05 fev 12:42Yazar

Ölkə futbolu başsız qalanda...

Vaxtilə elə dönəmlər var idi ki, az qala dünya bizim çempionatdan, klublardan danışırdı. Təmsilçilərimiz avrokuboklarda heç nə ilə yadda qalmasa da, pulumuzu balta kəsmirdi. Elə həmin pulların təsirinə görəydi ki, neçə-neçə tanınmış məşqçi və futbolçular Azərbaycan adlı diyarın varlığından xəbər tutur, Bakının gəzməli-görməli yerlərinin seyrinə çıxırdı. Daha kimlərin üzünü görmədik ki? Bülənt Korkmaz, Aleksandr Starkov, Vinfrid Şefer, Toni Adams, Con Toşak, Mustafa Dənizli, Anatoli Demyanenko... Bəh-bəh... Hələ bu harasıdı? Emil Mpenza, Oqtay Dərəlioğlu, Ahmet Dursun, Suat Usta, Əli Cansun, Terri Kuk, Valentin Belkeviç, Sergey Skaçenko... Pulun gəlhagəl vaxtlarıydı, gözlər ayağın altını görmürdü. Olliqarxlar bir-biri ilə bəhsə girər, özünü ən yaxşı tərəfdən göstərməyə çalışırdı. Milyonlar su yerinə axırdı. Amma “axan suyun” dadını biz yox, əcnəbilər yaxşı bilirdi. Kim kimə, atan atanaydı. Azərbaycanlılar arasında ən çox qazananlar sponsorların qardaşları və yaxınları idi. Xaricdə Azərbaycan futbolunun adını çəkəndə klublarımızı yox, ölkəmizə gələn məşqçi və futbolçuları tanıyırdılar. Neftin gətirdiyi dollarları yığıb-yığışdırmaq olmurdu... Bunun bir sonu olmalıydı, necə ki, oldu da. Pul su deyil ki, bəşəriyyətin sonuna qədər ondan dadaq. Torpaq deyil ki, dağlardan yarıb gətirək. Bircə dənizdən çıxan neftimiz var, xarici qüvvələr onun qiymətini elə hala saldı ki, indi it ətindən də ucuzdu. Mətanət Əliverdiyevanın sözü olmasın,bir külək idi, bir film idi, baxdıq getdi.
“Karvan”, “Turan” və “MKT-Araz”ın imkanları uzun marafonu sona qədər uğurla başa çatdırmağa imkan vermədi. Pulla qartopu oynamaq həvəsləri cəmi 2-3 il sürdü. Belələrinin zavallı sponsorları futbolla qazanc artırmağın mümkünsüz olduğunu anlayan kimi geri çəkildi. Amma mübarizə dayanmamışdı, “37” davam edirdi. “Neftçi”, “Qarabağ”, “Bakı”, “İnter”, “Simurq”, “Xəzər Lənkəran”, “Qəbələ” kimilər təməli 2005-ci ildə qoyulan “xərcləyək, kef edək” kampaniyasının şərtlərini necə lazımdı, yerinə yetirirdi. Ta ki, Dövlət Proqramının müddəti 2015-ci ildə başa çatana qədər. “Bakı”nın başının üstünü qara buludlar alan gündən çox keçmədi ki, eyni aqibətlə “Xəzər Lənkəran”ın üzləşəcəyindən duyuq düşdük. Bu dəfə Cahangir Hacıyev həyatın acı taleyi ilə üz-üzə qaldı. İllərdi “yediyi” milyardları qaytara bilməyəcəyi məlum olanda, bu həm də “Simurq”la “İnter”in “fatihəsinin verilməsi” demək idi. Zaqatalanı təmsil edən klub tarixin yaddaşına köçdü, “İnter” isə dönüb oldu o vaxtkı “Rəvan”ın tayı. Son iki ildə “Neftçi”nin büdcəsinə də əməlli-başlı əl gəzdirildiyi deyilir. Neft satılmayandan sonra “Neftçi” “yuxarılar”ın nəyinə lazımdı? Bir sözlə, 2005-ci ildə imzalanan “futbolun inkişafına dair Dövlət Proqramı” 10 yaşını tamamlayanda, ayaqüstə durmağı bacaranlardan cəmi ikisi – “Qarabağ”la “Qəbələ” qalmışdı. Digərləri şil-küt olub meydandan kənara atıldı.
Premyer-liqada mübarizə aparan klubların sayı 8-ə qədər azalıb. 4-ü AFFA-nındı, 4-ü sahibkarların. Bundan sonra assosiasiyanın qalstukluları ilə milyonçuların pullarının mübarizəsinə şahidlik etmək sözün əsl mənasında maraqlı olacaq. Başqalarını bilmirəm, səxavət göstərməkdə AFFA-nı qətiyyən qınamıram. Küçədə soyuqdan donan yetim uşağa mən də olsam, sığınacaq verər, yeməyə bir tikə çörək alaram. Amma ölkə çempionatının bu günə düşməsinin bir nömrəli günahkarı AFFA-ya rəhbərlik edənlərdi. Başqa cür desək, ölkə futboluna cavabdehlik daşıyanlar, gedən proseslərə nəzarət etməli olan şəxslər. Niyə? Tələsməyin,səbəbini deyəcəm.
Hafiz Məmmədov, Mübariz Mənsimov, Cahangir Hacıyev kimi “bərkgedənlər” futbola milyonlar xərcləyəndə, vəziyyət necəydi? Əfran İsmayılov “Qarabağ”da 150 minə oynayanda, “Bakı” ona 300 min təklif edirdi. “Xəzər Lənkəran” əcnəbilərlə FİFA müqaviləsi bağlayıb, 3 aydan sonra “pulunu vermirəm, get, nə istəyirsən et” deyib borc və faizləri başına yığanda sonunun necə olacağı gün kim aydın idi. “İnter”lə “Simurq” əcnəbi mütəxəssislərin əlinə verilib, legioner futbolçulara milyonlar xərcləyəndə sponsor “azərbaycanlıları nə hərləyirəm, mənə qalan xaricilər” olacaq düşüncəsi ilə addım atan Cahangir Hacıyev idi. Yəni bütün bunlardan ölkə futbolu ilə qiyabi maraqlananlar da xəbərdardı. O ki qalmışdı AFFA-da oturanlar. Bax, onda hərəkətə keçmək lazım idi. Hafiz Məmmədovu çağırıb “yerli futbolçuları niyə pulla şirnikləndirib, yoldan çıxarırsız” deməliydi, çox hörmətli Rövnəq Abdullayev. Mübariz bəyin kiçik qardaşı Mais Mənsimovun gözünün içinə baxıb “legionerlərlə lotu prinsipləri ilə davranmaq olmaz, əks halda çempionatdan kənarlaşdırılacaqsız, pulunuzun qədrini bilin” sözlərini deməli olan şəxs Elxan Məmmədov idi. Cahangir Hacıyevə də veriləcək sual vardı: “siz azərbaycanlı məşqçi və futbolçuların yetişməsinə xidmət edirsiz, yoxsa başqa niyyətiniz var”? Amma bunların heç birini edən olmadı. Əziyyət çəkmək, baş işlətmək, “pullu qardaşlarla” üz-üzə gəlmək kimə lazım idi? Həmin Cahangir Hacıyevlə Hafiz Məmmədovun da yer aldığı İcraiyyə Komitəsinin ildə ən azı 3-4 iclası baş tuturdu. Yığışıb Foqtsdan, yeni tikilən stadionlardan, ordan-burdan danışırdılar. Çıxanda da jurnalistlərə ayaqüstü müsahibələr verirdilər, vəssalam. Və bu yolla olan-qalan azarkeşlər də stadionlardan qaçaq düşdü. İndi klublara sponsor axtarırlar. Nə sponsor, nə himayədar? Kimə lazımdı, azarkeşi, reklamı olmayan çempionat?
Odu ki, AFFA indi qollarını çırmalayıb. Məlum məsələdi. Daha bir-iki klubun premyer-liqada oynamqdan imtina etməsi sabah Azərbaycanın daxili çempionatsız qalması deməkdi. Bu isə ölkə prezidentinə cavab vermək deməkdi. Qorxu deməkdi, həyəcan deməkdi, məsuliyyət deməkdi. Yəni assosiasiyanın 4 klubu qoltuğunun altına almasının qeyri-adi səbəbi yoxdu, dostlar. Bir səbəbi var: vaxtilə tökülən zibilləri indi əks marşrutla yığışdırmaq. O vaxt yediklərini indi hissə-hissə qaytarmaq. Bəli-bəli, ölkə futbolu başsız qalanda, nəticəsi belə olur, cənablar.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:06 “Rəvan” rəhbərliyi apellyasiyadan cavab gözləyir Dünən, 18:03 “İnter”lilər hələ də maaş gözləyir Dünən, 17:56 “Qəbələ” Macarıstanda oynayacaq Dünən, 17:52 “Son mövsümdə cəzalanmayan hakim olmadı” Dünən, 16:37 Almanları təəccübləndirməyə bir xal çatmadı Dünən, 16:31 Elxan Abdullayev: dili var, dilçəyi yoxdu! Dünən, 16:28 Qurban Qurbanov azarkeşlərlə futbol oynadı Dünən, 16:26 Yığma bolqarlara yenə uduzdu Dünən, 16:21 "Kəpəz"in növbəti transferi də diviziondandı Dünən, 16:16 “Sumqayıt” “Von Abant” otelini seçdi Dünən, 16:02 Dünən ad günü olan Ülfət Mədətov “Rimini turniri”ndən danışdı Dünən, 15:58 "Zirə" legionerləri saxladı Dünən, 15:51 Füzuli Məmmədov “İnter” rəhbərliyinin qərarına izah tapa bilmir Dünən, 15:28 Lafferti: “Azərbaycanı məğlub etsək...” Dünən, 15:22 Rüstəm Əfsərli “Neftçi”də! Dünən, 15:19 Derlis Meza Kolli indi də “Neftçi” yolundadı Dünən, 15:14 Elvin Səfərli Qəhrəman Əliyevi “naşükür” adlandırdı Dünən, 11:37 Rüstəm DÇ-yə qədər heç bir yarışda çıxış etməyəcək Dünən, 11:34 İkinci Avropa Oyunlarının proqramı və təqvimi müəyyənləşdi Dünən, 11:31 AÇ-dən iki “gümüş”lə Dünən, 11:29 Füzuli Musayevin məclisində bədbəxt hadisə Dünən, 11:25 Qadın şahmatçılarımız ilk dəfə dünya çempionatında iştirak edəcək Dünən, 11:22 Çempionlar Liqasında təmsilçimiz olmayacaq Dünən, 11:16 Maşallah Əhmədovun oğlu məhkəmənin ədalətinə inanır 26-05-2017, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub 26-05-2017, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir 26-05-2017, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... 26-05-2017, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək 26-05-2017, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi 26-05-2017, 15:38 “Elvin Səfərli futbol adamı deyil” 26-05-2017, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır 26-05-2017, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq 26-05-2017, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır 26-05-2017, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı 26-05-2017, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı 26-05-2017, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı 26-05-2017, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! 26-05-2017, 15:17 Averin 15 aylıq cəzalandı 26-05-2017, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! 26-05-2017, 15:09 Türkiyə ilə bacarmadıq 26-05-2017, 15:07 Millimiz Bolqarıstana uduzdu 26-05-2017, 15:06 Medalsız qaldılar 26-05-2017, 15:05 Minskə beş qrossmeyster gedəcək 26-05-2017, 15:04 AÇ üçün hazırlıq başlayır 26-05-2017, 15:00 Antalyadan altı medalla 26-05-2017, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi 26-05-2017, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması 26-05-2017, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi 26-05-2017, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək 26-05-2017, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? 26-05-2017, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var 26-05-2017, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı 26-05-2017, 13:58 “Baku Fayr”dan çətin qələbə 26-05-2017, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı Bütün xəbərlər
Ən çox oxunanlar