16 fev 07:21Yazar

Cana gələn qazona gəlsin

Azərbaycan futbolu tam bir komediyalar aləmidi. Qəzetimizin ötən sayında “Bakcell Arena”nın ala-bula, millinin Norveçlə oyunu zamanı rənglənmiş qazonundan yazmışdım. Səmimiyyətimə inanın, həmin yazını yazanda hələ Gəncədə başverənlərdən xəbərsiz idim. Ona görə də diqqətləri paytaxtdakı stadionun üzərinə çəkdim, AFFA-nın tərəfdaşı olan şirkətlərin qazon məsələsində necə yumurtadan yun qırxdığına və bu problemə illərdi əncam çəkilmədiyinə işarə vurdum. Sən demə, 8-ci kilometr qəsəbəsində yerləşən stadion Gəncədəkinin yanında toya getməliymiş. Əbəs yerə “Bakcell Arena”nın ot örtüyündəki probelemləri gündəmə gətirib, bu stadionun məsul şəxslərinin rahatlığını pozmuşam. Üzürlü saysınlar. Çalışarıq ki, daha olmasın.
Gəncə şəhər stadionunun başına gələnlər, yaxud gətirilənlər isə əsl “Ginnesin rekordlar kitabı”na düşəsi mövzudu. Mən təəssüf edirəm ki, rəhmətlik Əziz Nesin indi sağ deyil. Aramızda olsaydı və Gəncədə yaşananlardan xəbər tutsaydı, mütləq hekayələrindən birini bu mövzuya həsr edər, AFFA-nı və onun fərasətli otəkənlərini qəhrəmana çevirərdi. Təəssüf ki, bizim ziyalılarımızın, yazıçılarımızın arasında Nesin kimisi yoxdu və onlar bu cür əyri əməlləri, onları edənləri satira atəşinə tutmur, istehza hədəfinə çevirmirlər. Bəlkə də bu yolla onları utandırmaq, vicdanlı olmağa, haqq yoluna qayıtmağa səsləmək mümkündü. Digər bütün üsullar faydasızdı. Tənqidi yazılar yazsan da, əyri əməllərini yüz dəfə faş etsən də, veclərinə deyil. Utanmadan, qızarmadan öz işlərini görür, qaz vurub qazan doldururlar.
Gəncə stadionunda təmir işləri başlayanda gözlərimizi “mozol” etmişdilər. Az qala hər həftə yerli televiziyada, arabir də dövlətin bir nömrəli telekanalında bu barədə süjetlər verirdilər. İndi hardadı o süjetlərin müəllifləri? Nə üçün qısa müddət ərzində yaşıl qazonun sapsarı olmasından reportajlar hazırlamır, mütəxəssisləri danışdırmır, günahkarları və məsuliyyət sahiblərini axtarmırlar? Eh, nə qoyub, nə axtarıram? Özümü elə aparıram ki, sanki Azərbaycanda yaşamıram, hər gün ətrafımızda bu cür iyrənc olaylar yaşanmır. Ərinmədim, “Kəpəz”in rəsmi saytında ötən ilin mayında dərc olunmuş bir yazını oxudum. Orda qeyd olunur ki, ölkənin ikinci böyük şəhərinin stadionunun ot örtüyü 1960-cı ildən indiyə kimi dəyişməyib. Yenə də köhnə kişilərin gördüyü işə əhsən. Onların əkdiyi ot 57 il Gəncə futboluna pis-yaşı xidmət etdi, onun üzərində milli komandamız oynadı, tarixi “qızıl oyun” keçirildi, qitəmiqyaslı turnirlər çərçivəsində əcnəbilər top qovdular. Bəh-bəhlə dəyişdirilən, yarım milyondan çox pul xərclənən yeni örtük heç 6 ay dözmədi. Onun üzərində heç “Kəpəz” qələbə sevinci yaşayıb, azarkeşlərinin üzünü güldürə də bilmədi. Bəlkə də elə buna görə yaşıl ot xəcalət çəkdilər, rəngi saraldı-soldu.
Klubun rəsmi saytındakı həmin yazıdan bir sitata baxaq: “Gəncə şəhər stadionunda görüləcək işlər İrlandiyanın SİS şirkəti tərəfindən aparılacaq. Bir müddətdi ki, Azərbaycanda fəaliyyət göstərən şirkət Bakı Olimpiya Stadionu, "Bakcell Arena", "Dalğa Arena", paytaxtdan kənarda isə Qəbələ və Lənkəranda eyni işləri həyata keçirib. Bu sahədə kifayət qədər tanınan və təcrübəli şirkət olan SİS tərəfindən Gəncənin baş arenasında da qazon ən yüksək tələblər səviyyəsində yenilənəcək. Qarşıdakı 4 ay müddətində əraziyə ən müasir standartlara cavab verən yeni ot örtüyü salınacaq”. Ay sağ olun, nə demək istədiyimi anladız. Ən müasir standartlardan bəhs ediblər. Onların bəxtindəndi ki, bu qış Gəncəyə qar da yağmayıb, yoxsa günahı qarın üzərinə ata bilərdilər. Deyərdilər ki, yağan qarın dənələri nəzərdə tutulandan ağır olub, yaxud da buz kristallarının temperaturu normadan artıq ( yaxud da əskik – fərqi yoxdu, əsas bəhanə uydurmaqdı) olduğundan otun kökünə təsir edib. İndi qar da yağmayıb, nə deyə bilərlər? Sən vurmadın, mən yıxılmadım, bəs nə oldu?! Bu necə müasir standartdı ki, bir az soyuğa davam gətirə bilməyib. Hələ yağış-qar olsa, necə olacaq? Onda gərək AFFA yenidən 650 min xərcə düşsün ki. SİS şirkətinin nümayəndəsi Sinan Öztürk mayda klubun saytına verdiyi açıqlamanın sonunda belə bir cümlə işlədib: “İnşallah, burda “Kəpəz” futbol klubuna Avropanın standartlarına görə meydan salacağıq. Ondan sonra “Kəpəz”in uğurlarını gözləyəcəyik”. Sinan abi bu sözləri deyəndən sonra gülümsəyib də. İnanın mənə, saytda elə bu cür də yazıblar. Məncə, nə hikmət varsa, elə həmin gülüşdədi. Abimiz həmin kəlmələri işlədərkən ürəyində “ey ənayi azərilər, bu qazon heç yaza çıxmayacaq, çünki altında isitmə sistemi quraşdırılmayacaq. Bunun üçün bizə pul verməyiblər” sözlərini deyirmiş.
Bir ətək pulu havaya sovurub, yeni qazon salıblar. Amma onun altına istilik sistemi quraşdırmaq heç kimin yadına düşməyib. Bəlkə də düşüb, həmin sistemə pul da ayrılıb. Di gəl ki, həmin pul istehsalata yönəldilmədən ciblərə gedib. Bir dəfə rayonlarımızın birində bina tikirmişlər. Tikib qurtarıblar, görüblər ki, traktor binanın içində qalıb. Sonra binanın divarlarını söküb, traktoru çıxarıblar. Yəni qəti qorxusu yoxdu. Bizim hər işimiz belədi. İndi də yeni qazonu qaşıyıb, zibilliyə atarlar. Altına istilik sistemi döşəyər, sonra da təzədən toxum səpərlər. Olmasın bir milyon pul, əsas cansağlığıdı. Qoy cana gələn elə qazona gəlsin.
Hello there,

My name is Aly and I would like to know if you would have any interest to have your website here at football-plus.az promoted as a resource on our blog alychidesigns.com ?

We are in the midst of updating our broken link resources to include current and up to date resources for our readers. Our resource links are manually approved allowing us to mark a link as a do-follow link as well
.
If you may be interested please in being included as a resource on our blog, please let me know.

Thanks,
Aly

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Bütün xəbərlər
Ən çox oxunanlar