03 fev 18:59Yazar

Sıradakı kimdi?

AFFA-nın fəaliyyəti Azərbaycan cəmiyyətinin güzgüsüdü. İllərdi biz neftdən gələn milyonların sayəsində sinəmizi irəli vermişdik, “yeyib-içmək istəyən Azərbaycana gəlsin” yazılan dəvətnaməni respublikanın devizinə çevirmişdik. Avropanın sabiq hökumət və dövlət başçılarından tutmuş, 5-ci dərəcəli idmançılarına kimi hamısını Bakıya çağırıb, yağ-bal içində üzdürürdük, qonaq edirdik. Ürəyimiz soyumurdu, yol xərclərini də özümüz ödəyirdik. AFFA da eyni yolu seçmişdi. Almaniyanın ən yaşlı kişi məşqçisini, İspaniyanın ən gözəl xanım mütəxəssisini uzun müddət Bakıda bəslədik. Əvəzində futbolumuz bir iynənin ucu boyda belə inkişaf etmədi. Ölkədə yaşananları “analoqu olmayan” təyini ilə tərifləyirdik, bundan bəhrələnən AFFA-nın qalstuklu idarəçiləri futbolumuzun da başına nəinki Avropada, heç Afrikanın “banan respublikalarında” belə rastlanmayacaq oyunlar açmaq üçün hərəkətə keçdilər. “Analoqu olmayan” fəaliyyətin nəticələri isə göz qabağındadı. Beş-altı il əvvəl Azərbaycan çempionatında 14 klub yarışırdı, sonra sayı 12-yə endirdilər. Dedilər ki, “6-lıq” sistemi bizə ən yaraşanıdı, bununla böyük inkişafa nail olacağıq. Bir də gördük ki, həmin 12 komandadan ikisi də sıradan çıxdı, 10 qaldı. AFFA-nın baş katibi “əmi canı, qəti qorxusu yoxdu” dedi. Faciənin ayaq səslərini belə batırdılar: “çempionatda 12 iştirakçı olanda iki aşkar zəif klub oyunları alıb-satırdı, alverin qarşısını ala bilmirdik. Çünki həmin autsayderlərin heç bir iddiası olmurdu. İndi 10 komanda arasında güzəştsiz mübarizə gedəcək”. Onlar dedilər, biz inandıq və alqışladıq. Bir də onda ayıldıq ki, adına premyer-liqa deyilən Azərbaycan çempionatında vur-tut 8 komanda qalıb. AFFA sözə baxmayan Hafiz Məmmədovu, Mübariz Mənsimovu və Nuru Əliyevi futboldan qaçaq salanda, onların klublarını sıradan çıxaranda da faciənin miqyasını anlamaq istəmirdik. Azərbaycan futbolunun başına salınan torba buzlu okenda üzən aysberq parçası kimidi. Görünən tərəfi görünməyən hissə ilə müqayisədə xeyli kiçikdi.
Qafqazın lider dövləti olduğunu iddia edən Azərbaycanın premyer-liqasında yarışan 8 klubdan 3-ü “ipi” bilavasitə AFFA-nın barmaqlarına dolanmış oyuncaq rolundadı. “Sumqayıt” bu dünyaya futbol qurumunun övladı kimi göz açıb. “Kəpəz”in adı Gəncənin, dadı AFFA-nındı. “Neftçi” isə məharətlə həyata keçirilən “Müşahidə Şurası” ssenarisindən sonra “Sumqayıt” və “Kəpəz”in “böyük qardaş”ına çevrilib. Hər kəsi öz adıyla çağırmaq, oynanan iyrənc oyunları anlamaq üçün elə də dahiyanə təfəkkürə, geniş mühakimə qabiliyyətinə sahib olmaq vacib deyil. Bir az cəsarətli, bir az da gözüaçıq olmaq yetərlidi. Xeyli müddət idi ki, “İnter”in başı üzərindən qara buludlar o tərəf-bu tərəfə keçirdi. Cahangir Hacıyevin “vurulmasından” sonra dəli dalğalar qoynunda sahibsiz qalmış gəmiyə çevrilən “ağ-göylər”i dişlərinə batırmaq üçün çoxdan həvəslənmişdilər. Birvaxtlar “su qiymətinə” satılmış “Şəfa” stadionu da xeyli dəyişikliyə məruz qalmış, simasını gözəlləşdirmiş, ərazisində inşa olunmuş otellə birlikdə daha cəlbedici olmuşdu. Plan baş tutdu. Ölkənin ən iri banklarından biri heç mövsümün sonunu belə gözləmədən futboldan çəkildiyini, “İnter”i göydə Allaha, yerdə AFFA-ya tapşırdığını elan etdi.
Nə idi bu qaçışın səbəbi? “Kapitalbank” “Beynəlxalq Bank”dan belə zəngin, belə imkanlıdı ki, “Zirə” ilə “Sumqayıt”a dəstək olmağa özündə güc tapır, amma “Beynəlxalq Bank” o qədər də böyük məsrəfləri olmayan “İnter”in “yük”ünü çox yox, mövsümün sonuna qədər cəmi 2-3 ay çəkmək istəmir?! Müəmmalar, cavabsız suallar, natamam açıqlamalar girdabında özümüzü yormayaq. Səbəb nə olur-olsun. Azərbaycan futbolunun, futbolda yürüdülən siyasətin iflasa uğradığını isbat etmək üçün əlavə sübuta ehtiyac yoxdu. Ölkə futbolu elə bir bataqlığa sürüklənib ki, artıq bu sahəyə qəpik-quruş xərcləmək “Beynəlxalq Bank” boyda iri banka belə sərf etmir, cəlbedici görünmür. Maraqlısı odu ki, öz hüquqşünasını “İnter”ə rəhbər təyin edən AFFA bundan sonra kluba sponsor axtaracağını da açıqlayıb. Gülməlidi, özü də çox. “Beynəlxalq Bank”dan daha zəngini kim var bu ölkədə? Onların davam gətirmədikləri, başlarını götürüb qaçdıqları futbola bundan sonra kim yatırım etmək, pul xərcləmək həvəsinə düşər? Yavaş-yavaş Elxan Məmmədovun “uzaqgörən” siyasətinin nailiyyətlərini hiss etməkdəyik. Bu gedişlə Azərbayca premyer-liqası AFFA-nın arxasındakı mini-futbol meydançasında, qurumun öz işçiləri arasında keçiriləcək. “İnter”i də öz nəzarətinə keçirən AFFA-nı bu münasibətlə təbrik etmək olar. Sıradakı kimdi, görəsən?
That's really thnkiing of the highest order

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar