11 fev 13:14Yazar

Hərb, yoxsa sülh?

Fasilə bitir, seyrə davam. Bəli, bu gün Topaz premyer-liqası qaldığı yerdən davam edəcək. Çempionatın qalan iki dövrəsi qışa qədər keçirilən hissədən daha maraqlı, intiriqalı olacaq. “Qarabağ”, “Qəbələ” və “Zirə” ilə başqaları arasında səviyyə fərqi yetərincə böyükdü. Qalan beş komandanın bundan sonra hansısa formada bu “üçlüy”ün mübarizəsinə müdaxilə edərəcəyi inandırıcı görünmür. Əvəzində avrokuboklarda iştirak üçün sonuncu vəsiqə uğrunda gərgin mübarizə gedəcək. Üstəlik, “Neftçi” və “Kəpəz” üçün də premyer-liqanın son iki dövrəsi əsl nüfuz savaşı ab-havasında keçəcək, hər xal qızıldan qiymətli olacaq.
Əvvəlcə tunrir cədvəlinin aşağılarında yer alanların durumunu incələyək. Sonra da “Qarabağ”la “Qəbələ”nin çempionluq mübarizəsinə toxunarıq. Əbəs yerə “Kəpəz”in adını “Neftçi” ilə yanaşı çəkmədim. Birvaxtlar ölkə futbolunda dəbi müəyyənləşdirən, şərəfli keçmişi ilə öyünən bu iki klubun hazırkı durumu oxşardı. Çox güman, mövsümün sonunda çempionatın reqlamenti dəyişəcək və elitanı heç bir klub tərk etməyəcək. Bu isə “Kəpəz”in ən azı gələn il də elitada çıxış edəcəyi deməkdi. Amma ortada Gəncə futbolu ilə yanaşı, Yunis Hüseynovun öz nüfuzu da var. Nəzərə almalıyıq ki, gəncəli azarkeşlər futbolu yaxşı bilir və klub rəhbərliyinə münasibətdə xeyli tələbkardılar. Təsadüfi deyil ki, hələ bir neçə mövsüm öncə “sarı-göylər”in fanatları “belə zəif komandanın olmasındansa, olmaması yaxşıdı, bizə Gəncə futbolunu belə təmsil edən “Kəpəz” lazım deyil” deyərək, etiraz səslərini ucaldırdılar. Onlar hələ də mövcud durumla barışmır, qəzəbli olduqlarını hiss etdirirlər. Yunis Hüseynov özü gəncəlidi və bütün bu məqamları yaxşı başa düşür. Gələcəkdə doğma şəhərdə başıuca gəzməsi, dost-tanışdan, futbolsevərlərdən utanmaması üçün “Kəpəz”i böhrandan çıxarmalı olduğunu da qəbul etməlidi. Əks halda, bədxahlarının əlinə yaxşı fürsət verəcək, məşqçi kimi bacarığını şübhə altına salmış olacaq.
“Kəpəz”in sonuncu pilləni tərk etməsi təqdirində ora yuvarlanmağa iki namizəd var. Bunlardan biri Gəncə klubunu cəmi 1 xal qabaqlayan “Keşlə”, digəri isə “Səbail”di. Samir Əliyevin komandası ilk iki dövrədə elə də pis təsir bağışlamadı. Bayıl təmsilçisi keçirdiyi 14 oyunda 4 qələbə qazanıb ki, elitada debüt edən və yayda simasını tam dəyişən klub üçün heç də pis göstərici deyil. Yadımıza salaq ki, “Səbail” “Qarabağ”la “Azərsun Arena”da baş tutan oyunda da xeyli yaxşı təsir bağışlayıb, “Neftçi”ni məğlub etməyi bacarıb. Deməli, ən azı eyni çıxışın davamını “Səbail”dən gözləməyə dəyər. Qış fasiləsində Antalyada yaxşı hazırlıq keçən debütantın heyəti gücləndirmək üçün yaxşı transferlər etdiyi də məlumdu. Əsas odu ki, “Səbail” əsas rəqibləriylə görüşlərdə büdrəməsin, öz əli ilə özünə “qəbir qazmasın”.
“Neftçi”ylə “Sumqayıt”ın avrokuboklara yollanan 4-cü klub olmaq uğrunda mübarizəsi də xeyli maraqla gözlənilir. Üstəlik, hər ikisi ölkə kubokunun yarımfinalına da yüksəldiyindən müxtəlif kombinasiyalar da təxmin etmək mümkündü. Ədalətli mübarizə gedəcəyi və hansısa pərdəarxası oyuna yol verilməyəcəyi halda iki cəbhədə mübarizə aparmağa hazırlıqlı, ehtiyat qüvvəsi daha geniş, psixiloji cəhətdən daha möhkəm olanın sonda güləcəyini proqnozlaşdırardım. İndiki halda “Sumqayıt” bir addım öndədi. Samir Abasovun Tərlan Əhmədov kimi problemləri yoxdu. “Sumqayıt”ın idarə edilməsi prosesi “Neftçi”dəki kimi mürəkkəb deyil, kimin nə işlə məşğul olduğu məlumdu, maraqlar toqquşmur. Əhmədovun isə rəqibləri təkcə premyer-liqadakı komandalar yox, həm də “Neftçi”nin daxilindədi. Qış fasiləsində yaşananlar, transferlərin həyata keçirilməsi prosesi bir daha bu ehtimalları gücləndirdi. Tərlan bəy “qurdlar süfrəsi”ndədi. O, bu mübarizədən həm özü sağ çıxmalıdı, həm də “Neftçi”ni çıxarmalıdı. Bacarıb-bacarmayacağını demək çətindi. Bəlkə də elə sabah, yəni “Kəpəz”lə oyundan sonra bəzi suallara aydınlıq gələcək.
“Zirə” Azərbaycan çempionatının ən rahat, halından məmnun klubu sayılmalıdı. Ayxan Abbasov ayağını yorğanına görə uzadıb. Ölkə futbolu ilə maraqlanan hər kəs etiraf edər ki, “Zirə” “Qarabağ”la “Qəbələ”dən sonra Azərbaycanın 3-cü ən yaxşı komandasıdı və bürünc medalları qazanmağa, bizi avrokuboklarda təmsil etməyə layiqdi. Elə buna görə də qəsəbə təmsilçisi ölkə kubokunda mübarizəni dayandırmağı faciəyə çevirmədi. Təmkin Xəlilzadənin “Qəbələ”yə keçməsi, dolayı yolla əsas rəqiblərdən birnin heyətini gücləndirməsi də onları narahat etmədi. Məlum məsələdi, “Zirə” 3-cü yeri “özəlləşdirdiyinə” əmindi. Nə boyundan yuxarı tullanmaq, nə də ayağını yorğanından kənara çıxarmaq arzusundadı.
Ramin Musayev bu fikirlə razılmaşmasa da, cari mövsümün çempionunun adına bu gün aydınlıq gələ bilər. “Qarabağ” “Qəbələ”ni məğlub edib, xal fərqini 9-a çatdırsa, “qırmızı-qaralar” da taleyi ilə barışmalıdı. Yox, Roman Qriqorçuk öz məşqçilik bacarığı ilə “köhlən atları” büdrədə bilsə, bizi qarşıdakı aylarda çox maraqlı proseslər gözləyir. Oyunun “sülh”lə bitməsi də “Qəbələ”nin məğlubiyyəti kimidi. Çətin ki, qonaqlar buna razılaşalar. Odu ki, bu gün Suraxanıda ciddi “hərbi əməliyyatlar” gözlənilir. Sonu Azərbaycan futbolu üçün xeyirli olmasını arzuladığımız futbol döyüşü. Layiq olan qazansın. Başladıq!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar