18 fev 12:02Yazar

Futboldan başqa hər şey...

Bizim futbol belədi. Futbolun özündən danışmağa, müzakirə etməyə, dərdimizi deyib, çarəsini axtarmağa heç macalımız olmaz. Biz dünən AFFA və PFL-dən ölkə kubokunun finalı ilə bağlı son qərarı gözləyirdik. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə onların də töhfə verəcəyinə, prezidentin 2018-ci ili “Cümhuriyyət İli” elan etməsinə nəzərə alacaqlarına ürəkdən inanardıq. Düşünürdük ki, Qırğızıstanla oyunun tarixini dəyişəcəklər, yaxud da bizə ciddi mənada nəsə verməyəcək bu oyunu, ümumiyyətlə, ləğv edəcəklər. Amma gündəmi “toplananların yerdəyişməsi oyunu” tutdu. AFFA-nın baş katibi Elxan Məmmədov Antalyada şəxsən mənim gözlərimin içinə baxa-baxa “biz “Neftçi”yə heç bir müdaxilə etmirik” desə də, öz yalanını elə özü çıxardı. İş belə gətiribsə, biz də gündəmin axarını nəzərə alaq və ölkənin ən köklü klubundakı bu oyun haqda bir-neçə kəlmə yazaq.
Başlayaq klubun rəsmi saytından ictimaiyyətə verilən RƏSMİ məlumatdan: “Kamran Quliyev “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti vəzifəsinə təyin olunub”. Amerikanlının sözü olmasın, OK! Olunubsa, lap yaxşı. Xeyirli olsun. Bəs kim təyin edib? Prezidenti də təyin edərlərmi, ay qıvlasızlar? İndi gəlin görək ki, prezident nə deməkdi? Latıncadan prezident sözünün tərcüməçisi “öndə oturan” (“pre” - əvvəl, “sedere” – oturmaq) mənasını verir. Seçki yolu ilə müəyyən olunan dövlət və ya inzibati-ərazi vahidinin rəhbəri, yaxud kollegial orqanın, ictimai birliyin və ya kommersiya təşkilatının sədri. Yəni ki, “Neftçi”yə prezidentin təyin olunması özü bir məntiqsizlik, hüquqi prosedura zidd adımdı. Prezidenti təyin emək olmaz. İdarə heyətinin, sponsor və ya səhmdarların, indiki halda Müşahidə Şurasının toplantısı keçirilməliydi. Həmin toplantıda əvvəlcə Orxan Hüseynzadənin istefası müzakirə olunmalı, ondan hesabat istənməliydi. “Neftçi” nə üçün indiki mövqeyindədi, çalışdığı dövrdə hansı problemlərlə rastlaşdı, onları niyə həll edə bilmədi, kluba ayrılan pulları hara xərclədi, nə üçün bir menecerin düşərgəyə gətirdiyi legioneri geri göndərib, sonra Kamil Məmmədov eyni futbolçunu daha baha qiymətə gətirəndə razılıq verdi və s. Bəlkə onun əməllərində hansısa cinayət tərkibli məqam var idi, yaxud da adama təşəkkürnamə verməliydilər?! Bunları müəyyənləşdirəndən sonra isə yeni namizədin müzakirəsi açılmalı, onun mənfi və müsbət tərəfləri müqayisə edilməliydi, sonda da qərar çıxarılmalıydı.
“Neftçi”nin adı-sanı, tarixi, məntiq və hüquq elmləri bunu tələb edir. Onlar neynədilər? Onlar deyəndə özümü də gülmək tutur, kimdi ki, onlar? “Neftçi”nin çoxdandı bir-iki nəfərin iradəsiylə idarə olunduğunu hamımız bilirik. Bir ara Müşahidə Şurası adlı bir tamaşa qurdular. Sonra da gördülər ki, sağ qulağı sol əllə tutmaq işi xeyli qəlizləşdirir, birdəfəlik bu tamaşaya da son qoydular. Başladılar özləri çalıb, özləri də oynatmağa. Artıq idman ictimaiyyətini, klubun tarixini, çoxminli azarkeşləri o qədər veclərinə almırlar ki, bir saatın içində prezidenti də dəyişə bilirlər.
Dostlarımızdan biri deyir ki, gördülər “Neftçi” “Sumqayıt”ı keçə bilməyəcək, onun prezidentini gətirdilər ki, bəlkə bu üsulla yayda “xalq komandası”nı Avropaya göndərə, biabırçılıqdan xilas ola bilərlər. Əlbəttə, onun sözləri zarafatdı. Tez-tələsik yerdəyişmənin səbəbləri haqda yetərincə ciddi dəlillər səslənir və onların çoxu ağlabatandı. Amma səbəb nə olur-olsun, bu dəyişikliyin “Neftçi”yə yaxşı heç nə vəd etmədiyi məlum məsələdi. 81 illik tarix istehza hədəfi, autsayder olmağa davam edəcək. Bəla budu. Hazırda klubu idarə edənlər futboldan başqa hər şey barədə düşünür, hər cür hiyləyə əl atmağı bacarırlar. Olan da “Neftçi”yə olar. Azarkeşlərinin sırası seyrəlir, tarixinə 0:8, 1:8 kimi alçaldıcı hesablarla məğlubiyyətlər yazılır. Bir vaxtlar ən yaxşılardan sayılan uşaq məktəbi dağılır, istedadlar pərən-pərən düşür. İş o yerə gəlib çatır ki, “Neftçi” boyda klubun uşaq komandaları bir əcnəbi neft mütəxəssisin oğluna möhtac qalır. Futbolçu yetişdirməyə borclu olan məşqçilər rəhbərliklə əlbir olub bu uşağın xidmətindən birdən-birə üç komandada yararlanır, aldadıcı nəticələrlə gözə kül üfürürlər. İsmət Qayıbovun adını daşıyan, tribunaları da, ot örtüyü də göz oxşayan stadionu baza tikmək adıyla şumladılar, bir ətək pul da orda israf olundu. İndi bəh-bəhlə təlim məşq bazası dedikləri yerdə adicə bir paltardəyişmə otağı da yoxdu.
Nəyin qalıb, ay “Neftçi”? Quruca adın, bir də neft pullarından sənin adına ayrılan hissə. Bir də o pulu bölüşdürmək, yağmalamaq üçün daim davam edən mübarizələr, münaqişələr. Sən də o münaqişələrin dilsiz-ağılsız qurbanısan. Bir özün utanırsan, bir də biz. Yaşından, başından, düşdüyün durumdan utanırıq. Başına gətirilənlərdən utanırıq. Amma əlimizdən heç nə gəlmir. Bir azca da döz...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar