13 fev 00:13Yazar

Ədalətli ol, Qurbanov!

AFFA prezidenti açıqlama vermişdi ki, Qurban Qurbanov hələ gəncdi, yığma komandada çalışmaq üçün təcrübə toplamalıdı. Bu təxminən Berti Foqtsun göndərilməsi ərəfəsində baş verən hadisə idi. Çoxumuz həmin açıqlamaya hiddətlənmişdik. Ancaq bir tərəfdən də başa düşürdük ki, Rövnəq Abdullayev futbol qurumunun rəhbəri olsa da, futbol adamı deyil, belə kuryoz açıqlamalar verməsi mümkündü.
Srağagün “Qəbələ” ilə qolsuz bitən matçdan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov Ramil Şeydayev haqda verilən sualı cavablayarkən AFFA prezidentinin məlum kuryoz çıxışına bənzər şeylər danışırdı. 0:0 bitən oyunda cəmi iki dəyişiklikdən yararlanan, bir əvəzləmə şansını küləyə vermək bahasına Şeydayevi meydana buraxmayan baş məşqçi, həm də onun yığma komandadakı baş məşqçisi Qurbanov...
Bəylər, xəbəriniz olsun, Rusiyanın bütün yaş qrupları üzrə yığmalarında çıxış etmiş və ən məhsuldar futbolçusu olmuş gənc hücumçunu bitirmək üzrəyik. Bu boyda ölkədə Ramil üçün oynaya biləcəyi klub deyə “Qarabağ”ı tapa bildik. Ancaq Almaniya millsinin qapısına qol vura bilən futbolçu necə olursa, bu klubda birinci divizion komandası ilə oyunda belə fərqlənə bilmir. Açın, statistikaya baxın, bu cavan oğlan ən pis dövrünü keçirdiyi Slovakiya “Jlina”sında belə 13 matçda 5 top vura bilib. Məsələn, Qurban Qurbanov özü Kalininqrad “Baltika”sında 14 oyunda 3, arxasınca da Voronej “Fakel”ində 25 oyunda cəmi 7 qol vurduğu halda da yığmaya çağrılıb. Fərq ondadı ki, Qurbanov həmişə oynayıb, qol vursa da, vurmasa da. O özü də başa düşürdü ki, yığmanın əsas hücumçusu olmaq üçün oynamalıdı. Ona görə də oynaya biləcəyi klublarla anlaşırdı. Bilirsiz, indi nə maraqlıdı, baş məşqçi heç özünü Şeydayevin yerinə qoya bilirmi? Bir hücumçunun futbolu qol vurmayana qədər depressiv xarakterlidi! Bunu sabiq hücumçu Qurbanovdan yaxşı kim başa düşə bilər axı?
Rusiyanın ən perspektivli hücumçusu şans elə gətirib ki, milliyyətcə azərbaycanlıdı və çox şükür, öz bayrağı altında çıxış etməyə qərar verib. Bizim yığmanın baş məşqçisi isə 0:0 davam edən matçda üçüncü əvəzləməyə ehtiyac görmür və bununla da arxasında boynunu büküb oturan həmin Şeydayevə deyir ki, sən hələ gəncsən, sənə güvənmirəm. Mətbuat konfransında başqa sözlər danışmağın nə mənası var axı, Qurban müəllim? Elə bilirsiz, Ramil uşaqdı? 21 yaşı var onun.
Qəribə bir vəziyyət yaranıb. Anlamaq çətindi, Qurbanov “Qarabağ”da milli komanda üçün işləyir, yoxsa milli komandada “Qarabağ” üçün? Əslində bunun ikisindən də yayınmaq lazımdı, aydın məsələdi. Ancaq görünən perspektivlər qarışıqdı.
Anladığım qədəri ilə Maksim Medvedevdən mərkəz müdafiəçisi kimi istifadə edəcəyik. Belədisə, Medvedev stopper mövqeyinə hansı oyun təcrübəsi ilə alışacaq?
U-21-in baş məşqçisi Rəşad Sadıqov srağagün futbolçusu sayılan 21 yaşlı Qismət Alıyevə qarşı əsas yığmanın baş məşqçisinin rəhbərliyi altında futbol oynadı. Sabah yenə də Elvin Yunuszadə yığmaya çağırılacaq, “Sumqayıt”da 90 dəqiqə oynayan Bəxtiyar Həsənalızadənin perspektivi isə naməlumdu.
Eyni məntiqlə Amil Yunanovu yığmaya səsləyənlərə də haqq vermək lazımdı. Bir halda ki Şeydayev oynamır, Amil isə oyun təcrübəsinə malikdi, həm də premyer liqanın bombardirləri sırasındadı, çağırılmalıdı!
Abbas Hüseynovu klubda ehtiyat oyunçular skamyasına təhkim edirsənsə, Moldovayla oyunda 90 dəqiqə oynatmağın nə mənası olur ki? Hüseynov Ansi Aqolli zədəli olanda da oynamayacaqsa, bəs Allah qoysa, nə vaxt oynayacaq?
Qurban Qurbanovu bütləşdirənlərin varlığından xəbərdaram. Ancaq mən onun “Qarabağ”da yüksəldiyi hər pillədə buraxdığı kobud səhvləri çox gözəl xatırlayıram. Fərq ondadı ki, başqalarından fərqli, bu adam səhvlərindən nəticə çıxarmağı, öyrənməyi, özünü inkişaf etdirməyi bacarır. İndiki həyəcan təbilini də çox güman, bu yazı ilə qəbul etməyəcək. Məşqçilər özlərini etdikləri səhvlərdə belə uzun müddət haqlı saymağı sevirlər. Tərslik Qurbanovun xarekterində var. Lakin milli komandanın klubdan birinci fərqi odu ki, orda mütləq ədalətli seçim prinsipləri ön planda gəlir. Klubda məşqçi, sadəcə, beyninin komandasını qurur. Bütün planetdəki futbolçulardan ibarət olur resursları. Yığmada isə resurslar, mənbə məhduddu. Ədalətsizlik edib şeydayevləri, yunanovları xərcləmək olmaz. Ramil bizə lazımdısa, ona şans verilməlidi ki, özünü sübut etsin. Lazım deyilsə, Yunanov olacaq bu yığmanın hücumçusu. Əksi ədalətsizlikdi və ilk uğursuzluqdaca o ədalətsizliyin altında əziləcəksiz. AFFA prezidentinin bir vaxt yol verdiyi ədalətsizliklə üzləşərək, sonda düz yola gəldiyi kimi...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Bu gün, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Bu gün, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Bu gün, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Bu gün, 12:47 Miloş Velebit kimdi? Bu gün, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Bu gün, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Bu gün, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Bu gün, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Bu gün, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Bu gün, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Bu gün, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Bu gün, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Bu gün, 12:23 “Red Black Army” narahatdı Bu gün, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Bu gün, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Bu gün, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar