24 fev 00:09Yazar

Yeni prezident, köhnə sözlər

1994-cü ilin qış ayları idi. Təhsil aldığımız kəndin orta məktəbində direktoru dəyişdilər. Əvvəlki direktor bizdən bir neçə kənd o tərəfdə yaşayırdı. İllərdi bacardığı səviyyədə məktəbin təmirinə, təhsilin keyfiyyətinə diqqət ayırmağa çalışırdı. Yaşı imkan verənlər xatırlayar ki, 90-cı illərin əvvəllərindən üzübəri vəziyyət getdikcə pisləşirdi. SSRİ yeni dağılmış, “keçid dövrü” adlanan bir zəmanəyə düşmüşdük. Cəbhədə döyüşlər gedir, hər gün şəhid xəbərləri eşidirdik. Dolanışıq çətin olduğundan müəllimlərin də hərəsi bir işin qulpundan yapışmağa, ailələrini dolandırmağa çalışırdılar. Belədə məktəbdə dərslərin pozulması, özbaşınalığın artması da çoxalırdı.
Beləcə kənddə direktorla bağlı narazılıqlar yaymağa başladırlar. Guya ki, məktəbimizin bütün problemlərinin baiskarı o rəhmətlik imiş və onu işdən uzaqlaşdırsaydılar, hər şey qaydasına düşəcəkdi. Tez-tez valideynlər məktəbə gəlir, toplu halda etiraz edirdilər. Deyirdilər ki, direktor bizim kənddən deyil, ona görə də balalarımızın gələcəyi onu maraqlandırmır. Tezliklə istəklərinə çatdılar, direktor dəyişdi. Qonşu kənddən olan bir müəllimi direktor qoydular. Onun barədə əfsanələr, rəvayətlər dolaşırdı. Guya ki, tezliklə məktəbin istilik sistemi düzələcək, otaqlar təmir olunacaq, müəllimlər üzərində nəzarət artırılacaq, dərslər yaxşı keçiləcəkdi. Unudurdular ki, kənddə qaz-işıq yoxdusa, məktəbi necə qızdırmaq olar, evində övladı ac olan müəllim özgənin uşağının təhsilinə necə can yandırarar?! Tezliklə hamı bu həqiqəti başa düşdü. Heç məktəbə gəlib, keyfiyyətli təhsil, isti otaq tələb edən də olmadı. Məktəbdə vəziyyət əvvəlkindən də xeyli pisləşdi. Amma yeni direktoru uzun müddət yerindən tərpətmək bir yana, heç narahat edən olmadı. Çünki hamının başı öz dərdinə qarışdı, məktəbdəki problemlər heç kimin yadına düşmədü. Sonra da belə vəziyyət adiləşdi, sanki elə məktəbin otaqlarının soyuq olması, dərslərin boş keçməsi, savadsızlığın yayılması normal haldı...
“Neftçi”də də vəziyyət belədi. Ölkənin ən qocaman klubunun, 81 illik tarixin problemləri hamını bezdirib. Yavaş-yavaş hamı keçmişi, qazanılan parlaq qələbələri unudur. Qəbul etməyə başlayırıq ki, elə bu cür də olmalıdı. Uğursuzluq “Neftçi”nin alın yazısıdı. Birvaxtlar “Neftçi” 1-ci pilləni itirmək təhlükəsi yaşayanda, bir oyunu uduzub o birini heç-heçə edəndə hamı həyəcanlanırdı. Prezidentin, baş məşqçinin istefası, yeni futbolçuların transferi tələb olunardı. İndi narazı olan 10-15 azarkeşdi, bir də mənim kimi tək-tük ürəyiyanan jurnalist. Başqa heç kimin vecinə deyil. Müşahidə Şurası, Elnur Məmmədovun hökmranlığı, ardınca Orxan Hüseynzadənin prezident kürsüsünə əyləşdirilməsi və ən nəhayət, Kamran Quliyevin gənclik arzusuna qovuşması - “Neftçi”nin son bir neçə ildə başına gətirilən biabırçılıqların, azarkeş marağına, klubun tarixinə tüpürülməsinin qısa xronologiyası belədi. Bütün bu hadisələr eyni mərkəzdən, eyni təfəkkür və məqsədlə idarə olunub. Tarix də hamısının layiqli qiymətini verib. Adlar, xarici görkəmlər fərqli ola bilər. Amma son üç ildə “Neftçi”yə rəhbərlik edənlər mahiyyətcə oxşar adamlardı və onların hamısının “ip”ləri bir rejissorun əlindədi. Ssenari müəllifinin diqtəsiylə hərəkət edib, “Neftçi”ni bataqlığa sürükləyiblər.
Hər şey 25 il əvvəl bizim məktəbin direktorunun başına gələnlər kimidi. Direktorlar dəyişdi, məktəbimizin vəziyyəti isə pisləşməyə davam etdi. Fəsadlarını şagirdilər, kəndimizin gələcəyi hesab olunanlar çəkdi. “Neftçi”nin yaşadıqlarının da ağrı-acısı Azərbaycan futbolunun üzərindədi. Kamran Quliyevlə Çingiz Abdullayevin eyni idarəetmə üsulundan yararlanacağı, mahiyyətcə fərqlənmədiyi ilk gündən məlum oldu. Yaxşı yadımdadı, Abdullayev Müşahidə Şurasının sədri kimi çox tənqid olunduğu dövrdə brifinq adı altında məhdud sayda jurnalistlə görüşmüş və yetərincə dar çərçivədə sualları cavablamışdı. Quliyev də belə etdi. Hansısa gözlənilməz sualın qarşısında çıxılmaz vəziyyətdə qalmamaq üçün əvvəlcədən elan olunmamış, mətbuatın kiçik bir qisminin məlumatlandırdığı görüş təşkil etdi. Teymur əminin sözü olmasın, qəti qorxusu yoxdu. Zaman özü bütün vacib sualları cavablayacaq.
İndilik bir məsələni deməyi özümə borc sayıram. Kamran Quliyevlə Ceyhun Sultanovun uğurlu kadr olduğunu, bu cütlüyün “Sumqayıt”da dağı dağ üstünə qoyduğunu düşünənlər nəyi nəzərdə tuturlar? Birvaxtlar istdedalı yetirmələri ilə öyünən Sumqayıt futbolu onların gəlişindən sonra kimi ortaya çıxarıb? Bir çox tarixi qarşılaşmaların şahidi olan şəhər stadionunu biz qıfıllatdırıb, süni örtüklü stadion saldırmışıq? Bernard Raab kimi “fitri istedad” sahibi olan məşqçiylə bu cütlüyün uzunmüddətli işbirliyindən nə qazanmışıq? Olmaya Məhəmməd Qurbanovu, Andrey Popoviçi, Mehdi Cənnətovu (siyahını uzatsam, qəzetin səhifəsi dolar) uğurlu tapıntı sayırsız? Təvəkkül Məmmədovun, Nicat Muxtarovun başına gələnlər isə “Sumqayıt”ın necə idarə olunduğunun əyani göstəriciləridi.
Ümid edək ki, “Neftçi”nin başına bu cür oyunlar gətirilməyəcək. Yeni prezidentin son açıqlamarı isə çoxdan köhnəlmiş, gəlişigözəl sözlərdi. Heç inanmağımız gəlmir.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar