13 apr 23:13Yazar

46 yaşınız mübarək!

Ömrünün 46-cı ili onun üçün yaxşı başlamamışdı. Ötən ilin bu günü, 45 yaşını tamamlayandan cəmi 5 gün sonra nəfəs aldığı, hər an zəngini gözləyib, səsini eşitmək istədiyi Güləbatın ananı itirmişdi. Həmin ana ki, min bir əzabla böyütdüyü oğlunun uğurlarına sevinər, hər imkanda onunla nəfəs aldığını deyərdi. O an qəfil ölümün verdiyi qəm-qüssənin ardınca onu nələrin gözlədiyindən özü də xəbərsiz idi. Növbəti çempionluq, növbəti ölkə kuboku və daha nələr...
Avtomobilinin dövlət nömrə nişanında, telefon nömrəsində, futbol oynadığı dönəmdə kürəyinə “13”ü həkk etdirən Qurban Qurbanov, aprelin həmin tarixində, yəni bu gün ad gününü qeyd edir. Qeyd edir bir az təm-təraqlı səslənir. Tanıyanlar bilir ki, şənlikdən, restoran məclislərindən uzaq durmağa çalışan adamdı. Amma yenə də fərqi yoxdu, bu gün onun anadan olduğu gündü. 46 ilin “belini bağlayıb”, “47”yə qədəm qoyur.
Qətiyyətlə geridə qalan bir ilin Qurbanov üçün düşərli olduğunu deməliyik. Ötən ilin aprelində “Qarabağ”la ardıcıl 4-cü dəfə çempionluq sevincini yaşayandan bir qədər sonra Naxçıvanda ardıcıl 3-cü dəfə ölkə kubokunu başı üzərinə qaldırmağı bacardı.
Buna qədər “Qarabağ”ı ardıcıl 3 dəfə Avroliqanın qrup mərhələsinə daşıyan təcrübəli mütəxəssisin özü də yayda onu nələrin gözlədiyini bilmirdi. Hədəf Avroliqanın qrup mərhələsi olsa da, arzu Çempionlar Liqasının qrupuydu. Yəni Azərbaycan futbolu tarixində bir ilk gerçəkləşdirmək, bununla da ÇL-in himninin Bakıda çalınmasına nail olmaq. Və beləcə, dünya nəhənglərinin azərbaycanlı futbolsevərlərin qarşısında futbol oynamasına şərait yaratmaq. Qurban bəy çoxları gözləmədiyi halda bunu da bacardı. “Roma”, “Çelsi”, “Atletiko” ilə mübarizə aparan ağdamlılar “Qarabağ”la Qarabağın hansı ölkəyə məxsus olduğunu dünyaya göstərdi.
Qız atası olanlar bu hissin nə demək olduğunu yaxşı bilir. Biz azərbaycanlı kişilərin oğlan atası olmaq sevdası ulu babalardan keçən “xəstəlikdi”. Amma hər bir kişinin içində qız uşağına sevgi var. Axı, qızlar daha çox atalarına bağlı olur. Qurbanov 2017-nin payızında növbəti dəfə ata oldu. Allahın ona verdiyi pay isə qız idi. Axı, rəhmətlik Gülabatın nənənin adını daşıyacaq kimsə olmalıydı. Qurban bəyin o an hansı hisslər keçirdiyini təsəvvür etmək çətin deyildi. Oftalmoloq Mustafa Kılıç və həmin vaxt başını saxlaya bilməyən balaca Gülabatınla çəkilən şəkildə Qurbanovun gözlərinin içinə baxmaq kifayət edirdi. Bəli, o körpə də Allahın ona göndərdiyi hədiyyə idi.
Ölkənin bir nömrəli yığmasını çalışdırmaq hər bir məşqçi üçün arzudu, istəkdi, gələcək karyerası üçün vizit vərəqidi. “Qarabağ”ın baş məşqçisi hər nə qədər dilinə gətirməsə də, ürəyinin dərinliyində yığmada işləmək, uğurlu nəticələr qazanmaq həvəsi gizlənirdi. Azərbaycanlı futbolsevərlərin arzusu həyata keçdi və Robert Prosineçkinin boşaltdığı post ona həvalə olundu. Dağ boyda məsuliyyət, bir o qədər də dəyərli hədiyyə.
Əlbəttə, ana itkisini heç nə əvəz edə bilməz. Nə futbol, nə iş, nə də var-dövlət. Amma Allah sənə bundan sonra Güləbatın adını daşıyacaq və nisbətən o adla təsəlli tapacağın mələyi hədiyyə göndəribsə, bundan gözəl nə ola bilər?!
Qurban Qurbanov milliyə baş məşqçi təyin olunandan sonra kifayət qədər açıqfikirli olmağa başlayıb. Əvvəlki dönəmlərdə ehtiyatlı danışan, hər sözünü “rəndələyən”, fikrinin yanlış anlaşılacağını düşünən mütəxəssis indi tam bir mətbuat adamı olub. Son dövrlər jurnalistlərin sözünü böyük məmnuniyyətlə cavablayır, ağlındakıları dilinə gətirməkdən ehtiyatlanmır. Müsahibələri oxunaqlı olmağa başlayıb. Bax, bunun özü də məşqçi fəaliyyətində ona olan hədiyyədi. Özünün özünə etdiyi hədiyyə. Yaxşı cəhətdi, maraqlı görünür.
“Qarabağ”la dünyaya səs salan biri üçün 45-dən 46-ya qədər olan məsafəni düşərli hesab edə bilərik. Gələn il bu gün 47 yaşını tamamlayanda çox şey yazmağa ehtiyac qalmasın. Yığmanın Millətlər Liqasının qalibi qismində AÇ-2020-yə vəsiqə qazandığını xatırladıb, “Tanrının ona (bizə) hədiyyəsi” deyək...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar