31 mar 00:15Yazar

Adların kölgəsindəki “Neftçi”

Qulaqlarımız eşitməkdən, gözlərimiz oxumaqdan yorulub. Hamı “Neftçi” böyük klubu, burda çalışmaq əlavə məsuliyyətdi, azarkeşlər həmişə “xalq komandası”ndan uğur gözləyir” tipli sözlərdən yararlanır. Xüsusən də “Neftçi”də vəzifə alan, iş başına keçənlər. Çünki “Neftçi” həm də “yağlı tikə”di. Ora gəldinsə, yaxşıca hörmətə minəcəcəksən, həm pul, həm də şan-söhrət qazanmaq imkanı yaranacaq. Ağıllı ol, sözə baxanlıq elə, kifayətdi.
Çox hörmətli Ceyhun Sultanovun qəzetimizə verdiyi müsahibədə bu cür ifadələrdən istifadə etməsinə təəccüblənmədim. Palaza bürünüb, elnən də sürünür. Mən iddia etmirəm ki, Ceyhun bəy də “Neftçi”yə öz şəxsi mənfəətini güdərək gəlib və özündən əvvəl eyni kanal vasitəsiylə paytaxt klubuna göndərilənlər kimi davranacaq. Əksinə, ürəyimin dərinliklərində onun peşəkarlığına, təmiz insan olduğuna inam var. İstəyirəm ki, etimadımızı doğrultsun. Onun buna bacarığı, potensialı, futbol biliyi yetərlidi. Yetər ki, həm özü istəsin, həm də Sultanova bu imkan yaradılsın. Ceyhun bəyi düz yoldan saptırmasınlar, öz əməllərinə alətə çevirməsinlər. Bu ümidlərim kövrəkdi. Çünki reallıqları bilirəm. Başa düşürəm ki, “xaç ataları”nın istəyinə müqavimət göstərmək, kirli qazanda qaynayarkən təmiz qalmaq o qədər də asan iş deyil.
“Neftçi” böyük klub idi, bəli, mən razıyam. SSRİ boyda dövlətin çempionatında 3-cü olmaq heç də asan məsələ deil. Söhbət təkcə yaşıl meydanda gedən mübarizələrdən qalib çıxmaqdan getmir. Hamımız bilirik ki, əzəmətli imperiyada bizə münasibət, qısqanclıq, düşmənçilik hansı dərəcədə olub. Bu maneələri aşmaq, Azərbaycana medal qazandırmaq həmin dövrdə çox mürəkkəb və çətin tapşırıq idi. Bizim “xalq komandamız” bunu bacarıb. Elə ondan sonra da “Neftçi” Azərbaycan futbolunun flaqmanı missiyasını uğurla yerinə yetirib. Həm SSRİ dövründə, həm də imperiyanın süqutundan sonra. Müstəqil Azərbaycan futboluna “Neftçi” özünün neçə-neçə yetirməsi ilə töhfə verib. Milli komandalarımızda, digər klublarımızda futbolun sirlərini “Neftçi”də öyrənmiş, ilk addımlarını məhz orda atmış çox istedad var. Avropa Liqasının qrup mərhələsinə adını yazdırmaqla, Azərbaycan futbolunun yeni standartlarını müəyyənləşdirməklə “Neftçi” bizim üçün yeni səhifə açdı, adını tariximizə silinməz izlərlə yazdırdı.
Sonrası hamımıza məlumdu. Adətən, uğur göz qamaşdırır, başgicəllənməsi yaradır. Amma “Neftçi”nin 2012-ci ilə qədər qazandığı ardıcıl uğurlar kimlərinsə gözünü başqa cür qamaşdırdı. Bu parıltı paxıllığa, qəsbkarlıq ehtirasına çevrildi. “Neftçi”yə bütün badalaqları atdılar ki, ona sahiblənsinlər. Sonda da məqsədlərinə çatdılar. Birvaxtlar “Neftçi” turnir cədvəlinin ikinci pilləsində yer alanda uğursuzluq sayılırdı. Çempionluq uğrunda yarışan komandanın oyunçularını Berti Foqts milli komandaya layiq bilmirdi, onlara dəvət göndərmirdi. İndi “Neftçi” 5-ci pillədə yer alıb. Özü də 4-cü yerdə gedən komandadan 6 xal geridədi. Son 2-3 ildə, daha doğrusu, klubdakı rəhbər dəyişikliyindən sonra bu hala adət etmişik. “Neftçi” ardıcıl iki oyunda qələbə qazananda sevinirik, böhranın geridə qaldığını düşünürük. Buna baxmayaraq, “Neftçi”nin düşərgəsindən 6 futbolçu milliyə dəvət alır. Mən onların hamısının bu dəvətə layiq olduğunu düşünürəm. Amma bir məqamı qeyd etməyi özümə borc bilirəm ki, Bert Foqts “Neftçi”lilərə dəvət göndərməyəndə də “ağ-qaralar”ın heyətində millidə oynamağa layiq futbolçular var idi. Və almaniyalı çalışdırıcı bu qərarı təkbaşına vermirdi, ona diqtə edirdilər. Həmin adamlar indi də səlahiyyət sahibləridi. Özü də səlahiyyətlərini və təsir imkanlarını genişləndirib, “Neftçi”ni də öz nəzarətləri altına alıblar.
“Neftçi” böyük klubdu” deyənlərin, bununla qürrələnənlərin o böyüklükdən əsər-əlamət qalmadığından xəbərləri yoxdumu? “Neftçi” əvvəlki kimi böyük olsaydı, onun prezidenti Kamran Quliyev kimi təyin olunan, bir saat içində şəhərdən şəhərə, klubdan kluba göndərilə bilən birisi olmazdı. İnanmırsız? Böyüklük təkcə tarixlə, keçmişdə qazanılan nəticələrlə ölçülmür. “Neftçi”ni kiçildiblər, özü də insafsızcasına. “Xalq komandası”nın son ev oyununda rəqibi “Qarabağ” idi. Rəsmi rəqəmlərə görə oyunu tribunadan 4000 azarkeş izləyib. Bəli, “Neftçi”yə könül verən, onun uğurlarına sevinən azarkeşlərin sayı bundan qat-qat çoxdu. Amma onların hamısını tribunalardan qaçaq salıblar, sevimli klublarından küsdürüblər. Həmin gün tribunada olan 4000 azarkeşin “Bakcell Arena”ya “Neftçi”yə görə gəlmədiyini başa düşmək üçün əvvəlki oyunların protokollarına baxmaq kifayətdi. “Keşlə” ilə qarşılaşmanı 800, “Zirə” ilə görüşü isə cəmi 500 azarkeş canlı izləyib. Ciddi fərqdi, deyilmi? Ciddi olduğu qədər də ürəkağrıdan, təəssüf doğuran. Bunun günahkarı biz deyilik. Qoy səbəbkarlar utansın, xəcalət çəksinlər. Öz şəxsi mənafelərinə görə 80 illik tarixi hansı vəziyyətə saldıqlarını bir daha görsünlər. Bəlkə onda vicdanları onları narahat edə.
Daha pisi odu ki, proses dayanmayıb, davam edir. Kamran Quliyev - Ceyhun Sultanov duetinin “Neftçi”yə etdiyi ilk əcnəbi transferi azarkeşləri xəyal qırıqlığına uğratdı. Mövsümün ortasında 2018-ci ildə ayağına top dəyməyən əcnəbini transfer etdilər. Xeyirdimi? Bəli, kimlərinsə xeyiri olmasaydı, çətin ki, Soni Mustivar indi Bakıda olardı. 27 yaşlı futbolçunun Fransanın U-20 millisində oynamasıyla fəxr etmək isə çox gülməlidi. Bu qədər kiçilmək “Neftçi”yə yaraşmır. O qədər kiçildiblər ki, “Milan”ın düşərgəsinə baş çəkən balaca Lorenzonun kölgəsinə də sığır...
viagra dose vs cialis
cialis generic
cialis coupon for costco
<a href="http://cialisgrudj.com/">buy cialis</a>
cialis daily use 5mg dosage
http://cialisgrudj.com/
viagra vs cialis price comparison

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:24 Həftənin idman proqramı Bu gün, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də Bu gün, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq Bu gün, 14:12 Yığma şotlandlardan "2 aldı" Bu gün, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! Bu gün, 13:47 "Qarabağ" fərqi minimuma endirdi Bu gün, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi Bu gün, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! Bu gün, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu Bu gün, 13:40 Murad Moldovada baxışdadı Bu gün, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? Bu gün, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi Bu gün, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” Bu gün, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! Bu gün, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi Bu gün, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı Bu gün, 12:54 U-19 minimal hesabla yenildi Bu gün, 12:53 “Neftçi” Zirədə xal itirdi 17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış Bütün xəbərlər
Ən çox oxunanlar