14 fev 00:56Yazar

Düzəldi hər yarağımız, qaldı ...“Bakcell Arena”!

Atalarımızın məşhur sözlərindən biridi. Günümüzlə, futbolumuzun gündəmi ilə də çox gözəl səsləşir. AFFA başbilənləri futbolumuzun analoqu olmayan inkişafı haqda danışanda infrastrukturu xüsusilə vurğulayırlar. Onlar bildirirlər ki, əvvəllər Bakıda standartlara cavab verən futbol meydanı tapmaq olmurdu, indi isə onların apardığı uğurlu siyasətin nəticəsi kimi hər klubun özünün stadionu var. Belə stadionlardan biri də 8-ci kilometr qəsəbəsində yerləşən, daha sonra isə AFFA-nın məşhur mobil operatorların biriylə işbirliyi sayəsində adını dəyişən “Bakcell Arena”dı.
11 min azarkeş tutumu olan bu stadionun açılışı yeniyetmə qızların Bakıda keçirilən dünya çempionatı ərəfəsində, yəni 2012-ci ildə baş tutub. SOCAR-ın pula pul demədiyi vaxtlarda inşa edilib. Açılış ərəfəsində və istifadəyə verildiyi ilk günlərdə AFFA-ya məxsus olduğu qeyd olunurdu. İnsafən, xarici görünüşü və akustikası ürəyəyatandı. Gediş-gəliş üçün əlverişsiz yerdə olsa da, “Dalğa Arena” kimi ucqarda, Bayıldakı stadion kimi dalana dirənən yerdə deyil. Sonradan nə baş verdisə, hansısa gizlin prosedurlar həyata keçirildisə, AFFA səxavat göstərdi, “Neftçi” stadionun sahibinə çevrildi. Paytaxt klubu yoğurmadan-yapmadan kökə tapıb, özünü əsl stadion sahibi kimi aparır. Artıq hamımıza məlumdu ki, “Qəbələ” də “Bakcell Arena”da avrokubok oyunları keçiriləndə “Neftçi” rəhbərliyi ilə danışıqlar aparır, onlarla müqavilə bağlayır. O da məlumdu ki, ötən yay icarə qiymətini birdən-birə xeyli yüksəltmişdilər. “Qəbələ”nin buna cavabı o olmuşdu ki, stadionun mərkəzindəki “Neftçi” loqosunun üzərini avrokubok oyunları zamanı qapatmışdılar.
Sözüm onda deyil. “Bakcell Arena” barədə yazmağa “Neftçi”nin “Kəpəz”lə oyunundan sonra qərar verdim. Sizin də yadınızda olar. 2014-cü il noyabrın 16-da millimiz həmin arenada Norveçlə münasibətləri aydınlaşdırmışdı. Həmin qarşılaşmaya ağ rəngli formada çıxan qonaq komanda 90 dəqiqənin sonunda meydanı yaşıla boyanmış halda tərk etmişdi. İlk dəqiqələrdə biz də təəccüblənirdik. Sonra başa düşdük ki, bizim ağıllılar arenanın saralmış qazonunu yaşıl rəngə boyayıblar, bununla da öz ayıblarını ört-basdır etmək fikrinə düşüblər. Əvəzində Azərbaycanı bütün Avropada gülüş hədəfinə çevirmiş, norveçli qonaqları bu hiylələri ilə şoka salmışdılar. Norveç millisinin meneceri oyundan sonra bildirmişdi ki, fasilədə futbolçular formalarını dəyişməyə məcbur olublar və uzun müddət nəyin baş verdiyini anlamayıblar. UEFA nümayəndəsi isə qonaqları sakitləşdirib, rənglənmənin səbəbi kimi televiziyada stadionun yaxşı görünməsini göstərib.
O zamandan bəri dəfələrlə “Bakcell Arena”nın qazonunda problemlər yaşanıb. Yayda istidən, qışda isə soyuqdan bu stadionun ot örtüyü yanır. Özü də hər il “Neftçi”nin büdcəsindən ot örtüyünə qulluq adıyla bir ətək pul silinir və AFFA-nın tərəfdaşı olduğu deyilən, baş katib Elxan Məmmədovla əlaqələri indiyə qədər təkzib olunmayan şirkətin hesabına ötürülür. Həmin pulların ordan da kimlərin cibinə axıdıldığını bilməsək də, dəqiq olan odu ki, “Bakcell Arena”nın qazonundakı xəstəliyə əlac tapılmır. Yenə yaddaşımızı vərəqləyək. Böyükağa Hacıyevin çalışdırdığı “Neftçi” Avropa Liqasının qrup mərhələsinin biraddımlığında idi. “Partizan”la səfər görüşündə “ağ-qaralar” yaxşı təsir bağışlamış, Belqradda iki qol vurmağı bacarmışdı. Doğma meydanda 1:0 hesablı qələbə yetəcəkdi ki, paytaxt təmsilçisi ardıcıl ikinci dəfə avrokubokların qrup mərhələsində iştirak etsin. Amma qəfildən “Neftçi”ni qum üzərinə, qazonu yanmış “Tofiq Bəhramov”da oynamağa göndərdilər, vərdiş etdiyi doğma meydandan qovdular. Adını da qoydular ki, arenanı millinin oyunu üçün hazırlayırlar. 2015-ci ildə də “Neftçi” uzun müddət “Bakcell Arena”nın xidmətindən istifadə edə bilmədi, Masazırdakı “Əlincə” stadionuna sığındı. Həmin vaxt da stadionu U-17 komandalarının Avropa çempionatına hazırlayırdılar. Hər dəfə də qazona nə qədər xərc çəkirlər, amma onu qorumaq qeyri-müəyyən səbəblər üzündən mümkün olmur.
“Kəpəz”lə oyunda həmin ala-bula, yanmış-saralmış yerləri bir daha aşkar gördük. Sanki 90-cı illərin əvvəllərindəki Respublika stadionudu və bu qazonun saxlanmasına hər ay bir ətək pul xərclənmir. Bunun cavabdehi, məsuliyyətini daşıyan kimdi, görəsən? Ümid edirəm ki, “Neftçi” rəhbərliyini və ya Elxan Məmmədovu görmək imkanım olacaq, onlardan bu barədə soruşacam.
AFFA prezidenti İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında Bakıdakı stadionların birinə əfsanəvi futbolçu Anatoli Banişevskinin adının verilməsi barədə belə demişdi: “Sponsor axtarırıq. Pulunu versin, stadiona lap atasının adını versin”. Cənab Abdullayev, “Bakcell”in sponsorluq etdiyi stadion nə üçün ağ günə çıxmır, onların ödədiyi pul, üstəlik, “Neftçi”nin büdcəsindən ayrılan vəsait hara gedir ki, qazonun xəstəliyinə əlac edə bilmirlər? İmkan olanda mütləq maraqlanın.
Məşhur müğənnilərdən biri bəzənib toya gəlibmiş. Kefinin yaxşı vaxtında olan qonaqlardan biri qalxıb və müğənniyə deyib ki, ay filankəs, bəzənmisən bu gündəsən, bəzənməsən, nə gündə olardın? Onun diliylə desək, “Bakcell Arena”nın hələ sponsoru var bu gündədi, olmasaydı, indi orda yaşıl ot tapa bilməzdik.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar