19 fev 22:59Yazar

Daş belə futbolun başına

Bir həftə əvvəl idi, “Qarabağ” - “Qəbələ” oyunundan sonra. Bu oyuna baxmağa cəmi 1500 azarkeşin gəlməsi yaman yer eləmişdi mənə. Ətraflı düşünmədən, qara millətin dərd-sərini bilmədən köşə yazmışdım ki, bəs ölkə çempionatına niyə belə münasibət göstərirsiz? Niyə çempionat oyunlarında komandaları dəstəkləmirsiz? 1-2 manatınızdan keçib, istirahət günündə, münasib saatda stadiona gəlib isti yanınızı soyuq oturacağa qoymağa niyə ərinirsiz? Budu sizin futbol üçün darıxmağınız və s.
Mən bu işin içindəyəm deyə yalnız yaşıl meydan və top gözümü tutub. Bəlkə də baş verən proseslərə öyrəncəli olduğuma görə çox şeyə adi yanaşıram. Məsələn, klublardakı yerdəyişmələr, verilən açıqlamalar, davalar - bütün bunlara sıravı azarkeş gözüylə baxmıram, ola bilsin, baxmaq istəməmişəm. Ancaq bu həftə yaşanan olayları jurnalist yox, adi futbol həvəskarı kimi izlədim, təhlil etdim.
Kamran Quliyev – “Neftçi”nin yeni prezidenti. Təbrik edirəm, xeyirli-uğurlu olsun! Təki sələfləri kimi cibini doldurmağı yox, ölkənin ən köklü klubunun uğurlu gələcəyi haqda düşünsün. Amma bu adamın “Neftçi”də nə işi var? Adam 2011-ci ildən bu yana “Sumqayıt”ın prezidenti olub, klubun, komandanın yaranmasında əziyyət çəkib. Çətin günləri görə-görə pis-yaxşı rəqabətədavamlı komanda yarada bilib. Daha doğrusu, yaradıblar. Dünənə kimi rəhbərlik etdiyi komanda bu gün Avroliqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparır. Bu gün-sabah Sumqayıtda yeni meydan salınacaq, azarkeşlər daha da həvəslənəcək. Bütün bunlar gün kimi aydınkən, Quliyevi “Sumqayıt”dan götürüb “Neftçi”yə atmağa kimin haqqı çatır? Niyə çatmalıdı? O boyda adam şahmat fiquru-zaddı bəyəm, ürəyin istədiyi vaxt götürüb ürəyin istədiyin yerə qoyasan?
Yoxdu e, dünya təcrübəsində belə şey yoxdu. İndi Vaqif Sadıqova AFFA-da isti kreslo verilib deyə prezident dəyişikliyinə münasibət bildirəndə “belə keçidlər dünya futbolunda çox olub” sözlərini dilinə gətirir. Yalançının... Elə deməlidi, başqa söz deyə də bilməz. Elxan Məmmədovun qulağına çatar, işi fırıq olar. Hansı futbolda belə yerdəyişmə olub, Sadıqov? Hansı ölkənin çempionatında federasiyanın başında oturanlar bir klubun prezidentinə başqa klubda eyni postu tapşırıb? “Qalatasaray”ın başqanı “Fənərbaxça”ya gedib? Yoxsa “Real”ın rəhbərinə “Xetafe”nin vəziyyəti pisdi, get oranı düzəlt” deyiblər? Yoxdu belə nümunə, ola da bilməz. Bu ancaq sahibsiz, kimlərinsə əlində oyuncaq olan Azərbaycan futbolundadı. Kamran Quliyevə verilən tapşırıq təkcə “Sumqayıt” yox, Sumqayıt adına söyüşdü. Adam diliylə deyir ki, təyinat mənim üçün gözlənilməz oldu, fikirləşib cavab verdim. Adam yeni kluba prezident təyin olunan gün əməkdaşımızın “Neftçi”yə, yoxsa “Sumqayıt”a azarkeşlik edəcəksiz” sualına “insanıq, robot deyilik, mən hələ də sumqayıtlı azarkeşlərin səsini eşidirəm” cavabını verir. Düz də deyir. Hər bir normal insanın düşüncəsi, sadiqlik deyilən hissi olur. Bəs AFFA-da oturub, kabinetdən zənglə tapşırıq verənlərin hissi, mənliyi, düşüncəsi hanı? Yoxdu. Olsaydı, “Neftçi”ni əldə oyuncaq etməz, Kamran Quliyevi baxça uşağı kimi bir otaqdan çıxarıb o biri otağa salmazdılar.
Ramin Musayev – kişi oğlu kişidi, onunla ölümə də gedərəm. Yaxşı yol və süfrə yoldaşıdı, darxımazsan. İşçisinin hörmətini saxlayar, kabinetinin qapısını müsahibə üçün döyən jurnalistə yuxarı başda yer verər. Amma açıqlamaları tutduğu vəzifəyə qətiyyən yaraşmır. Bəlkə də zarafat edir, bəlkə də gündəm yaratmaq üçün ağlına gələni dilinə gətirir. Amma çempionatı təşkil edən qurumun prezidentinin o cür danışmaq haqqı yoxdu. Məsələn, Ramin Musayev “Neftçi”yə baş məşqçi təyin edə bilməz! Edibsə belə, dilini dinc saxlayıb susmalıdı. Onu xalqa açıq şəkildə etiraf etməyin özü bir faciədi. Tərlan Əhmədov zənglərinə cavab verməyib, bunu cəza metodu kimi təqdim edə bilməz! Bilməz də, bilməz! Camaat gülür, ələ salır, məzələnir axı.
Tərlan Əhmədovu öz üsulu ilə cəzalandıracağını deyir, iki saatdan sonra da “Neftçi”nin prezidenti Kamran Quliyev Ramin Musayevə dolayı yolla “mən olan yerdə Tərlan Əhmədova və kluba heç kim heç nə edə bilməz” cavabını verir. Bu dava qurtarmamış PFL prezidenti ləzgi bıçağıyla baş kəsməkdən danışır. Qardaş, “peraşki” dövrü çoxdan gedib. İndi futbola milyonlar yatırılır, ölkə prezidenti idmanın inkişafı və kütləviliyi üçün çalışır, siz rəhbərləri daha səylə çalışmağa səsləyir. Sizin borcunuz da hər əməlinizə, açıqlamanıza fikir vermək, diqqətli olmaqdı. Deyib-gülək, zarafatlaşaq, nə istəyirsiz, edək, amma öz aramızda. Elə şeylər var ki, onları geniş kütlə qarşısında edə, deyə bilmirsən.
Bu cür özbaşınalığın olduğu ölkə futboluna kim maraq göstərəcək? Hansı azarkeş gəlib “Sumqayıt”ı, yaxud “Neftçi”ni dəstəkləyəcək? Bir halda ki, azarkeşin fikri nəzərə alınmır, kabinetlərdə oturanlar istədiyini edir. Adam dəlidi məgər canına əziyyət verib stadiona gəlsin. Ramin Musayevin Əhmədovla bağlı məlum açıqlamalarından sonra kim məni, ya səni İnqilab Məmmədovun şübhəli penaltisinin doğruluğuna inandıra bilər?
Onsuz da legionerlərsiz Azərbaycan futbolu heç nədi, ayaqlar altında qalıb. Heç olmasa, leşini çıxarmayın, insanları bu oyundan iyrəndirməyin. Sonra biri çıxıb, “daş belə futbolun başına” deyəndə, “niyə” sualını verirsiz. Daş salmısız da.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Bütün xəbərlər
Ən çox oxunanlar