13 apr 23:17Yazar

VAR hansı gününüzə yaraşır?

Ölkə kubokunun yarımfinalçısı olan klubların nümayəndələrinin VAR sistemi ilə bağlı dediklərini heyrətlə oxudum. Söhbətin nədən getdiyini siz də bilirsiz. VAR dünyanın inkişaf etmiş futbol ölkələrində tətbiq olunan videotəkrar sistemidi. Stadiona xüsusi kameralar quraşdırılır və təcrübəli hakimlər həmin kameralardan görüntü alan monitorların qarşısında əyləşir. Mübahisəli epizodlar izlənilir və oyunun baş hakiminə çətin işin içindən çıxmaq üçün məsləhət verilir. Millimizin Makedoniya ilə oyununda bu sistemlə yaxından tanış olduq. Halis Özkahya qapımıza cərimə zərbəsi təyin etmişdi. Epizoda monitordan baxan Cüneyt Çakır isə onun səhvini düzəltdi və makedoniyalılar penalti vurmaq şansı qazandı. Sınaq mərhələsində olan bu sistemin tərəfdarları da var, əleyhdarları da. İstənilən halda, sonuncu qərarı verən yenə də insandı. İnsan amili olan yerdə isə səhvlərin, subyektiv yanaşmanın olması qaçılmazdı. Futbol dinamikanı sevən oyundu və hakim səhvləri də onun bir hissəsidi.
Sözümün canı VAR-ın mənfi və müsbət tərəflərini qabartmaq, müzakirə açmaq deyil. Məni təəccübləndirən Kamran Quliyevlə Zaur Axundovun bu sistemlə bağlı dedikləridi. Yaxşı ki, bizim premyer-liqada 12-16 komanda iştirak etmir. Yoxsa yarımfinalçıların nazını çəkmək, onların istəklərini yerinə yetirmək əməlli-başlı problemə çevrilərdi. Bir oyunda həvəskar səviyyəli divizion təmsilçisinə qalib gəliblər, o birisində də özləri kimi 8 komandalı premyer-liqanın iştirakçısına. Bunlar “Vardar”ın, “Şerif”in yerinə olsalar, nə edərlər? Kamran Quliyev “Neftçi”ylə, Zaur Axundov “Keşlə”ylə Avropa Liqasında iki mərhələ keçsə, Azərbaycanda heç kimi bəyənməzlər.
“Keşlə”, “Neftçi” və “Sumqayıt”ın VAR sisteminin Azərbaycanda tətbiq edilməsi ilə bağlı vahid mövqe sərgiləməsi də özlüyündə xeyli şübhəlidi. Bu klubların eyni mərkəzdən idarə olunması ölkə futbolu ilə maraqlananların heç birinə sirr deyil. Hər üç kluba rəhbər şəxsdən tutmuş, məşqçiyə qədər AFFA-nın, daha doğrusu, baş katib Elxan Məmmədovun diqtə və xeyir-duası ilə təyin olunur. Deməli, VAR-la bağlı bu cür müzakirələrin açılması, məsələnin gündəmə gətirilməsi də onun işarəsi ilə başladılmış, süni surətdə şişirdilən prosesdi. Hamımızın yadındadı ki, bir müddət əvvəl VAR Klublar Komitəsinin iclasında müzakirə olunmuşdu. Həmin iclasdan sonra Kamran Quliyev özü təxminən belə bir fikir səsləndirmişdi ki, Azərbaycandakı maddi-texniki baza, stadionların vəziyyəti, eləcə də maliyyə durumu texnoloji yeniliyin premyer-liqamıza tətbiqini mümkünsüz edir. Mən də o fikirdəyəm. Bəlkə də nə vaxtsa buna ehtiyac yaranacaq, imkan olacaq. Amma bu gün nə ehtiyac var, nə də imkan. Bunu birmənalı olaraq qəbul etmək lazımdı.
Əvvəlcə məsələnin maddi və texniki tərəflərindən danışaq. VAR texnologiyasının tətbiq edilməsi üçün təxminən 1,5-2 milyon avroya ehtiyac var. Yetərincə ciddi məbləğdi. Biz dəfələrlə eşitmişik ki, AFFA hakimlərin 500-600 manat qonorarını aylarla gecikdirir, onların ezamiyyət pullarını vermir. Qanunla hakimlər təlim-məşq toplanışına yollanarkən də işdə sayılmalıdılar. Axı, onlar 15 gün işindən, ailəsindən uzaq qalır. Faktiki başqa nə iləsə məşğul olmaq, həmin müddətdə ailəsinə çörəkpulu qazanmaq imkanından da məhrumdular. Buna baxmayaraq, AFFA hakimlərə nə yay, nə də qış toplanışı zamanı ezamiyyət pulu ödəyir. Elə bu səbəbdəndi ki, ikinci işi olan ədalət təmsilçilərinin toplanışlardan kənar qalmasına tez-tez rast gəlirik. Hakimlər ezamiyyət pulu almadıqlarına görə əsas iş yerlərindən əvəzi ödənilməyən məzuniyyətə çıxa bilmirlər. Bilirlər ki, yarım ayın maaşından məhrum olacaqlar. AFFA-nın təyinata görə ödəyəcəyi, onların kartına azı iki aydan sonra keçəcək qonorara görə bu addımı atmağa isə dəyməz. Bəlkə də xırda, məişət səviyyəli problem kimi görünür. Amma yetərincə ciddi məqamdı. Eyni zamanda çoxdandı ki, AFFA aşağı yaş qruplarının bölgələrdə keçirilən oyunlarına Bakıdan hakim göndərmir. Bu da qənaət məqsədi ilə edilir. Əvəzində eyni bölgədə yaşayan, hazırlıq səviyyəsi elə də yüksək olmayan hakimin idarə etdiyi oyunda tez-tez xoşagəlməz olaylar yaşanır, kobud səhvlərə, qalmaqallara meydan verilir. Hakimlərin pulundan kəsmək, onların hesabına qənaət etmək bir tərəfə, UEFA-dan onların təminatı və təlimi üçün ayrılan pullar da təyinatı üzrə xərclənmir. İllərdi ki, azərbaycanlı hakimlər yeni geyimlərə həsrətdi. Səhv etmirəmsə, uzun müddətdi davam edən müzakirələrdən və şikayətlərdən sonra hakimlərimizə yeni geyim dəsti yalnız bir neçə gün əvvəl verilib.
Bu boyda problemlərimiz ola-ola, bizim haramıza VAR sisteminə iki milyon avro pul xərcləmək yaraşır? Olmaya AFFA-dakı işbazlar indi də bu işdən faiz tutmağa çalışır, ciblərini doldurmaq üçün gəlir yeri axtarırlar? Kamran Quliyevlə Zaur Axundov bekar qalıb, futbolumuza yenilik tətbiq emək fikrinə düşüblərsə, onlara təklifim var. Əvvəlcə “Neftçi”nin, “Keşlə”nin oyunları zamanı boş tribunalara baxın. Fikirləşin, görək azarkeşləri qaçaq düşdükləri tribunalara necə qaytarmaq olar? Ondan sonra VAR-ı arzulayarsız. Boş tribunalar önündə futbol oynayan klublarınızın hansı gününə VAR arzulayırsız?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar