04 apr 17:45Yazar

Geriyə belə dönməzlər, cənablar

Ötən bazar günü adətim üzrə kanalı “CBC Sport”a çevirib, Azərbaycan premyer-liqasının oyunlarına baxırdım. Darıxdırıcı “Kəpəz” – “Zirə” qarşılaşmasından sonra “Qarabağ”ın “Keşlə” ilə oyununu gözləyirdim. Ümid edirdim ki, Gəncədəki oyunu tez unudaram, korlanmış futbol zövqümüzü “Azərsun Arena”da baxımlı futbolla bərpa edərəm. Böyük oğlum da eyni fikirdə idi, gözlərini ekrana zilləyib oturmuşdu. Kanalı dəyişməklə bağlı təklifinin keçərsiz olduğunu bildiyindən səsini çıxarmırdı. Məcbur idi ki, mənimlə birlikdə futbola baxsın. Hansısa səbəbdən biranlıq fikrim dağıldı, başım qarışıq oldu. Qəfildən Eminin “ata, ora bax, gör bu uşaqları necə gülməli geyindiriblər” sözlərini eşitdim və diqqətimi televizora yönəltdim. İlahi, bu nə dəhşət idi? Gördüyüm mənzərədən şoka düşdüm, oğlumun yanında xəcalət çəkdim....
...Hələ bir neçə ay öncədən AFFA tərəfindən elan olunmuşdu ki, Cəbrayılın Cocuq Mərcanlı kəndində futbol bayramı keçiriləcək. Bu barədə qurumun rəsmi saytında yazmışdılar. Bildirmişdilər ki, AFFA-nın hazırladığı layihə UEFA tərəfindən də qəbul olunub. Həmin vaxt düşünürdük ki, AFFA Cocuq Mərcanlıya böyük nümayəndə heyətinin səfərini təşkil edər. İdman jurnalistləri də işğaldan azad olunmuş torpaqlarımıza ayaq basmaq, dövlətimizin orda qurub-yaratdıqları ilə yaxından tanış olmaq imkanı qazanarlar. Amma bir neçə gün əvvəl oxuduğum xəbərlərdən öyrəndim ki, həmin tədbir keçirilib. Başım qarışıq olduğundan təfərrüatlara varmamış, tədbirdə nələrin baş verdiyi haqda ətraflı oxumamışdım. Təxmin edirdim ki, Ağdamın Quzanlı qəsəbəsindəki kimi, burda da məktəbli uşaqların önünə topu atıb, onları bir az o tərəf-bu tərəfə qaçırdıblar. Adını da qoyublar ki, həmin uşaqlara futbolu sevdiririk, cəbhə bölgəsində olan uşaqlar üçün də bayram düzənləyirik. Oğlumun heyrətdolu sözlərindən sonra Cocuq Mərcanlıda əslində nəyin baş verdiyindən xəbər tutdum. Başıma qaynar su əndərmişdilər.
“CBC Sport”un əməkdaşı qucağında bir azyaşlı oğlan uşağı tutub və böyük həvəslə AFFA-nın keçirdiyi “Cəsur ürəklər” festivalından danışır. Heç baxmır ki, qucağına götürdüyü uşağın əyninə keçirilən formanın ölçüləri özündən azı 2-3 dəfə böyükdü. Bu boyda da barıt qoymaq olar? Heç olmasa, əvvəlcədən efir üçün bir uşağı ayırar, ona normal forma geyindirərdilər. Süjetə baxmağa davam edirəm və görürəm ki, xatirə şəkli çəkdirmək üçün sıraya düzülən uşaqlardan əksəriyyətinin əynindəki forma eyni vəziyyətdədi. Köynəklərin qolları xeyli aşağı sallanır, tərliklərin ətəyi ayaqlarına qədər çatır. Bunun adı “ayı xidməti”di, əziz dostlar. Bu cür biabırçı festivalı keçirtməkdənsə, keçirməmək daha yaxşı idi. Düşmənin dəyirmanına su tökmək, dünyanı özümüzə güldürmək kimin maraqlarına xidmət edir?
Bir gün sonra işə gəldim və dərhal da AFFA-nın rəsmi saytına daxil oldum. Ordakı mənzərə daha acınacaqlı və ürəkağrıdan idi. Bir neçə dəfə özüm də daxil olmaqla çoxumuz AFFA-da oturanların menecerliyi, marketoloqluğu yaxşı bacardığını demişdik. “Boz bina”dakılar elə istedad sahibidilər ki, keçəl qızı gözəllik ilahəsi adıyla ərə verə bilərlər. Amma bu dəfə ya başları qarışıq olub, ya da pul qazanmaq ehtirası hər şeyi üstələyib. Şəkillər silinməyibsə, siz də girib baxa bilərsiz. Bu boyda anti-reklam, Cocuq Mərcanlıdakı festivalı gülünc formada təqdim etmək ancaq onların ağlına gələ bilərdi. Bildiyim qədər bu layihənin həyata keçirilməsi üçün UEFA-dan maliyyə yardımı alınıb. Yəni tədbirin keçirilməsi üçün pulu UEFA-dan göndəriblər. Həmin pulu kimlər, hara xərcləyib? Olmazdımı bu uşaqların əyninə normal ölcüdə formalar, tərliklər alınardı, onlar da belə gülünc duruma düşməzdilər?! AFFA-da oturanlar özləri razı olarmı ki, öz balalarına belə böyük ölçülü formalar geyindirib, gülünc şəkildə meydana buraxsınlar? Təbii ki, yox. Onların övladları milli komandanın təyyarəsində xarici ölkələrə uçur, AFFA-nın hesabına lüks otellərdə qalırlar. Əyinlərində də son model və ən bahalı markaların istehsal etdiyi geyimlər olur.
Cocuq Mərcanlıdakı uşaqlar isə bu xoşbəxtlikdən məhrumdular. AFFA-nın rəsmi saytında yer alan şəkillərə baxdıqca utanırdım, vicdanım sızlayırdı. Evdə də öz övladımın yanında utanmışdım. Onun “bu uşaqları niyə belə gülmləli geyindiriblər” sualına cavab vermədiyim üçün susmağa məcbur olmuşdum. AFFA-da oturanlar, bu layihənin həyata keçirilməsindən yetərincə pul qazananlar, şəxsi mənfəətlərini güdənlər də utandılarmı? Şəkillərə diqqətlə baxın, utanmayanın vicdanı yoxdu. Kobud deyəcəm, amma buna məcburam. Bu tifilləri müqəvva gününə salanlar ən böyük vicdansızlardı. Əyninə göy forma geyindirilən bir qarayanız uşağın köynəyi o qədər böyükdü ki, qısaqol köynəyin qolları barmaqlarına qədər uzanıb, “şortik”inin dizləri isə topuğuna çatıb. Fotoların birində balaca bir oğlan topu qapıya göndərməyin sevincini yaşayır. Dizlərindən xeyli aşağı sallanmış geyiminin qadın donuna bənzədiyinin fərqində belə deyil. Sənin haqqını yeyənlərin burnundan gəlsin, cocuq. Bağışla bizi!
Ümid edirəm ki, AFFA səhvini anlayacaq və ən qısa zamanda bu qəbahətini düzəltmək üçün hərəkətə keçəcək. “Cəsur ürəklər” festivalını əsl cəsurlar kimi keçirmək lazımdı. Oğurluqla, yalan-palanla, başdansovdu yox. Növbəti səfərdə o körpələrə öz övladlarınız kimi yanaşın. Cibinizdən pul çıxarmağa ehtiyac yoxdu, amma onlara ayrılan pulu cibinizə qoymayın. Həmin pullarla uşaqların bədən ölçülərinə uyğun formalar alın. AFFA-nın anbarlarındakı köhnə formaları o tifillərə sırımayın!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar