26 apr 01:01Yazar

Əlaçı “Qarabağ”

Biz orta məktəbdə oxuyanda həmişə “5” almağa çalışardıq. Müəlliməmiz dəftərimizə, yaxud da gündəliyimizə həmin o sehirli rəqəmi yazanda özümüzü dünyanın xoşbəxti sayar, evə tələsərdik. Bir “5” bizim üçün o qədər dəyərli idi ki, həmin “5”lə ac qarnımız da doyar, yorğunluğumuz çıxar, dərdlərimizi unudardıq. Müntəzəm “5” alan şagirdə də “əlaçı” deyərdilər. “Filankəsin oğlu əlaçıdı” deyimi valideynlər üçün də qürur mənbəyinə çevrilərdi. Təvazökarlıqdan uzaq olsa da, özümün də əlaçı olduğumu, aldığımı “5”lərlə həmişə valideynlərimi sevindirdiyimi, onların başını uca etdiyimi deməliyəm.
5 rəqəminə sevgimiz ta o zamandan yaranıb. Həmişə bu rəqəmə xüsusi yanaşmamız olub. Artıq “Qarabağ”ı da əlaçı adlandırmaq mümkündü. Sözün bütün mənalarında. “Köhlən atlar” ardıcıl beşinci çempionluğunu qeyd etdi. Əla rəqəmdi. Bu çempionluq sayəsində Qurban Qurbanovun komandası qızıl medalların ümumi sayını altıya çatdırdı və Azərbaycan futbolunun tarixinə öz möhürünü vurmağı bacardı. Topaz premyer-liqasında rəqabətin elə də yüksək səviyyədə olmaması, “Qəbələ”nin çempionluq yarışından vaxtından əvvəl çəkilməsi belə bu möhtəşəm göstəriciyə kölgə sala bilməz. “Qarabağ” layiqli çempionluğunu qazandı və hamıdan güclü olduğuna heç bir şübhə yeri qoymadı.
Bu çempionluğu dəyərli edən daha bir məqam “Qarabağ”ın ardıcıl dörd uğurlu mövsümdən sonra zirvəni qoruya bilməsi və Çempionlar Liqasının qrup mərhələsində oynadıqdan sonra belə eyforiyaya, “ulduz xəstəliyi”nə mübtəla olmamasıdı. Etiraf edək ki, belə başgicəlləndirici uğurlardan sonra səviyyəni qorumaq, futbolçuları mübarizəyə kökləmək xeyli çətin tapşırıqdı. Qurban Qurbanov bunu da bacardı. Bununla da bir mütəxəssis kimi bütün çətinliklərin öhdəsindən gəlməyi, futbolçu psixologiyasını yaxşı öyrənməyi bacardığını göstərdi. Nəzərə almaq lazımdı ki, mövsümün gedişində Qurban bəy öz çiyinlərinə daha bir məsuliyyət götürmüş, milli komandanın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Belədə rəqib komandalarda oynayan yerli futbolçuların “Qarabağ”a qarşı motivasiyası daha da artmışdı. Onlar özlərini millinin baş məşqçisinə göstərmək, onun “gözünə girmək” həvəsi ilə alışıb-yanırdılar. Digər tərəfdən isə təcrübəli çalışdırıcının özünün öhdəsinə düşən iş artmışdı. Qurbanov təkcə öz yetirmələrinə yox, rəqibin heyətində fərqlənənlərə də göz qoymalı, onların fərdi keyfiyyətlərinə diqqətlə yanaşmalı idi.
Qurban Qurbanov bu vəzifələrin öhdəsindən artıqlaması ilə gəldi. Həm “Qarabağ” premyer-liqanın finişinə dörd tur qalmış çempionluğunu rəsmiləşdirdi, həm də milli komandanın heyətində yeni adlara rast gəlməyə başladıq. Bu isə o demək idi ki, Qurban bəy çiyinlərindəki məsuliyyətin fərqindədi və eyni anda iki çətin işin ağırlığını qaldırmağa, hər ikisini layiqincə yerinə yetirməyə güc toplayıb. Davamı da elə bu cür olacaq.
Zirvəyə yüksələn, orda möhkəmlənən “Qarabağ”ın işi bundan sonra da asan deyil. Zirvədəki yeri qorumaqla yanaşı, Azərbaycanı yenidən qitə səhnəsində layiqincə təmsil etmək lazımdı. Son mövsümdə Çempionlar Liqasının qrupunda oynayan, ona qədər isə Avropa Liqasının qrup mərhələsində adlı-sanlı rəqiblərə qarşı mübarizə aparan Azərbaycan çempionu qitədə bir futbol markasına çevrilə bilib. Artıq bütün Avropada “Qarabağ”ı ciddi rəqib kimi qəbul edirlər. Deməli, illərlə zəhmət çəkilib qazanılanları, toplanan nüfuzu qorumaq vacibdi. Bunun üçün isə əvvəlcə yaxşıca dincəlmək, beşinci çempionluğun dadını çıxarmaq, daha sonra da toparlanıb yola davam etmək lazımdı. “Qarabağ”ın qarşısında yeni transferlərlə bağlı ciddi tapşırıq dayanır. Bacaracaqlarına şübhəm yoxdu. Onlar bacarmalı, bizi yenidən avrkuboklardakı uğurlarla, qələbələrlə sevindirməlidilər.
Bir daha təbriklər, əlaçı “Qarabağ”! Azərbaycan xalqını sevindirməyə, futbolumuzu zirvələrdə uğurla təmsil etməyə davam!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Dünən, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Dünən, 13:51 Turun statistikası Dünən, 13:43 Turun məşqçisi Dünən, 13:38 Turdan məqamlar Dünən, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Dünən, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Dünən, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Dünən, 13:32 DÇ-yə hazırlıq başladı Dünən, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Dünən, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Dünən, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Dünən, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Dünən, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Dünən, 01:00 Moskvadan gələn var... Dünən, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Dünən, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Dünən, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Dünən, 00:53 PFL medalçıların siyahısını açıqladı Dünən, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Dünən, 00:49 Turun oyunçusu Dünən, 00:48 Turun sitatı Dünən, 00:46 Hakimlərin mühakiməsi Dünən, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Dünən, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Dünən, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Dünən, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar