12 fev 23:37Yazar

Belə darıxmaq olur?

Sən hardan biləsən darıxmaq nədi?
Bilməkçün ürəkdən sevəsən gərək.
Ümid Abbasın şeirindən…
Yanvarın axırları idi, yığmanın Moldovayla yoldaşlıq görüşündən bir neçə gün əvvəl. Qurban Qurbanovun heyəti açıqladığı günü nəzərdə tuturam. Ay kişi, “feysbuk”a girmək olmurdu. Azərbaycanda “bir nömrə” kimi qəbul olunan məşqçinin heyət seçiminə o qədər lağ edən, yol göstərən var idi ki. Hər yerindən duran özünü mütəxəssis sayıb, Amil Yunanovla Bəxtiyar Həsənalızadənin kənardan qalmasına ağız büzür, Şahruddin Məhəmmədəliyevin bir nömrəli komandaya cəlb olunmasından narazılıq edirdi. Sanki kimin kim olduğunu Qurbanovdan yaxşı bilirlər.
Adama elə gəlirdi ki, bu ölkədə futbolu sevməyən, bilməyən yoxdu. Topun dalınca 22 nəfərin qaçdığından duyuq düşən hər kəs özünü as sayır(dı). Amma söhbət futbola baxmaqdan, stadiona gedib tribunada oturmaqdan düşəndə, canlarını dərd alır.
“Xəzər Lənkəran”ın tarixin yaddaşına qovuşmasından, “Neftçi”nin əvvəlki əzəmətini itirməsindən sonra premyer-liqada “Qarabağ” – “Qəbələ” qarşılaşmaları markaya çevrilib. Səbəb məlumdu: hər ikisi normal büdcəyə malikdi və buna görə də heyətlərində kifayət qədər səviyyəli futbolçular top qovur. Artıq üçüncü mövsümdü ki, çempionluq uğrunda əsas mübarizə bu iki komanda arasında gedir. Oyunlardan əvvəl sosial şəbəkələrdəki “atışmalar” artıq normal hal alıb. Məşqçi və futbolçuların məlum matça xüsusi köklənməsi, rəhbərliyin qələbə gözləməsi də öz yerində.
Azarkeşlər kimi, biz də çempionatın ikinci yarısının startını və elə startdaca “Qarabağ” – “Qəbələ” qarşılaşmasını səbirsizliklə gözləyirdik. Srağagün oyun baş tutdu. Hər iki komandanın layiqincə mübarizə aparmasının və Dmitri Bezotosnının inamlı oyununun nəticəsində qapılara qol vurulmadı. Amma protokoldakı azarkeş sayı bu oyunun, Qurbanovla Qriqorçukun, Sadıqovun, Şehiçin, Medvedevin, Almeydanın, Kintananın, Ozobiçin, Stankoviçin, Jozef-Monrozun, Qurbanovun adına yaraşdımı? Onlar cəmi 1500 nəfərin qarşısında meydana çıxmağa layiq idilərmi? Yeri gəlmişkən, bu 1500 rəqəmi özü də yetərincə şübhəlidi.
Burda söhbət ölkəmizi Avroliqanın və Çempionlar Liqasının qrup mərhələsində təmsil edən, Azərbaycan adını dünyaya tanıtdıran komandalardan gedir. Bu komandalara qiymət verənlərin sayı cəmi 1500 nəfərdi? Hanı “Tofiq Bəhramov”u, Olimpiya stadionunu dolduran onminlər? Danışanda özünü futbol mütəxəssisi kimi aparanlar, isti yanınızı “Azərsun Arena”nın soyuq oturacaqlarına qoymağa ərinirsiz, hə? Yoxsa tribunaları doldurmaqla Azərbaycan çempionatına marağı artırmaq, bununla da ağzıgöyçək legionerlərdə futbolumuz haqda xoş fikirlər yaratmaq çətindi?
Bakıda nə qədər qəbələli yaşayır? Əlimdə statistik rəqəm yoxdu, amma əminəm ki, təkcə gənclərin sayı 10 min nəfərdi. Əslən Qəbələdən olub paytaxtda yaşayanlar, tələbələr, iş dalınca gələnlər, məgər sizin aranızda çempionatın ən gərgin görüşünü izləmək istəyən 1000 nəfər yoxdu? Şənbə günü, oyun saat 19.00-da. Futbola baxmaq üçün bundan əlverişli vaxt? Uzağı 1 manat pul, 3 saat vaxt tələb edir. Klub rəhbərliyi, futbolçu, çempionatı keçirən qurum bundan artıq nə etməlidi?
Sabah uğursuzluq olanda qarşınızda dayanmaq olmur. Təhqirin biri 5 qəpik, söyüşün sayı ondan da betər. Günahkar bilmədiyiniz adam qalmır. Filan komanda belə gəldi, filan futbolçu belə getdi, məşqçi filan yerdə səhv elədi... Televizor qarşısında oturub isti evdə çay içməklə azarkeşlik olmur. Azarkeş isti-soyuq bilmədən stadionun yolunu tutandı, 90 dəqiqə sevimli komandasına dəstək verəndi. Bax, həmin şəxslərin kimdənsə, nədənsə narazılıq etməyə haqqı çatır. Futbolçuya da söz deyə bilər, məşqçiyə də. Hava soyuq olanda isti evindən bayıra çıxma, sabah da yayın istisində dilin olsun 5 metr. Azarkeşlikdi bu?
Odu ki, yalandan hoppanıb-düşməyin. Öncə tribunaları doldurun, futbola sevginizi göstərin, sonda bu oyunun incəliklərindən danışın, narazılığınızı dilə gətirin. Ki, sabah söydüyünüz futbolçunun, məşqçinin gözünün içinə baxa biləsiz. Futbol üçün darıxanlarıma bax...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar