12 apr 15:19Yazar

Mahir Şükürovu çağırın, gəlsin

Mirabdulla Abbasovu təbrik edirəm. “Sumqayıt”la oyunda “Neftçi”nin heyətində ən yaxşılardan biri, bəlkə də birincisi idi. Çox güman, Tərlan Əhmədovun onunla bağlı dediyi sözlərdən ilhamlanıb, özü üçün əlavə motivasiya mənbəyi tapıb. Elə bu təbrikdən Əhmdova da pay düşür. Hər bir mütəxəssisin özünün fəndləri, futbolçuları mübarizəyə kökləmək üsulları var. Tərlan bəy də “Mirabdulla Abbasov 90 dəqiqəlik futbolçu deyil, sona qədər oynamağa gücü çatmaz. Bu səbəbdən də onu az-az meydana buraxıram” deyə-deyə gənc futbolçunu kökləməyi, sözün yaxşı mənasında hirsləndirməyi bacardı. Artıq neçənci dəfədi ki, Mirabdulla “Neftçi” üçün vacib qolu vurur, meydanda gözə girir, adından söz etdirir. Qoy, ona bir təbrik və təşəkkür də məndən olsun. Çoxdan haqq edib.
Düzdü, Əhmədov bu dəfə də onu 90 dəqiqə meydanda saxlamadı, 74-cü dəqiqədə əvəzlədi. Onu da başa düşürəm. Legionerləri də ara-sıra meydana buraxmaq, rəhbərliyin ayıracağı mükafata onları da şərik etmək lazımdı. Həm də qoy deməsinlər ki, bu əcnəbilər heç nəyə yaramır, “Neftçi”nin ağır yükünü elə yerli futbolçular çəkir. Mən əminəm ki, Mirabdulla bu templə davam etsə, nəinki “Neftçi”nin, hətta Azərbaycanın öndə gedən futbolçularından biri olacaq. Çox keçməz ki, milli komandanın qapılarını da Qurban Qurbanov onun üzünə açar. Əsas odu ki, belə davam etsin, dayanmasın, özü özünə vurulmasın. Bəzən azərbaycanlı futbolçuları tərifləməyə belə qorxuruq. Başımıza çox gəlib. Amma bizim kimi, futbolçuların özlərinin də dərs çıxarmasının zamanıdı. Artıq başa düşmək lazımdı ki, yaxşı futbolçu olmaq üçün dayanmadan çalışmaq, meydana çıxmağa layiq olmaq lazımdı. Bundan ötrü dişlə-dırnaqla çalışmaq, gecə-gündüz məşq etmək, “artırmaq” lazımdı. Tərlan Əhmədov da onun arxayınlaşmasına imkan verməsin, ciddi nəzarətə, bəzən də qıcıqlandırmağa davam etsin. Nəticəsi mütləq olacaq. Dayanma, Mirabdulla!
Dəfələrlə demişik, “Neftçi”nin dirçəlməsi Azərbaycan futbolu üçün vacibdi. Güclü “Neftçi” olmadan futbolumuz inkişaf etməyəcək, premyer-liqada rəqabət artmayacaq. Tribunalarda canlanmanın yaranması da məhz güclü “Neftçi”nin qayıdışından asılıdı. Amma bunu saxta yollarla, yalançı hay-küylə etmək çıxış yolu deyil. “Sumqayıt”la oyundan öncə “Neftçi” fanatlarının fəal olduğu bir “feysbuk” səhifəsindəki paylaşım diqqətimi çəkdi. Orda qeyd olunurdu ki, guya “Neftçi” “Sumqayıt”ı məğlub edərsə, futbolçulara 600-700 manat mükafat veriləcək. Elə həmin məlumatın davamında bir müqayisə də yer alırdı və yazılmışdı ki, 4-5 il əvvəl “Neftçi”də belə oyunlarda qazanılan qələbənin “qiyməti” 4-5 min dollar olurmuş. Xeyli gülmüşəm. Məlum məsələdi ki, bu məlumatı səhifənin admininə kluba yaxın adamlardan kimsə ötürmüşdü. Məqsəd bəlli siyasəti davam etdirmək və “Neftçi”nin hazırkı uğursuzluqlarına pulsuzluq donu geyindirmək, əvvəllər klubun büdcəsinin fantastik məbləğdə olduğunu beyinlərə yeritmək idi. Onlar unutsa da, biz unutmamışıq ki, 4-5 il əvvəl, yəni “Neftçi”də Müşahidə Şurası yaradılıb, düzənin pozulmasına qədər “xalq komandası” “Sumqayıt”ı asanlıqla məğlub edirdi. Bu cür oyunlardan birində hətta “Sumqayıt”ın qapıçısı 8 dəfə topu tordan çıxarmalı olmuşdu. Heç inanmıram ki, “Neftçi” rəhbərliyi həmin vaxtlar “Sumqayıt”ı məğlub etməyə görə futbolçulara mükafat paylayırmış. Özü də o vaxtlar “Neftçi” pul da qazanırdı. Ərəblərə futbolçu satırdı, Avropa Liqasının qrup mərhələsində iştiraka görə UEFA-dan bir ətək avro alırdı. Əlbəttə, həmin futbolçuların rəhbərlikdən mükafat ummağa haqqı da, üzü də var idi. İndikilər nə deyəcək? “Neftçi” 4-cü yer tutmaq uğrunda mübarizə aparır, bəylər. Özü də indi “Neftçi” 8 qol vura bilmir, özü o qədərini buraxır. Yəni ki, çox da ötən günlərlə indini müqayisə etməyə həvəs göstərməyin. Axırı yaxşı qurtarmaz.
Sözümün canı o deyil. Bu yazını başqa məqsədlə qələmə almışam. Yəqin indi siz də narahalıqla sual edirsiz ki, Mahir Şükürovun məsələyə nə aidiyyatı var, nə üçün onun adını başlığa yazmışam. Deyəcəm, siz də biləcəksiz. Martın 27-də Soni Mustivar “Neftçi” ilə müqavilə bağladı. Hamımız təəccüb içindəydik. “İlin-günün bu vaxtında, uzun müddət ayağına top dəyməyən futbolçunu harda görüb-bəyəndilər”, - deyə sual etdik. Xeyli vaxtdı klubsuz qalan Mustivarın hazırlıq səviyyəsi də, “Neftçi”yə xeyir verib-verməyəcəyi də müzakirə mövzusu idi. Klubun rəsmi saytındakı təqdimatdan 2-3 gün sonra dostlarımızdan biri Mustivarı İstanbulun “Atatürk” hava limanında həyat yoldaşı ilə Bakıya uçarkən görmüşdülər. Deməli, yeni transfer aprelin əvvəlindən komandayla məşq etməyə başlayıb. Tərlan Əhmədov onu ötən tur “Səbail”ə qarşı oynatdı, “Sumqayıt”la oyunda isə start heyətində yer verdi. Belə çıxır ki, Soni fitri istedad sahibidi və uzun müddət klubsuz qalsa belə, “Neftçi” ilə 5-6 gün məşq edən kimi oynamağa hazır oldu. Olmaya, premyer-liqamızın səviyyəsi budu, ayağına bir il top dəyməyən legioner asanlıqla meydana çıxıb, oynaya bilər?! Bütün ehtimallar mümkündü. O cümlədən də Ceyhun Sultanovun öz “tapıntı”sını tez-tələsik publikaya sevdirmək, növbəti mövsüm də onu komandada saxlamaq istəyi. Bu yerdə Mahir Şükürovu xatırlamamaq olmur. Hələ bir neçə ay əvvəl Şükürov demişdi ki, istənilən anda bir az məşq etsə, asanlıqla meydana çıxa və Azərbaycan çempionatında layiqincə oynaya bilər. Daha mənim şübhəm qalmadı. “Neftçi” rəhbərliyi Mahiri də geri çağırsın. Peşman olmazlar!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar