08 fev 19:43Yazar

Futbolumuzun sonuncu dərdi

Hərə öz dərdindədi və hər kəs də öz aləmində haqlıdı. Ötən həftənin son günləri hakimlərimizin idarəçiliyi ilə bağlı qızğın müzakirələrlə keçdi. Fariz Yusifovla Orxan Məmmədov ictimaiyyətin qınağını, azarkeşlərin narazılığını, idman mətbuatının haqlı suallarını bir az soyuqqanlı, bir az rişxəndli əhvalla qarşılamağa çalışdılar. Xaqani Məmmədov isə konkret olaraq usandığını, yorulduğunu ortaya qoydu. İşi ən çətin olan da elə odu. Orta hesabla hər tur azı 16 nəfərin işinə cavabdehlik daşımalı, yeri gələndə sinəsini irəli verib həmin o 16 nəfərin xətasını ört-basdır etməyə çalışmalıdı. Mən hələ birinci divizionun oyunlarını, yaxud da 6 hakimin iştirakıyla keçən qarşılaşmaları nəzərə almıram. Filan laysman hansısa oyunda bayrağını vaxtında qaldırmadı, yaxud da mərkəzdəki hakim epizodu düzgün qiymətləndirmədisə, yada dərhal Xaqani Məmmədov düşür. Buyur, gəl, cavab ver. Elə bu səbəbdən də deyirəm ki, heç kimə onun yerində olmağı arzulamıram.
İş o yerə çatıb ki, cənab Məmmədov göydəki Allahı şahid gətirir, o müqəddəsə and içir ki, nə ona hansısa komandanı “dartmaq” və ya “vurmaqla” bağlı sifariş verən olub, nə də o özü təyinat verdiyi hakimlərdən belə bir ricada bulunur. İnansaq da, inanmasaq da, reallıq budu. Ardıcıl iki turda hakimlərin səhv qərarlarının “qurbanına” çevrilən “Neftçi” elə eyni “səhvlərlə” avrokuboklara vəsiqə qazansa, necə olacaq?! Bir az ora-bura çəkəndə, özümüzü yoranda da, İspaniyadan, İtaliyadan, elə qonşu Türkiyədən gətirməyə o qədər dəlillər var ki. Qoyacaqlar qarşımıza, deyəcəklər ki, onlar da insandı, bizimkilər də. Hələ onların yaşayış tərzi, futbolçularının peşəkarlığı, futbollarının səviyyəsi, qazancları bizdən qat-qat yüksəkdədi. “Barselona” 100 milyonluq futbolçulardan qurulmuş heyətlə xal itirir, iddialarına zərbə dəyir, amma qapının içindən çıxarılan topu qol saymadığına görə hakimi ayağından üzüaşağı heç kim asmır. “Beşiktaş” əzəli və əbədi rəqibi “Fənərbaxça”ya evində uduzur, Türkiyə kuboku, deməli, həm də yaxşı para qazanmaq imkanı ilə vidalaşır, heç kim demir ki, gedək Əli Payabıyıkın “bıyıklarını” yoluşduraq.
Dünya futbolu xeyli dəyişib, əzizlərim. Görürsüz ki, UEFA və FİFA belə hakimlərin səhvlərinin əlində aciz qalıb. Ədalət keçikçilərinin sayını artırdılar, qapıların arxasında dayanmağa iki hakim təhkim etdilər. Daha sonra “qol cizgisi texnologiyası”nı icad etdilər. İllərdi imtina olunan, heç müzakirə obyektinə belə çevrilməyən videotəkrara baxmaq təklifinə də baş vurulub, bu gün–sabah həmin metoddan da geniş istifadəyə başlayacaqlar. Məlum məsələdi ki, qitənin və dünyanın ali futbol qurumları hər dəfə geriyə doğru bir addım atdıqlarının fərqindədilər. Hər dəfə “son söz hakimindi, onun meydanda verdiyi qərar müzakirə oluna bilməz” deyərək, fit sahiblərinə dəstək və inamlarını sözün əsl mənasında nümayiş etdirsələr belə, geri çəkilməyə məcburdular. Çünki təbii və ya qeyri-təbii hakim səhvləri artmaqda, bu səhvlər sehirli top oyununun təmizliyinə, baxımlılığına kölgə salmaqdadı. Bunun qarşısı alınmasa, futbolun nüfuzuna ciddi zərbə dəyə, yeni nəsil azarkeşlər “idmanın şahı”ndan üz çevirə bilərlər. Belədə FİFA-nın və UEFA-nın ciddi itkilərə məruz qalması da qaçılmaz olar. Məcburiyyətdən futbolun başbilənləri pambıqla baş kəsirlər. Onlar bir tərəfdən hakimləri qorumağa çalışır, digər tərəfdən də köməkçi vasitələrin futbola müdaxiləsinə imkan verməyə başlayırlar. Geriyə yol yoxdu. Elə bu səbəbdən də yazının əvvəlində qeyd etdim ki, hərə öz dərdindədi və hər kəs də özünə görə haqlıdı. Hakim səhvinin qurbanına çevrilən də, bu səhvin sayəsində xal qazanan da belə səhvlərin arzuolunmazlığını deyir, ədalətli idarəçilik arzulayır, kimsənin köməyinə ehtiyac duymadığını söyləyir. Eyni zamanda da hamının başı öz dərdinə qarışıb. Çünki həmin səhvlərin “qurbanı” belə təminat verə bilməz ki, gələn turda onun xeyrinə yanlış penalti təyin olunmayacaq, yaxud da hücumçusunun oyundankənar vəziyyətdən qol vurmasına göz yumulmayacaq. Ha çalışsaq da, ölkə futbolunu hakim səhvlərindən tam qorumağımız da mümkün deyil. Nə qədər cəza verirsən-ver, göz ağart, üstünə qışqır, pulunu kəs, əksinə, vəziyyət daha da qəlizləşəcək. Bütün bunları görə-görə gəlmişik axı.
Gözümüzü Avropaya dikdiyimiz, FİFA referilərimizə mötəbər oyunlara təyinat gözləməkdəykən xaricdən hakim dəvət etməyimiz də mümkün deyil. Adamlar bizə gülər, “özünüzə umac ova bilməyən referilərinizi hansı üzlə bizə əriştə kəsməyə göndərirsiz” deməzlərmi? 2-3 səviyyəli legionerimiz var, onlar da yararsız süni örtüyün xəsarətləri sayəsində bizdən üz döndərəcək. Uşaqlarımızın gələcəyi də həmin o geydirmə meydanlarda məhv olur. Milli komandamız dünyanın ən “beynəlmiləl” yığmasıdı. Əmin olun ki, bizim futbolumuzun daha ciddi problemləri var, onların həlli ilə daha ciddi məşğul olmalıyıq. Hakim səhvləri onların ən sonuncusudu.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:11 Mehdi AZAL-ı seçməyindən məmnundu Dünən, 13:09 Olimpiya çempionu “Kəpəz”dən danışdı Dünən, 13:07 “Traktorsazi” əzəli rəqibinə qalib gəldi Dünən, 13:05 Əvəzedicilərin çempionatında həlledici sonluq Dünən, 13:03 Şimallılar üçün mövsümün son oyunu Dünən, 13:02 Avstriya “Qarabağ”ı Bakıda futbolçu seçəcək Dünən, 13:00 İlümjinov Şəmkiri Linaresə bənzədir Dünən, 12:58 Teymur titulu Şəhriyardan almaq üçün əlindən gələni edəcək Dünən, 12:56 Şəmkirdə 100 min avro uğrunda mübarizə başlayır Dünən, 12:53 Finalın hakimi kim olacaq? Dünən, 12:51 MOİK islahatlara başladı: 8 futbolçu qovuldu Dünən, 12:50 Qətərdən səs çıxdı, diskdən yox Dünən, 12:45 “Sumqayıt” Kamerun yığması ilə qarşılaşacaq Dünən, 12:43 Premyer-liqanın üç klubu "Qarabağ"ı təbrik etməyib Dünən, 12:42 Oynadı və “sarı” aldı Dünən, 12:40 Çempion ola bilməməyin səbəbini dedilər... Dünən, 12:38 “Qarabağ” “qızıl”a “Azərsun Arena”da qovuşacaq Dünən, 12:36 “Mehdi Hüseynzadə”də işlər dayanıb Dünən, 12:35 Yaşar Vahabzadə İslamiadanın təqvimindən razıdı Dünən, 12:33 Eltac Səfərli İsveçrəni “fəth etdi” Dünən, 12:31 Sergey Karyakin Vüqarın məzarını ziyarət etdi Dünən, 12:30 İslamiada xəbərləri Dünən, 12:28 Simaitis ehtiyatda qalmasını normal qarşılayır 22-04-2017, 00:49 Qrupda qaldıq... 22-04-2017, 00:47 Tellur özündən razı deyil 22-04-2017, 00:45 Dreksa qayıdır, Petrov “Zirə”yə qarşı oynamayacaq 22-04-2017, 00:42 “Eurosport” Adamsın Azərbaycan gündəliyini vərəqlədi 22-04-2017, 00:40 Ölkə çempionları bəllidi 22-04-2017, 00:39 Qonaqlar xala da, qola da həsrət qaldı 22-04-2017, 00:37 İştirakçıların çoxluğu Neymarı təəccübləndirib 22-04-2017, 00:34 Avroliqaya sonuncu vəsiqə kimin olacaq? 22-04-2017, 00:33 "Yaz turniri" başlayıb 22-04-2017, 00:31 4000 manata başa gələn 1 xal 22-04-2017, 00:30 Nicat Muxtarov 3200 manat ziyana düşdü 22-04-2017, 00:28 Təbriz Həsənov Makedoniyanı AÇ-dəki hansı rəqibimizə oxşatdı? 22-04-2017, 00:27 PFL “gümüş”lə “bürünc”ü Qəbələyə aparır 22-04-2017, 00:25 “İnter” dağılır: Səlahət gedir, başqaları son iki turu gözləyir 22-04-2017, 00:24 Maşallah Əhmədovun məsələsi yenidən araşdırılacaq 22-04-2017, 00:23 “Qarabağ” nominal meydan sahibi oldu 22-04-2017, 00:22 Klublar Komitəsi mövsümün sonunu gözləyir 22-04-2017, 00:17 Alina Kabayeva gimnastikamızdan ağızdolusu danışdı 22-04-2017, 00:16 Jidkova yığmanın uğur qazanacağına inanır 22-04-2017, 00:14 İslamiada xəbərləri 22-04-2017, 00:12 Avropa çempionatına iki “bürünc”lə başladıq 22-04-2017, 00:11 Fətəliyevanın məğlubiyyətsizlik seriyası qırıldı 22-04-2017, 00:09 Jurnalistlər “Xəzər Lənkəran”ı qınayır 19-04-2017, 20:19 Mənsimovlar, Hadisənin ayaqları altına səpdiyiniz pulumuzu qaytarın! 19-04-2017, 20:17 AFFA və PFL-dən Əsgər Abdullayevi təbrik etməyiblər 19-04-2017, 20:15 “Qırmızı”sız tur və 3500 tovuzlu 19-04-2017, 20:13 HAKİMLƏRİN MÜHAKİMƏSİ 19-04-2017, 20:11 Avropa Liqasının təqvimi müəyyənləşdi 19-04-2017, 20:09 Yığma kluba uduzdu 19-04-2017, 20:08 “İnter”də maaş problemi davam edir 19-04-2017, 20:06 TURUN SİTATI 19-04-2017, 20:04 TURDAN MƏQAMLAR 19-04-2017, 20:01 Niyə “Qəbələ” yox, “Qarabağ”? 19-04-2017, 19:59 TURUN OYUNÇUSU Bütün xəbərlər
Ən çox oxunanlar