05 fev 23:48Yazar

Çingiz Abdullayev hardadı?

Dəqiq xatırlamıram, Çingiz Abdullayev “Neftçi”nin ya Türkiyədə, ya da Avstriyada keçirilən təlim-məşq toplanışının gedişiylə tanış olmağa yollanmışdı. Xalq yazıçısının toplanışa baxarkən çəkilmiş şəkillərindən biri klubun rəsmi “feysbuk” səhifəsinə yerləşdirilmişdi. Amma səhifəyə nəzarət edən əməkdaşlar o qədər uğursuz şəkil seçmişdilər ki, sanki Müşahidə Şurasının sədri gizlincə meyvə oğurluğuna gedir. Qəddi-qamətli kişinin beli əyilmiş formada şəklinin səhifədə yayınlanmasının təsadüfi diqqətsizlik olduğunu, yaxud da qəsdən belə edildiyini aydınlaşdırmaq üçün elə fotonun altına sual yazdım. O gün – bu gündü məni “Neftçi”nin rəsmi “feysbuk” səhifəsindən “blok” ediblər. Özümə qarşı bu cür davranışdan çox təsirləndim. Şükürlər olsun ki, bu kobudluq səhəttimə mənfi təsir etməyib, hələ ki nəfəsim gedib-gəlir. İndiyə qədər də bu hadisəni kədərlə xatırlayır, cənab Abdullayevin nə üçün o formada təsvir edildiyini aydınlaşdıra bilmədiyimə görə dərindən təəssüflənirəm. Sözümün canı odu ki, əvvəllər cənab Abdullayev heç belə davranmırdı. “Neftçi” hara yollansaydı, özünü ora yetirərdi, komandasını gözdən iraq qoymazdı. Gözümün şahidiyəm ki, çox hörmətli xalq yazıçısı özünə əziyyət vermiş, Bakıdan Lənkərana qədər olan uzaq və narahat yolu “böyük oyun”a baxmağa gəlmişdi. Üstəlik, “Fırtınalar meydanı”na qısa ekskursiya etmiş, “ağ-yaşıllar”ın klub muzeyini görəndən sonra “Neftçi” üçün də eynisini yaradacaqlarını əminliklə söyləmişdi.
Harda qaldı o günlər? “Neftçi”nin bircə oyunu, təlim-məşq toplanışı Müşahidə Şurasının iştirakı və birbaşa nəzarəti olmadan keçirilməzdi. Sizin də yadınızdadı ki, şuranın belə iclaslarından biri Qəbələdə, ölkə kubokunun final oyunundan sonra baş tutmuşdu. İclasın keçirildiyi dəqiqələrdə mətbuat konfransında sualları cavablayan və “istefa vermirəm, işimizə davam edəcəyik” deyən Arif Əsədovu “Neftçi”dəki işindən ayırmışdılar. Bütün bunlar yaxın keçmişdi axı. Amma AFFA-nın baş katibi Elxan Məmmədov “Müşahidə Şurası müşahidə etməklə kifayətlənməyib klubun idarə edilməsinə müdaxilə etdi” deyəndən sonra vəziyyət tam dəyişib. Şura Elxan Abdullayev “Neftçi”yə gətiriləndə toplaşmadı. 9 futbolçunun “Neftçi”dən göndərilməsi və onların əvəzinə eyni sayda yenilərin gətirilməsi zamanı da Çingiz Abdullayevin rəhbərliyi ilə toplantı keçirilmədi. Heç Orxan Hüseynzadəyə klubun bütün məsuliyyətinin, maliyyə işlərinə və transferlərə nəzarətin kim tərəfindən etibar edildiyi də bilinmir. “Neftçi”yə kimin rəhbərlik etdiyi, qərarların necə qəbul olunduğu qeyri-müəyyəndi. Halbuki Müşahidə Şurası yaradılarkən AFFA-nın və SOCAR-ın prezidenti, cənab Rövnəq Abdullayev belə olacağını deməmişdi. Müşahidə Şurası qeyri-fəal və lazımsız bir quruma çevrilib. Konkret “Neftçi”də onun varlığı ilə yoxluğu bilinmir.
Biz jurnalistlərin çoxsaylı yazılarından, suallarından sonra ötən həftə şuranın toplaşması haqda klubun rəsmi saytında xəbər yerləşdirildi. Qəribəsi o idi ki, maraqlı fotosessiyaları xoşlayan klub saytının əməkdaşları Müşahidə Şurasının iclasından bir dənə də olsun, şəkil çəkib, saytda nümayiş etdirməyi lazım bilmədilər. Bəhanə axtarmaq həvəsinə düşənlərə xatırladım ki, 4-cü turda “Qəbələ” ilə keçirilən oyun ərəfəsindəki məşqlərin birinə Çingiz Abdullayevlə birlikdə şura üzvləri baş çəkmişdi. Həmin məşqi əks etdirən şəkillər klub saytını bəzəyirdi. “Neftçi”nin Antalyadakı hazırlıqları da hər gün rəsmi saytda şəkillərlə, videoçarxlarla gözümüzü oxşayırdı. Belə yerdə adamın ürəyində şübhələr yaranır ki, olmaya şuranın iclası, ümumiyyətlə, keçirilməyib, yazılanlar və deyilənlər abstrakt təfəkkürün məhsuludu? Yaxud da şura üzvləri hamısı evində oturub, bir-biri ilə “skayp” vasistəsiylə dərdləşiblər?
Yenilənmiş “Neftçi” Qəbələdə çətin və vacib oyuna çıxır, amma Çingiz Abdullayevin əyalətə gəlməyə vaxt tapmadığını deyirlər. Özü də bu fikrin müəllifi klubun icraçı direktoru Orxan Hüseynzadə olur. Daha adamın işindən uzaqlaşdırılması nəyə deyilir? Fakt odu ki, Müşahidə Şurasının adından başqa heç nəyi qalmayıb. Şura müntəzəm toplanmır, qərarlar vermir, aktiv fəaliyyət göstərmir. Nə də ölkədə bu oyunda aktyor rolunu oynamağa razılıq verəcək nüfuz sahibi qalmayıb ki, tədricən yeni şura formalaşdırılsın. Hörmətli futbol veteranımız Səməd Qurbanova da bu haqda məlumat vermək lazımdı ki, özünü “Neftçi”nin idarə edilməsində vacib fiqur sayıb, məsuliyyət sahibi kimi açıqlamalar verməsin. Müşahidə Şurası fəaliyyət göstərirsə, Çingiz Abdullayevi tapıb ortaya çıxarsınlar, “Neftçi”nin oyunlarının birindən sonra jurnalistlər üçün brifinq keçirsin. Edə bilərsizmi?
P.S. Çox xahiş edirəm ki, AFFA-nın baş katibi Elxan Məmmədov bundan sonra “biz “Neftçi”nin işinə qarışmırıq, klubun Müşahidə Şurası var” deyib, özünü gülünc duruma salmasın.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:11 Mehdi AZAL-ı seçməyindən məmnundu Dünən, 13:09 Olimpiya çempionu “Kəpəz”dən danışdı Dünən, 13:07 “Traktorsazi” əzəli rəqibinə qalib gəldi Dünən, 13:05 Əvəzedicilərin çempionatında həlledici sonluq Dünən, 13:03 Şimallılar üçün mövsümün son oyunu Dünən, 13:02 Avstriya “Qarabağ”ı Bakıda futbolçu seçəcək Dünən, 13:00 İlümjinov Şəmkiri Linaresə bənzədir Dünən, 12:58 Teymur titulu Şəhriyardan almaq üçün əlindən gələni edəcək Dünən, 12:56 Şəmkirdə 100 min avro uğrunda mübarizə başlayır Dünən, 12:53 Finalın hakimi kim olacaq? Dünən, 12:51 MOİK islahatlara başladı: 8 futbolçu qovuldu Dünən, 12:50 Qətərdən səs çıxdı, diskdən yox Dünən, 12:45 “Sumqayıt” Kamerun yığması ilə qarşılaşacaq Dünən, 12:43 Premyer-liqanın üç klubu "Qarabağ"ı təbrik etməyib Dünən, 12:42 Oynadı və “sarı” aldı Dünən, 12:40 Çempion ola bilməməyin səbəbini dedilər... Dünən, 12:38 “Qarabağ” “qızıl”a “Azərsun Arena”da qovuşacaq Dünən, 12:36 “Mehdi Hüseynzadə”də işlər dayanıb Dünən, 12:35 Yaşar Vahabzadə İslamiadanın təqvimindən razıdı Dünən, 12:33 Eltac Səfərli İsveçrəni “fəth etdi” Dünən, 12:31 Sergey Karyakin Vüqarın məzarını ziyarət etdi Dünən, 12:30 İslamiada xəbərləri Dünən, 12:28 Simaitis ehtiyatda qalmasını normal qarşılayır 22-04-2017, 00:49 Qrupda qaldıq... 22-04-2017, 00:47 Tellur özündən razı deyil 22-04-2017, 00:45 Dreksa qayıdır, Petrov “Zirə”yə qarşı oynamayacaq 22-04-2017, 00:42 “Eurosport” Adamsın Azərbaycan gündəliyini vərəqlədi 22-04-2017, 00:40 Ölkə çempionları bəllidi 22-04-2017, 00:39 Qonaqlar xala da, qola da həsrət qaldı 22-04-2017, 00:37 İştirakçıların çoxluğu Neymarı təəccübləndirib 22-04-2017, 00:34 Avroliqaya sonuncu vəsiqə kimin olacaq? 22-04-2017, 00:33 "Yaz turniri" başlayıb 22-04-2017, 00:31 4000 manata başa gələn 1 xal 22-04-2017, 00:30 Nicat Muxtarov 3200 manat ziyana düşdü 22-04-2017, 00:28 Təbriz Həsənov Makedoniyanı AÇ-dəki hansı rəqibimizə oxşatdı? 22-04-2017, 00:27 PFL “gümüş”lə “bürünc”ü Qəbələyə aparır 22-04-2017, 00:25 “İnter” dağılır: Səlahət gedir, başqaları son iki turu gözləyir 22-04-2017, 00:24 Maşallah Əhmədovun məsələsi yenidən araşdırılacaq 22-04-2017, 00:23 “Qarabağ” nominal meydan sahibi oldu 22-04-2017, 00:22 Klublar Komitəsi mövsümün sonunu gözləyir 22-04-2017, 00:17 Alina Kabayeva gimnastikamızdan ağızdolusu danışdı 22-04-2017, 00:16 Jidkova yığmanın uğur qazanacağına inanır 22-04-2017, 00:14 İslamiada xəbərləri 22-04-2017, 00:12 Avropa çempionatına iki “bürünc”lə başladıq 22-04-2017, 00:11 Fətəliyevanın məğlubiyyətsizlik seriyası qırıldı 22-04-2017, 00:09 Jurnalistlər “Xəzər Lənkəran”ı qınayır 19-04-2017, 20:19 Mənsimovlar, Hadisənin ayaqları altına səpdiyiniz pulumuzu qaytarın! 19-04-2017, 20:17 AFFA və PFL-dən Əsgər Abdullayevi təbrik etməyiblər 19-04-2017, 20:15 “Qırmızı”sız tur və 3500 tovuzlu 19-04-2017, 20:13 HAKİMLƏRİN MÜHAKİMƏSİ 19-04-2017, 20:11 Avropa Liqasının təqvimi müəyyənləşdi 19-04-2017, 20:09 Yığma kluba uduzdu 19-04-2017, 20:08 “İnter”də maaş problemi davam edir 19-04-2017, 20:06 TURUN SİTATI 19-04-2017, 20:04 TURDAN MƏQAMLAR 19-04-2017, 20:01 Niyə “Qəbələ” yox, “Qarabağ”? 19-04-2017, 19:59 TURUN OYUNÇUSU Bütün xəbərlər
Ən çox oxunanlar