13 mar 00:18Yazar

Hesabat, yoxsa corab hörgüsü?!

Martın 7-i AFFA İcraiyyə Komitəsinin 2017-ci ilin yekunları ilə bağlı hesabat xarakterli toplantısı keçirildi. Fəal jurnalistika ilə məşğul olsaydım, geridə qalmış toplantının gündəliyi haqda, məsələn, İK üzvü İsgəndər Cavadova bir neçə sual verərdim. Əminəm ki, İK-nın bir çox üvləri kimi Cavadov da həmin gündəliyi nə toplantıya qədər bilirdi, nə də indi xatırlayır.
Futbol Veteranları İttifaqına 2017-ci il ərzində 178693 AZN pul ayrılıb. Cavadovu bu toplantılara şüursuz şəkildə gətirən, aparan səbəb bu rəqəmlə bağlıdı. Eləcə də bu ölkədə futbol sahəsinin söz sahiblərini, veteranlarını yaltaq edən, səssiz edən amil bu məbləğdi.
Hər il “Milli komandalar” yarlığı altında 10 milyon manatdan artıq xərcin hesabatı verilir. Təfsilat isə yoxdu. “Təsərrüfat xərcləri” ayrı yazılır, “kommunal xərclər” ayrı yazılır, “aviabilet və otel xərcləri” ayrı yazılır, “ezamiyyət xərcləri” ayrı yazılır. Xərcləri fərqli başlıqlarda iki dəfə hesablayırlar, ağıllarına gələn hər başlığı atırlar, yenə də istədikləri çoxmilyonluq məxaric hesabı çıxmır, axırda özlərinin də səbri çatmır yeni uydurmalar düşünməyə, 700 minlik qalıq rəqəmin adını qoyurlar “digər xərclər”. Hesabat bitdi. Elxan Məmmədov jurnalistlərin qarşısına çıxır. Verilən suallar Qurban Qurbanov, klub sayı... ...boş-boş, mənasız, təkrar mövzular.
152 səhifəlik hesabat hazırlayıb, bəylər. Rəngli-rəngli, cədvəllər, qrafik göstəricilər və s. Otel və restoranların masaüstü jurnalı kimi nəşr etmək olar. 124-cü səhifəyə qədər hər şey haqda danışıblar. “Coca-Cola” məktəbli kubokundan tutmuş hansı klubda fiziki hazırlıq üzrə məşqçi işləyən şəxsin hansı təhsilə sahib, hansı ölkənin vətəndaşı olmasına qədər. Yazıblar ki, ötən il 10 mindən artıq məktəblinin iştirakı ilə respublikanın 72 məktəbi arasında birincilik keçirilib. Biz isə “facebook” səhifəmizdən hər gün məktəblilərin futbolsuzluqla bağlı şikayətlərini oxuyuruq. Suallarımızla yaşayırıq, məsələn, “bu ölkədə 72 məktəbin həyətində futbol meydançası qalıb ki, 72 məktəbdə futbol dərsləri keçirilsin?” kimi.
Ümumiyyətlə, AFFA-nın hesabatının 124-cü səhifəsinə qədər yazılanlar gerçəkdisə, onda Azərbaycanın idman mediası fil qulağında yatıb. Bu ölkədə futbolu ciddi cəhdlərlə inkişaf etdirirlər, böyük işlər görürlər, işıqlandıran yoxdu. İkinci bir tərəfdən, biz bunların özlərinin ən xırda işləri haqda hansı səviyyədə piar qurduqlarını da bilirik axı. Bunlar o hesabatda yazdıqları şeyləri həqiqətən gerçəkləşdirmiş olsaydılar, o işlərin keyfiyyəti olsaydı, elə Media Komitəsinə ayırdıqları vəsaiti bu layihələrin təbliği istiqamətində yönəldər, informasiyanı təmin edərdilər. Deməli, hamısı boş, yalan məlumatlardı. Məqsəd 124-cü səhifədən sonrasındakı Mühasibat Faciəsini diqqətdən yayındırmaqdı. Lakin cənablar nahaq yerə ölzərini belə dərdə düçar ediblər. Gördüyünüz kimi, hesabat verildi, tədbir başa çatdı, media əhli yenə də Qurban Qurbanovdan o tərəfə gedə bilmədi. Bu rəqəmlər onlara niyəsə cansıxıcı iş kimi görünür.
Biz burdan elan edirik, AFFA-nın 2017-ci il barədə açıqladığı Maliyyə və Müsahibat hesabatı bir mühasibat faciəsi, hətta cinayətidi. Buyursunlar, məsələni iqtisadçı ekspertlər şərh etsinlər. Yuvarlaqlaşdırılmış rəqəmlərlə 27 milyonluq məxaric siyahısı uydurulub. Belə başa düşürəm ki, mədaxillə bağlı baş sponsor SOCAR olduğundan yuxarıların audit təzyiqi qarşısında heç nə edə bilmirlər. Məcbur bütün daxil olan vəsaitləri açıqlamalı olurlar. Sadəcə, UEFA və FİFA-dan gələn, eyni zamanda milli komandanın oyunları ilə bağlı yayım gəlirləri xarici valyutalarla daxil olduğundan kurs ekvivalentləri göstərilməyib. Bir çox başlıqların təfsilatı olmadığı kimi, bu məqam da ümumiləşdirilib və ciddi pozuntu xarakteri daşıyır. Bütün hallarda daxilolmalarla bağlı rəqəmləri, çox güman, bu və ya başqa səbəbdən saxta göstərə bilmirlər. Nəticədə xərclər cədvəlini hazırlayan mühasiblərin loru dildə desək, “beyinləri yanır”. Yuxarıda da qeyd etdiyim kimi, eyni xassəli xərcləri iki dəfə ayrı başlıqlarda təkrar yaza-yaza uydurub başa çıxara bilmədiklərindən, 700 mindən artıq əlavə, adı bəlli olmayan məxaric göstərirlər. Diqqət yetirin:
Uşaq və gənclər futbolunun inkişafı, liqaların təşkili, beynəlxalq layihələrin keçirilməsi xərcləri – 2340815 AZN
Oyunların təşkili – 1083125 AZN
Uşaq və Gənclər Federasiyası – 100000 AZN
Adama deyərlər, uşaq və gənclər futbolununun inkişafına və liqaların təşkilinə 2340815 AZN ayırmısızsa, 1083125 AZN-ə hansı oyunları təşkil etmisən? Premyer liqa və birinci divizionu PFL keçirir, Region Liqası üçün MFL-ə ayrı büdcə ayrılıb, üstəlik Regional Futbol Fedarasiyasına da 135544 AZN vəsait ayırmısız. Uşaq və Gənclər Federasiyasına ayrılmış 100 min manatın təyinatı nədi, bir halda ki, uşaq və gənclər futbolu ilə bağlı 2 milyondan artıq xərc başlığı altında təfsilatı naməlum xərc göstərilib.
Uydura uydura gedirlər, toplamda 21 milyon manat civarında bir rəqəm əmələ gəlir. Bundan sonrası isə qalıq 6 milyonun adlandırılması dərdi olur ki, nəticədə məcburən birdən artıq klubun eyni maliyyə mənbəyindən maliyyələşməsi kimi, FİFA normaları pozuntusuna yol verdiklərini etiraf ediblər. Bu da AFFA-nın rəsmi özünüifşasıdı. İndi bir neçə ağlı başında mətbu orqanın bərabər və ya hansısa Qeyri-Hökümət Təşkilatının deklorasiyası lazımdı ki, bu fakt sənədləşdirilsin, beynəlxalq futbol qurumuna göndərilsin, bununla da Elxan Məmmədovdan beynəlxalq standartlarda futbol adamı düzəltmək istəyən adamlara dərs verilmiş olsun.
Gələk ən önəmli biabırçılığa. Tədbirdə bir neçə əcnəbi futbol adamı iştirak etdi. Görəsən, jurnalistlər heç bu adları və vəzifələri təqdim edilən şəxslərin gerçək kimliyini araşdırıbmı? Həvəsi olan həmkarlar buyursunlar, AFFA-nın hesabatı qədər uydurma bir təqdimatın ipucunu verdim, istəyən məşğul ola bilər.
Ümumiyyətlə, jurnalisti, veteran futbolçusu, klub idarəçisi və s. - bu ölkə futbolunun qayğısını çəkən hər kəs bu hesabatla hesablaşmanı davam etdirməlidi. AFFA neçə ildi eyni şeyi təkrarlayır. Açıq görünür ki, orda oturanların iqtisadi savadı adicə yuxarıların tələblərini qarşılamağa, yəni bilinən maliyyə pozuntularını “kirab halına salmağa” belə yetmir. Bu adamlar ağıllarınca cəmiyyətin başına corab hörürlər. Ən pisi də odu ki, o cəmiyyətin içində gerçəklərə kor olan hər kəs bunların dəzgahına özləri baş uzadırlar. Başınızı çəkin, gözünü açın, bəylər.
is cannabis oil a cure for cancer cannabis oil legal in florida
cannabis use disorder dsm iv code cannabis grow room layout

cannabis oil for medical treatment of copd penny cannabis stocks in canada
best cannabis trimming scissors <a href="http://www.braingamesnyc.com/games/profile/2940218/kenny97e016"&
gt;is cannabis oil legal in virginia

cbd oil for sale amazon cbd oil for sale at walmart
cbd gummies cbd oil reviews complaints

cbd oil for pain cbd oil for dogs with arthritis
cbd oil benefits cbd gummies for sale

low price generic cialis
generic cialis online
cialis super active plus reviews
buy cialis online
cialis 5mg price in india
http://cialispaxl.com/
cialis 5 mg generico precio

purchase generic cialis online
buy generic cialis online
cialis side effects dangers or
cialis generic
generic cialis sales
http://cialisgrudj.com/
buy viagra cialis online uk

Что скажешь интересного мне сегодня

мини офис в аренду

видео поздравления старого нового года корпоративные поздравления на новый год
напишите поздравление с новым годом алекс экспресс подарки на новый год

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar