27 yan 21:33Yazar

“Auf Wiedersehen“ deyin, getsin

Dünyada bəlkə də yeganə millətik ki, əlimizin duzu yoxdu. Kimə əl tutub yaxşılıq ediriksə, əvəzində başımızda qapaz görürük. “Niyə”nin cavabını tapmaq üçün ölkəmizə gəlib-getmiş xarici futbolçu və məşqçiləri az sorğu-suala çəkməmişəm. Yekun nəticə: günahkar özümüzük, onlar yox. Əcnəbini görən kimi bağrımıza basıb evin yuxarı başında yer göstərən bizik. Əcnəbini görən kimi ona yazığı gələn bizik. Əcnəbini görən kimi yaxınlarımıza demədiyimiz dərd-səri, sirri onlarla bölüşən bizik. Özümüzü əcnəbinin yanında aşağılayan da bizik. Sən, mən, o, ya da İsgəndər – fərq etməz. Bu bizim qanımızdadı, belə yoğrulub xəmirimiz. Böyüklərdən gördüyümüz bu hörmət əlamətlərini gələcək nəsillər üçün qoruyub saxlamağı özümüzə borc bilirik. Çox nahaq!
Yeddi ilə yaxın müddətdə çörəyimizi yeyib suyumuzu içən, neftin milyonlarını Almaniyaya daşıyan, neçə-neçə azərbaycanlı futbolçunun “belini qıran”, dəfələrlə jurnalistlərə hörmətsizlik edən Berti Foqts yadınızdan çıxmayıb ki? Həyatında görmədiyi diqqət və qayğı ilə Azərbaycanda rastlaşan qoca alman millimizə heç nə qazandırmadan getdi. Məntiqlə, vətəninə çatan kimi, bu diyardan, bizlərdən ağızdolusu danışmalı, almanlarda ölkəmizə və xalqımıza rəğbət qazandırmalıydı. Azyaşlı uşaq belə Foqtsun açıqlamalarını oxuyanda Azərbaycana səfər etməyin xəyallarını qurmalıydı. İkinci dərəcəli alman futbolçular ölkəmizdə top qovmaq üçün alışıb-yanmalıydı. Etmədi, danışmadı. Şahmatla sosiskanı təbliğ etməkdən başqa bir işə yaramadı.
Robert Prosineçkinin üzünü gördüyüm ilk günü yaxşı xatırlayıram. 2014-ün payızında “Dalğa”da “Neftçi”ylə “Xəzər Lənkəran” qarşılaşırdı. Hələ oyunun gedişində xorvatın “skay-boks”da olduğunu eşidəndə az həvəslənməmişdik. İçimdə “Robi”dən müsahibə almaq istəyi “böyük oyun”un yekun nəticəsini o dərəcədə arxa plana keçirmişdi ki, 90 dəqiqə 90 ilə bərabər olacaq qədər çox gəlmişdi. Oyun başa çatan kimi verdiyimiz sualların tərcüməsini həvəslə dinləyir, elə həmin həvəslə də cavablayırdı. Nə suala limit vardı, nə vaxta. Gülər üzünü, səmimiyyətini görəndən sonra Foqtsa lənət yağdırırdıq. “Əsl məşqçi belə olar” deyib, xorvatın dalınca düz avtomobilinə əyləşənə qədər baxdıq.
Çox keçmədən rəsmi müqaviləyə imza atdı və beləcə yığmadakı işinə start verdi. O səmimiyyəti, münasibəti qoruyub saxlamaqdaydı. Az qala bütün oyunları canlı izləyir, qarşısına çıxan jurnalistin müsahibə almaq istəyinə “baş üstə” deyirdi. Mətbuat konfranslarındakı təmkinli davranışları da öz yerində. Həm ayrı-ayrılıqda, həm də kollektiv şəkildə klub məşqçiləri ilə görüşdüyü günlər yaddaşlardan silinməyib. Elə ötən ilin yanvarında Antalyaya səfər edib, bir-bir premyer-liqa təmsilçilərinə baş çəkməsi da danılmaz faktdı. Qısası, başına and içdiyimiz günlər vardı.
Ta ki, ölkəmizlə, insanlarımızla lap yaxından tanış olana, millidə nəticə verənə qədər. Zaman və mühit digərləri kimi, “Robi”ni də dəyişməyə məcbur etdi. Öncə qələm əhlinə olan səmimiyyətini itirdi, daha sonra premyer-liqa oyunları zamanı stadionlara olan marağı. Xorvatiya ilə matçdan öncəki mətbuat konfransında azərbaycanlı jurnalistin sualına ağzını əyərək cavab verən baş məşqçi bir neçə dəqiqə sonra xorvat həmkarımızın sualını gülərək cavablamasından sonra hər şey gün kimi aydın idi. Həmin aydınlıq özünü bu ayın ortalarında – Prosineçki Bakıda qalmağı Antalyaya yollanmaqdan üstün tutanda göstərdi. Qara qızın dərdi var imiş, sən demə. Türkiyədən gələcək xüsusi qonaqlarının yolunu gözləyirmiş başımızın üstünə qaldırdığımız məşqçi. Antalyaya getmək ona sərf etmirdi. “Bursaspor” rəsmiləri Bakıya yox, ora gedəcəkdi ki, bu da heç bir halda xorvata sərf etmirdi.
Türklər onun dalınca paytaxtımıza gəldi. Gözləmək olardı ki, Prosineçki razılıq vermək nədi, qonaqlara heç çay süfrəsi arxasında oturmadan “çox sağ ol” deyib geri çəkiləcək. Sən saydığını say... “Bursaspor”la anlaşıb karyerasını yenidən Türkiyədə davam etdirmək kişinin lap ürəyindən imiş. Belə olmasaydı, özü və meneceri bursalılara sevgi mesajları göndərməz, hansısa biri “bizim Azərbaycanda görmək istədiyimiz böyük işlər var, millini yarıyolda qoyub getmək adımıza yaraşmaz” sözlərini dilə gətirərdi. Onun Türkiyəyə meyil salması Azərbaycanda yaşamaq istəmədiyinə, başını götürüb burdan qaçmağa hazır olduğuna işarə idi. Sözü atmışdı ki, Rövnəq Abdullayev də olmasa, Elxan Məmmədov tutsun. Tutdular, amma davamını bizə yox, özlərinə layiq şəkildə gətirdilər. Nəticəni, reklamı, şəxsi nüfuzu mənəvi dəyərlərdən üstün tutdular.
Evimə bir həftəlik qalmaq adıyla gəlib, üç gün yatandan sonra dördüncü gün başqa bir qohumun bahalı yatağında gecələmək üçün mənə “getmək istəyirəm” deyən adamı zorla saxlamaram. Dalına bir təpik də vuraram ki, pilləkənləri tez düşsün. AFFA rəhbərliyi Prosineçkiyə bu cür davranmalıydı. Adam düz bir ay öncə qəzetimizə verdiyi müsahibədə pulla bağlı bütün suallarda mənəvi dəyərləri qabartmışdı. Pulun onun üçün həlledici amil olmadığını dilinə gətirmişdi. Deməli, xorvatın Bursada işləmək istəyinin arxasında maliyyə şərtləri dayanmır. Sadəcə, ya burdakı mühitdən, gördüyü insanlardan, futbola yanaşmadan bezib, ya da adam aktiv fəaliyyətlə məşğul olmaq istəyir. Yəni hər gün meydana ayaq basıb, hər həftəsonu texniki zonada durmaq sevdası var. Belə adama görə 2 milyon təzminat haqqı tələb edib millidə qalmasına nail olmaq dizləri yerə atıb yalvarmaqdan betərdi. “Heç yerə getmə, sənsiz ölərik” – budu mənası. Əcnəbi məşqçinin qalması kimlərəsə sərf edir çünki.
Halbuki təzminat haqqını razılaşdırıb “Robi”yə qapını göstərmək ən sərfəli üsul idi. “Sükan”ı da verirdin Qurban Qurbanovun əlinə, yığma ilə “Qarabağ”da paralel çalışırdı. Ürəyi Türkiyədə olan Prosineçki bu addımı ilə millimizə olan “sədaqətini”, bizə olan “hörmətini” göstərdi. Beləsinə isə aramızda yer olmamalıdı. Gətirin Qurban Qurbanovu, xorvata da “Auf Wiedersehen“ deyin, getsin!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23“Atam həmişə mənə deyirdi ki, kişi olmalısan, mavi yox” 20:23 Bütün xəbərlər
Ən çox oxunanlar