22 fev 22:51Yazar

Futbolun “Məkkə”si, yox bir...

Kubokun finalının növbəti dəfə Qəbələdə keçirilməsinə, açığı, isti yanaşmırdım. Təkcə ona görə yox ki, 2015-ci ilin iyununda yerli azarkeşlər məhz həlledici görüşdə “Qarabağ”la “Neftçi”nin qarşıdurmasına şahidlik etmişdi. Bilirsiz, nə yer edirdi? “Qəbələ”nin ev oyunlarında stadionun yarısının yarısını belə doldurmayan qəbələli azarkeşlərin başqa bölgələrdə bu oyunla nəfəs alan futbolsevərlərdən üstün tutulması. Yəni bir bölgədə ki, qoz-fındıq yığmaq, çay evlərində vaxt “öldürmək” günün 2 saatını stadionda keçirməkdən vacibdi, orda niyə futbol bayramı yaşanmalıdı? Hə, bir də “Qəbələ”nin finala çıxacağı təqdirdə stadiona toplaşan azarkeşlərin 80 faizinin məhz bu komandaya azarkeşlik edəcəyi faktı var axı. Rəqibə qarşı ədalətsizlik olmazmı? Bu cür düşünürdüm. Fariz Nəcəfovla digər klub rəsmilərinin qəzetimizin ötən sayına verdiyi açıqlamaya qədər.
Hazırda finalda oynamaq arzusuyla yaşayan “Neftçi”, “Sumqayıt” və “Keşlə”nin rəsmiləri – Anar Şabanoğlu, Ceyhun Sultanov və Rəmiş Malıyev daş atıb başlarını tutublar ki, bəs hansısa ədalətsizlikdən söhbət gedə bilməz. Oyunu Qəbələyə salıblar, əcəb ediblər, heç bir problem yoxdu. Hələ bir qədər də irəli gedib regionlarda futbolun inkişafını, nə bilim, təbliğatını ön plana çəkiblər. Başqa nə deyə bilərdilər ki? Valı başqa yerə fırlatmaq birbaşa PFL prezidenti Ramin Musayevin “bostanına daş atmaq” olardı. Final qarşılaşmasının məkanını seçmək quruma məxsusdusa, Musayevin əsas söz sahibi olması başadüşüləndi. Kimdi artıq-əskik danışıb, başını ağrıtmaq istəyən? Son bir ayda Ramin bəyin Tərlan Əhmədovun ünvanına işlətdiyi sözlər hələ də yaddaşlardadı. O de, ləzgi xəncəri itilənib, hazır dayanıb. Bir artıq söz, vəssalam, xəncər başını apardı.
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov sözün düzünü demək bacarığına sahib olan tək-tük funksionerlərdəndi. Qorxan yeri yox, çəkinəcəyi yox. Camaat ondan qorxur. Finalın Qəbələdə yox, başqa regionlarda keçirilməsinin mümkünsüzlüyünü dilə gətirməsi azmış kimi, detallara varıb. Dolayı yolla da olsa, deyib ki, həlledici matçın regionlarda keçirilməsinin tərəfdarıyam, amma hansı şəhər-rayona salasan? Naxçıvanda örtüyün vəziyyəti istənilən səviyyədə deyil, Gəncədə nə azarkeşlər üçün ayaqyolu var, nə də fərli-başlı paltardəyişmə otaqları. Üstəlik, futbolçular fasilədə paltardəyişmə otağına gedib, meydana qayıtmaq üçün 10 dəqiqə vaxt itirirlər.
Ötən ilin iyununda Naxçıvana səfər edən jurnalist heyətinin tərkibində olan biri kimi deyə bilərəm ki, finalı o stadiona salmağın özü faciə idi. Qazonu demirəm, təkcə azarkeş və media üçün yaradılan şərait bu oyunun adıyla qətiyyən uzlaşmır. İşıqlandırma sistemi yoxdu deyə camaat günorta saatlarında 40 dərəcə istinin altında oturmağa məcburdu. Həm də robot kimi. Artıq-əskik söz işlətmək olmaz! Uzun müddət ayaqüstə dayanıb, Avropadakı kimi fanatlıq etmək olmaz! Tutub apararlar səni. Jurnalistlərin rahat işləməsi baxımından yaradıl(may)an şəraitdən söz açmalı olsam, gərək köşəni bu mövzuya həsr edim. Nə isə...
Lənkəranlıların futbol sevgisinə, stadionun vəziyyətinə söz yoxdu. Qazonu da istəsəydilər, mayın 28-nə qədər ideal vəziyyətə gətirə bilərdilər. Hər halda, yazda otu hazırlamaq çətin iş deyil. Amma bu oyunu ora salmazdılar. Dünya dağılsa da, mümkün deyildi. “Xəzər Lənkəran” tarixin yaddaşına köçəndən sonra içi klub rəsmiləri qarışıq, bu bölgənin camaatı vəziyyətin bu həddə çatmasında AFFA ilə PFL-i qınayır. Sanki komandanın müflis olmasında, iddiasından uzaq düşməsində və yekunda elitanı tərk etməsində əsas günahkar PFL imiş. İstəsək də, istəməsək də, cənublularda formalaşan fikir budu. Hələ “Xəzər Lənkəran”ın “mənəm-mənəm” deyən vaxtlarında Ramin Musayevlə Xaqani Məmmədovu “ağ yuyub, qara sərirdilər”. İndi, yəni Lənkəranın futbolsuz qaldığı vaxtda ora kubokun finalını salmaq lənkəranlılara gözdağı olardı. Minlərlə azarkeşin PFL-in və ya ayrı-ayrı şəxslərin ünvanına xoşagəlməz ifadələr işlətməyəcəyinə, təhqir dolu pankartlar açmayacağına heç kim zəmanət verə bilməzdi. Polis yox e, istəyirsən maskalıları tök ora, lənkəranlının beyni döndüsə, qarşısındakını tanımır. Ona görə də Lənkəran variantını da avtomatik “ölmüş” saya bilərik.
Düzü, qərar verilən günə qədər mayın 28-dəki qarşılaşmanın Gəncədə baş tutacağına şübhəm yox idi. Verilən açıqlamalar, görülən işlər sanki buna doğru aparırdı. PFL prezidenti hər dəfə ağzını açanda Gəncənin adını çəkirdi. Bir dərd vardı – projektorların işləməməsi. Onu həll edib, stadionun ərazisində iki-üç ayaqyolu tiksəydilər, hə, bir az da media sektoruna əl gəzdirsəydilər, heç bir problem yox idi. Nə böyük işdi ki? Elmar Vəliyev kimi icra başçısının əlində uzağı bir həftəyə həll olunan məsələdi. Bir tapşırığı bəs edir ki, stadionu söküb, yerində yenisini tiksinlər.
Di gəl, bu dəqiqə başçıçın başı Gəncənin Avropanın İdman Paytaxtı seçilməsinə qarışıb. İki il əvvəl Gənclər Paytaxtı seçiləndə, yerli gənclər ağ günə çıxmışdı, bundan sonra da idmançılar gün işığına çıxar. Deyirəm, o boyda şəhərin neçə-neçə ziyalısı, idmançısı, futbolçusu var. Biri çıxıb etiraz eləmir ki, niyə final oyunu Gəncədə yox, Qəbələdə olmalıdı? Avropanın Gənclər Paytaxtı seçilən şəhərin stadionu niyə qara gündədi, ayaqyolusu yoxdu? Halbuki danışanda futbolun “Məkkə”sini əsas gətirirlər. Başçını görəndə ayaqları tir-tir əsir, dilləri topuq vur. Futbolun ”Məkkə”si, yox bir... Heç Məkkəyə getmək üçün keçilən Astara gömrüyü də deyil.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar