclənib 13-01-2019, 18:38 Ayxan Abbasov baxışda olanları bəyənməyib 13-01-2019, 18:36 “Sumqayıt” ikinci yarıda coşdu 13-01-2019, 18:33 Vüqar Həşimov yad olundu 13-01-2019, 18:32 Dino 19 qol vursa da... 13-01-2019, 18:30 Kubok sürprizlərlə başladı 13-01-2019, 18:25 “Astana” Almeydanı icarəyə verir 13-01-2019, 18:24 Azər Məmmədov “Qarabağ”ın əvəzedicilərinin baş məşqçisi oldu 13-01-2019, 18:22 Hakimlərin Mingəçevir toplanışı başladı 13-01-2019, 18:14 Obradoviçin U-21-ə təyinatı rəsmiləşdi 13-01-2019, 18:11 Roberto Bordin hücumçu və yarımmüdafiəçi axtarır Bütün xəbərlər
Ən çox oxunanlar