21 fev 13:53Yazar

“Astana”dan alacağımız dərslər

Tez-tez Avropaya tərəf boylanırıq, “köhnə qitə”nin aparıcı futbol ölkələrindən nəsə öyrənməyə, onlara bənzəməyə çalışırıq. Amma düz qonşuluğumuzda, Xəzərin o tayında yerləşən Qazaxıstandan da öyrənə bilərik. Yayda Almatıya səfərim zamanı “Kayrat”ın bazasından geniş reportaj hazırlamışdım. Sizin də yadınızda olar. Bir daha vurğulamışdıq ki, futbolumuzun inkişafını istəyiriksə, paytaxt Bakıda və bölgələrdə bu cür bazalar olmalıdı. Həmin bazalarda istedadlı uşaqlar peşəkarlığa doğru ilk addımlarını atmalı, futbolun sirləri ilə yanaşı, elm də öyrənməlidilər. Hazırda ölkəmizdə təkcə “Qəbələ” belə şəraiti ilə öyünə biləcəyi akademiyaya sahibdi. Qalanları isə gücü daha çox əsas komandaya verib, bu günü ötüşdürməklə məşğuldular. Sabaha Allah kərimdi.
Əslində bu prosesə AFFA rəhbərlik etməli, təşkilati işlərlə bağlı təşəbbüsü öz üzərinə götürməlidi. Çünki qurumun üzərinə bilavasitə əsas öhdəliklərdən biri kimi Azərbaycanda futbol siyasətini həyata keçirmək, problemləri həll etmək, inkişaf üçün vacib olan şəraiti yaratmaq qoyulub. “Boz bina”da oturan, bərli-bəzəkli kostyumları və son model avtomobilləri ilə öyünən, axşamlar Bakının ən bahalı restoranlarında şam yeməyi yeyən, dəniz istirahətinin dadını çıxarmaq üçün yayın gəlməsini səbrsizliklə gözləyən dəyərli cənabların yadına bu cür işlər heç düşmür. Onlar üçün futbol bahalı layihələr, xaricə “biznes klass”da uçuşlar, otellərin lüks nömrələrində gecələməkdi. Bir də karyera və asan pul qazanmaq mənbəyi. Ona görə də Azərbaycanın bölgələrini futbola həsrət qoyublar ki, birdən sabah Tahir Süleymanov kimi dilini dinc qoymayan funksioner onlardan rahat kabinetlərini tərk edib, bölgələrə baş çəkməyi tələb edər. Son aylarda AFFA-nın ən böyük uğuru millimizə yoxlama görüşlərində gücümüzü sınamaq üçün rəqib tapmaqdı. Bu minvalla Ermənistan xaric, keçmiş SSRİ-nin bütün respublikaları ilə yaşıl meydanda qarşılaşacağıq. Moldovanın ardından Belarus, Latviya və Qırğızstanla razılığa gəlmişik. Sanki yoxlama görüşləri keçirməklə futbolumuz inkişaf etməyə başlayacaq, Qurban Qurbanov üçün geniş seçim imkanı yaranacaq. Millinin gücünü görmək üçün əvvəlcə o gücə güc qatmaq lazımdı, əzizlərim. Yoxsa indiki heyətlə hər gün yoxlama oyunu keçirək, nə faydası var?
Futbol fədakarlıq və sevgi tələb edən idman növüdü. Ona görə də bu yazımda qonşu Qazaxıstan futboluna diqqət ayırmaq, “Kayrat”ın ardınca “Astana”nı bizimkilərə nümunə göstərmək istəyirəm. Hələlik “Astana”nın bazasına baş çəkməmişəm. Amma Bakıdan da yaxşı müşahidə edə bilirəm və görürəm ki, Stanimir Stoylovun yetirmələri dünyanın ən fədakar futbolçusu adına layiqdilər. Söhbət heç də onların Avropa Liqasında 1/16 finala yüksəlməsindən, orda da məşhur “Sportinq”ə qarşı sona qədər mübarizə aparmasından getmir. Bizim futbolçular “Astana” qədər yüklənsəydilər, ölkə çempionatının avrokubokların təqvimi ilə tərs-mütənasib olmasından əziyyət çəksəydilər, indi onların minnətindən qulaqlarımız tutulmuşdu. Bilirsiz ki, Qazaxıstan premyer-liqası “yaz-payız” sistemi ilə keçirilir. Orda ötən mövsümün son oyunu noyabrın 5-də keçirilib. Yeni mövsümə isə martın 4-də Superkubokla start veriləcək. Aradakı dörd ayı Qazaxıstanın başqa klublarının futbolçuları istirahətə, daha sonra isə təlim-məşq toplanışlarına sərf ediblər. “Astana”lılar isə bu xoşbəxtlikdən məhrumdular. Onlar Avropa Liqasındakı uğurlu çıxışla özlərini bundan məhrum ediblər. Avropa Liqasında qrup mərhələsi davam etdiyindən Stoylov və yetirmələri istirahətin nə olduğunu unudublar. Onlar dekabrın 7-nə qədər gərgin məşqlər ediblər. Hətta “Slaviya” ilə prinsipial qarşılaşmanın hazırlıqlarını Praqada keçdilər və bunun nəticəsində rəqibi səfərdə məğlub edib, qrupda ikinci yeri tutdular. Yeni ildən dərhal sonra isə “Sportinq”lə oyunun hazırlığı başladı. Premyer-liqada onlara rəqib olacaq klubların futbolçuları iki ay dincəlmişdilər, növbəti iki ayı isə martın 11-də start götürəcək mövsümün hazırlıqlarına sərf edəcəkdilər. “Astana” məşqləri ağırlaşdırmağa və intentsivləşdirməyə məcbur idi. Komanda ilk oyunda “Sportinq”ə 1:3 məğlub olub, növbəti mərhələ şansları elə də çox deyil. Amma Stoylov öz prinsiplərinə sadiqdi. Paytaxt klubundan ayrılacağı deyilən mütəxəssis güclü rəqiblə qarşılaşmaya hazırlaşır, özü də Portuqaliyada.
Yayda da Qazaxıstan çempionatının davam edəcəyini nəzərə alsaq, deməli, “Astana”nın futbolçuları ilboyu dincəlmirlər. “Sportinq”lə oyunda qırmızı vərəqə alan müdafiəçi Yuri Loqvinenko isə qarşılaşmadan sonra azarkeşlərdən üzr istəməyi özünə borc bilib. Həm komandasını azlıqda qoyduğuna, həm də penalti epizodundakı səhvinə görə. Siz bizim futbolçuların oxşar vəziyyətdə necə davranacağını təsəvvür edirsizmi? Deyəcəkdilər ki, ağır qrafik üzündən istirahət edə, ailələrinə vaxt ayıra bilməyiblər, ona görə də bu cür səhvə yol veriblər. Hələ bir az sıxan olsa, sözlərinə “bizdən yaxşı bacarırsızsa, gəlin, özünüz oynayın” da əlavə edərdilər. Legionerlərimiz də bizimkilərin bu xasiyyətini görür, hərdən belə minnət qoymaqdan çəkinmirlər. “Astana”nın futbolçuları isə belə etmir, meydana çıxmağı, sona qədər vuruşmağı özlərinə borc bilirlər. Bizim onlardan dərs almalı olduğumuz çox şey var. Kaş ki, nəticə çıxarmağı, öyrənməyi bacaraydıq.
An
nə yaxşı ki, sənin kimi düzgün yazan biri var.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Bütün xəbərlər
Ən çox oxunanlar