05 apr 22:32Yazar

Bizə Hüseyn lazımdı?

Bizə Hüseyn lazımdı?
2014-cü ilin yayında başverənlər hamının yadındadı. “Neftçi” tarixi təkrarlamağa çox yaxın idi. “Ağ-qaralar” Avropa Liqasının qrup mərhələsinin biraddımlığına qədər gəlmişdi. Rəhmətlik Böyükağa Hacıyevin çalışdırdığı, Sadıq Sadıqovun prezidentlik etdiyi “xalq komandası” təsnifat mərhələsində enişli-yoxuşlu qrafik cızsa da, səfər oyunlarında inamlı görünürdü. Həm Sloveniyadan, həm də Gürcüstandan qələbə ilə dönən “Neftçi” evdəki uğursuzluqların əvəzini artıqlamasıyla çıxmışdı. O vaxtlar “Neftçi” uğrunda maraqların toqquşması, ölkənin ən qocaman klubunu əl keçirmək uğrunda gedən mübarizənin də ən qızğın çağları idi.
“Axırıncı aşırım”da rəqib köhnə tanış “Partizan” oldu. Belqraddakı ilk oyuna türkiyəli hakimlər briqadasının təyin olunmasını eşidəndə ürəyimiz rahatlamışdı. Düşündük ki, Hüseyn Göçəkin başçılıq etdiyi hakimlər briqadası bizi serblərin ayağına verməz, bu cür qarşılaşmalarda meydan sahiblərinə göstərilən simpatiyanın fəsadlarını hiss etmərik. Səfər oyunları ilə bağlı uğurlu seriyanı Denis Silva davam etdirməyə başladı. 10-cu dəqiqədə hesabı açan braziliyalı müdafiəçi çox keçmədən fərqi artırdı. Özümüzü dünyanın xoşbəxti sanır, “Neftçi”nin birillik fasilədən sonra yenidən Avropliqanın qrup mərhələsində oynacağına əmin olmağa başlayırdıq. Oyunun qəhrəmanı Denisin topu öz qapımıza göndərməsi və hesab arasındakı fərqi minimuma endirməsi belə bu inamı sarsıtmamışdı. Hələ bilmirdik ki, əsl “qəhrəman”ı az sonra tanıyacağıq.
54-cü dəqiqədə türkiyəli hakimlər briqadası diqqət mərkəzinə düşdü. Hüseyn Göçək və köməkçiləri “Partizan”ın açıq-aşkar oyundankənar vəziyyətdən vurduğu qolu qeydə aldılar və hesab bərabərləşdi. Epizodu siz də xatırlayarsız. “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç və müdafiəçilər başverənləri çaşqınlıqla izləyirdilər, yan xətt hakiminin bayrağının qalxmamasına, Göcəkin fitinin susmasına şok olmuşdular. Bundan yararlanan serblər də topu qapımıza vurdular və qələbəyə ümidləri daha da artdı. Bizimkilər isə əksinə, ruhdan düşdülər, mübarizə həvəsi, qələbə eşqi öldü. Bakıda bizi qum üzərində savaş gözləyirdi. “Neftçi”ni bitirmək planı”nı sona çatdırmaq ehtirası ilə alışıb-yananlar heç bir tutarlı səbəb olmadan “Bakcell Arena”nın qapılarını komandanın üzünə bağladılar. Qarşılaşma Tofiq Bəhramovun adını daşıyan Respublika stadionuna təyin olundu. “Qarabağ”ın çəkdiyi əziyyəti “Neftçi” də çəkdi və nəticədə 1:2 hesablı məğlubiyyətlə qrup mərhələsinə gedən yolumuzu bağladılar.
Belqraddan qələbəylə dönə bilsəydi, “Neftçi”nin Avropliqanın qrup mərhələsinə yüksəlmək üçün şansları daha çox olacaqdı. Qrup mərhələsi isə “qara qüvvələr”in işğal planını ertələyəcək, bataqlığa sürüklənən “xalq komandası”nı xilas edəcəkdi. İmkan vermədilər. Hüseyn Göçək də bu mənfur planın bir hissəsinə çevrildi. Həmin Hüseyn Göçəklə sonradan yollarımız yenə bir neçə dəfə kəsişdi. Millimizin Moldova ilə yoxlama oyununda da onun idarəçiliyini Antalyadakı stadionda canlı izlədim. Həmin qarşılaşmada gərginlik hiss olunmadığından hakimlərin də işi asan idi.
Amma dəfələrlə şahid olmuşuq ki, Göçək Türkiyə superliqasının oyunlarında qərəzli, ya qərəzsiz, necə kobud səhvlərə yol verib. Oyunun nəticəsinə təsir edən səhvlər buraxıb. Uzağa getməyək, superliqanın son turunda “Göztəpə” ilə “Kasımpaşa” arasında keçirilən görüşdə başverənləri xatırlayaq. Qarşılaşmanı izləməyənlər internetdə görüntüləri tapa və dediklərimin həqiqət olduğunu görə bilərlər. İstanbul təmsilçisinin futbolçusu Veysəl Sarı oyundankənar vəziyyətdən hesabı açanda Göçək “Neftçi” kimi “Göztəpə”nin də haqqını yedi. Əvəzində meydan sahiblərinin hücumçusu Demba Ba “təmiz” qol vursa da, hakim epizodu kobud oyun kimi qiymətləndirdi və hesabın bərabərləşməsinə imkan vermədi. Bu cür epizodları digər oyunlardan da sadalayıb, uzunçuluq etmək istəmirəm.
Martın 27-də keçirilən Azərbaycan – Makedoniya qarşılaşmasının üzərindən elə də çox keçməyib. Halis Özkahya adi bir vəziyyətdə qayda pozuntusunun cərimə meydançasında baş verdiyinə qərar verə bilməmişdi. Yalnız videotəkrarın köməyi ilə ədalət bərpa olunmuş, millimizin qapısına penalti təyin olunmuşdu. Bütün bunları boşuna xatırlatmıram. Sözümün canı odu ki, türkiyəli hakim qardaşlarımız elə də yüksək səviyyəli, qüsursuz idarəçilikləri ilə bizim yaddaşımızda qalmayıblar. Hətta Cüneyt Çakırın yüksəldiyi səviyyə belə göstərici sayıla bilməz. Çünki Çakırın Türkiyə çempionatındakı səhvlərinin sayı-hesabı yoxdu. Onun beynəlxalq oyunlarda qəbul etdiyi qərarlar da yetərincə mübahisələrə yol açır, ciddi şübhələr yaradır. Sözsüz ki, bütün bunlar təbiidi və futbolun, onun hakimliyinin bir parçasıdı. Amma bir məqam dəqiqdi ki, türkiyəli hakimlər bizimkiləri elə də ciddi səviyyə fərqi ilə üstələmirlər.
Azərbaycan çempionatı Türkiyədəki kimi baxımlı və çəkişməli deyil. Eyni zamanda da hakimlərin hazırlığı üçün yaradılan şərait, onların aldıqları qonorarlar da azərbaycanlı hakimlərdən xeyli fərqlənir. Bizimkilərin özünə görə psixoloji gərginliyi var, onların da özünə görə. Bir məşhur məsəldə deyildiyi kimi: “Varlının varlı dərdi var, kasıbın da kasıb”. Çox hörmətli Ramin Musayevin Türkiyə ilə hakim mübadiləsi etmək, bizimkiləri ora göndərmək, ordan bura hakim dəvət etmək ideyasını alqışlayıram. Di gəl ki, Hüseyn Göçək kimi hakimlərin Topaz premyer-liqasında oyun idarə etməsindən nəsə qazanacağımıza inanmıram. Təki bizim hakimlər ora yollanmaqdan nəsə qazansınlar.
I as a matter of fact wanted to possess have a good time this fallout, but my fucking essay attempt ruins all my plans

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar