23 apr 21:46Yazar

Təşəkkürlər, Rauf

Eyni mövzu haqda bir neçə dəfə yazanda yorucu alınır. Amma bəzən istisnalar da olmamış deyil. Üç gün əvvəl oynanılan “Neftçi” – “Qəbələ” qarşılaşması da bu qəbildəndi. Çoxdandı daxili yarışlarda belə baxımlı, maraqlı və proqnoz verməyin çətin olduğu qarşılaşma izləməmişdik. “Qarabağ”ın təkbaşına irəlilədiyi, rəqib tanımadığı çempionatda bu vəziyyətlə üzləşməyimiz təbiidi. “Qəbələ” az-çox “köhlən atlar”a “əlcək atmağı”, onlara rəqabət təklif etməyi bacarırdı. Di gəl ki, qış fasiləsindən sonrakı ilk turda qolsuz bitən qarşılaşma “qırmızı-qaralar”ın həvəsini də, mübarizə eşqini də öldürdü. Ondan sonra bölgə təmsilçisi sönük oynamağa, qələbə istəyindən uzaq, 90 dəqiqəni yola vermək üçün meydana çıxıbmış kimi oynamağa başladı. Bununla da ölkə çempionatının olan-qalan dadı-duzu da qaçdı.
Digər komandaların gücünü, onların səviyyəsini şübhə altına almaq istəmirəm. Acı gerçəklik ortadadı. İstəsək də, istəməsək də, yazsaq da, yazmasaq da, bu belədi. “Neftçi”nin son aylarda yüksəlişdə olması, “Səbail”in əzmkarlığı, Maksimovun gəlişindən sonra “Keşlə”nin nəsə etməyə çalışması, bütün bunların fonunda isə “Zirə”nin parıltısının sönən ulduza çevrilməsi də gözümüzün önündədi. Bütün bunları görürük, prosesləri diqqətlə izləyirik. Amma yəqin ki, siz də razılaşarsız. Ölkə kubokunun yarımfinalındakı “Neftçi” – “Qəbələ” qarşılaşması bu mövsüm izlədiyimiz oyunların ən yaxşısı, mübarizələrin ən gərgini, 90 dəqiqələrin ən çəkişməlisi idi. Bu mənada belə gözəllikdən qəzetimizin ardıcıl iki sayında yazmağım da qəbahət sayılmamalıdı. Kobud səslənsə belə, maraqlı qarşılaşmaya tamarzı qaldığımı etiraf etməliyik. “Qurdumuzu” da məhz “Neftçi” – “Qəbələ” qarşılaşmasında öldürdük. Buna görə də hər iki klubun baş məşqçisinə və meydanda bacardığı qədər döyüşməyə çalışan futbolçularına təşəkkür etməliyik. “Forza Neftçi” fanklubunun üzvləri də həm Qəblədəki, həm də paytaxtdakı oyuna yetərincə rəng qata bildi. Klub rəhbərliyindən fərqli, biz onların haqqını verir, zəhmətlərinə sayqı duyduğumuzu hər imkandaca dilə gətiririk. Onlar olmasaydı, indi “Neftçi” də olmazdı!
Amma bizdən təşəkkür borcunu haqq edən, tərifli sözlərə öz işləri ilə layiq olduqlarını isbatlayan başqa insanlar da var. Həmin insanlar da bu gərgin oyunun baxımlı alınmasında, futbolun gözəlliklərindən zövq almağımızda əvəzsiz rol oynadılar. Bəli, söhbət Rauf Cabbarovdan və onun başçılıq etdiyi hakimlər briqadasından gedir. Adlarını bir-bir sadalayaq və hər birinə ayrılıqda təşəkkür edək. Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov və Ömər Paşayev, çox sağ olun! Etiraf edirəm ki, oyun günü xeyli narahat idim. İki il əvvəlki hadisələri xatırlayırdım. Həmin vaxt da ölkə kubokunun yarımfinalında püşk “Neftçi” ilə “Qəbələ”ni qarşılaşdırmışdı. “Qəbələ” indikindən daha inamlı, güclü və iddialı idi. Paytaxtdakı görüş qollu bərabərliklə bitmişdi. Qonaq komandanın aşkar penaltisinin verilməməsi gündəmi dəyişmiş, böyük söz-söhbətlərə yol açmışdı. Hakimlərin final fitindən sonra futboldan danışan yox idi. Hamı həmin epizodu, verilməyən penaltini müzakirə obyektinə çevirmiş, bu epizodun sifariş, yoxsa diqqətsizlik ucbatından ortaya çıxdığını araşdıqmağa, öz fikrini söyləməyə çalışırdı.
Narahat idim. Fikirləşirdim ki, o cür səhvlərlə yenidən qarşılaşarıq. Futbol ictimaiyyəti yenidən iki yerə parçalanar. 180 dəqiqəlik mübarizə, meydanda can qoyan futbolçular, məşqçilərin qərarları və gedişləri bir andaca arxa planda qalar. Və hamı yenidən onlardan, yəni hakimlərdən danışmağa başlayar. Kiminsə, hansı komandanınsa haqqının yeyilməsinin təəssüfünü yaşayarıq. Bu narahatlığımı oyunun startına bir neçə saat qalmış sosial şəbəkədə də paylaşmış, iki il əvvəlki hadisələrin təkrarlanmamasını arzuladığımı ifadə etmişdim. Təmiz hakimlik, ədalətli oyun istəyirdik. İstəyimizə çatdıq.
Rauf Cabbarov və köməkçiləri bu işi bacardı, ağır yükün altından çıxa bildilər. Oyundan sonra heç kim onların idarəçiliyində Anadolu türkləri demiş, “söz konusu” etmək üçün əsas tapa bilmədilər. Öz üzləri də ağ oldu, onlara etimad göstərənlərin də. Epizodik mübahisələr, ani etirazlar da elə “Bakcell Arena”nın qazonu üzərində, 90 dəqiqənin bitimində unuduldu. Biz də sevindik. Sevindik ki, Azərbaycan hakimliyi Raufun, Knyazın, Yaşarın, Ömərin timsalında vicdanı təmiz, öz işinə məsuliyyətlə yanaşan gənc hakimlər qazanıb. Haqq etdikləri tərifləri eşitsinlər, bundan sonra da yollarına belə davam etsinlər. Milyonluq VAR sisteminin həvəsinə düşənlərin də bundan sonra öz işlərinə baxması, klublarının qayğıları ilə məşğul olmaları məsləhətdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Dünən, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Dünən, 13:51 Turun statistikası Dünən, 13:43 Turun məşqçisi Dünən, 13:38 Turdan məqamlar Dünən, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Dünən, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Dünən, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Dünən, 13:32 DÇ-yə hazırlıq başladı Dünən, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Dünən, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Dünən, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Dünən, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Dünən, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Dünən, 01:00 Moskvadan gələn var... Dünən, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Dünən, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Dünən, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Dünən, 00:53 PFL medalçıların siyahısını açıqladı Dünən, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Dünən, 00:49 Turun oyunçusu Dünən, 00:48 Turun sitatı Dünən, 00:46 Hakimlərin mühakiməsi Dünən, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Dünən, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Dünən, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Dünən, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar