09 fev 13:41Yazar

Ot kökü üstündə bitməlidi

Atalarımızın məşhur sözüdü. Yaşayırıq və həyatda da təsdiqini hər dəfə görürük. Bitməsini, böyüməsini arzuladığımız hər şeyin kökü olmalıdı. Hər şeyin əvvəlcə kökünə qulluq etməlisən ki, sonra da bəhrəsini görəsən, meyvəsindən dadasan, yaxud da gözəlliyinə və ya əzəmətinə baxıb, həzz alasan. İdman da elədi. Biz isə bunu qəbul etmək istəmirik. Daha doğrusu, idmanımızın başbilənləri, onu idarə edənlər. Kütləvi legionerləşdirmə sayəsində ölkə idmanı iflasa doğru gedir. Yalançı nəticələr, gözqamaşdıran medal parıltıları başımızı yaman qatıb. Faciənin miqyasını dərk etmirik. Vəziyyət o qədər pisdi ki, pəhlivanları ilə öyünən ölkənin güləş millisinə belə əcnəbi idmançıları dəvət edirlər, onlara pasport verib, yarışlara göndərirlər. Xalis azərbaycanlı balaları isə kənarda qalır. Ağır atlet Nicat Rəhimovu ölkədən qaçaq saldılar, o da öz bacarığını Qazaxıstanda sərgilədi. Nicat olimpiya çempionu adını qazananda həm sevindik, həm də kədərləndik. Amma onu Azərbaycandan qaçaq salanlar zərrə qədər də olsun, vicdan əzabı çəkmədilər. Türkiyə üçün tarix yazan dünya çempionu Ramil Quliyevi də Azərbaycandan elə Nicat kimi didərgin salıb, başqa bayraq altında yarışlara qatılmağa məcbur ediblər. Yazırıq, deyirik. Eşitmək, nəticə çıxarmaq, anti-Azərbaycan siyasətinə son qoymaq fikirləri yoxdu.
Oxşar proseslər futbolumuzda və futzalda da yaşanır. Azərbaycanda futbol məktəbləri məhv edilib, bölgələr top oyununa həsrət qalıblar. Əvəzində son 5-10 ildə “milliləşdirilən” dağıstanlıların, ukraynalıların, Almaniya türklərinin sayını-hesabını itirmişik. Başbilənlər isə heç utanıb-qızarmadan futbolumuzun inkişafından bəhs edir, doğru yolda olduqlarını deyirlər. Qarşımıza ciddi rəqib çıxan kimi bizi yerimizdə oturdur, Cəbiş müəllimin arvadının sözü olmasın, alman tankları kimi üstümüzdən o tərəf-bu tərəfə keçirlər. Sonuncu belə alçaldıcı məğlubiyyəti bizə Portuqaliyanın futzal millisi yaşatdı. Zaur Axundovun “əl işi” olan braziliyalılardan qurulmuş Azərbaycan millisi 1:8 hesabıyla uduzdu. Bütün dünya ölkəmizdə futzalın necə “inkişafda” olduğunu gördü, özümüzü gülüş hədəfinə çevirdik. İdmanda iki oynayandan biri uduzar, normal haldı. Anormal olan odu ki, biz bu ağır yenilgiyə öz futzalçılarımızla məruz qalmırıq, əcnəbilər bizi rəzil edirlər. Tyaqo, Fineo, Eduardo, Everton, Vassura bizim nəyimizə lazımdı? Legioner bir olar, iki olar, lap uzağı üç nəfər. Daha bütövlükdə komandanı gəlmələrdən qurmaq, sonra da nəticələrlə qürrələnmək haramıza yaraşır?
Bu cür ucuz qəhrəman olmaq həvəsi elə Zaur Axundova yaraşardı. Braziliyalılarla birlikdə bizi dünyaya rəzil etməsi bəs deyilmiş kimi, hələ meydanda dava da saldı, üzümüzü qızartdı. Siz təsəvvür edə bilərsiz ki, İspaniyanın, yaxud da Fransanın Futzal Federasiyasının prezidenti meydana girib, rəqibin oyunçusunu vurmağa çalışsın? Amma bizim Zaur Axundov bunu yaxşı bacarır. İllərdi öz gücünü tabeliyində olan mütəxəssis və idmançılara göstərən prezident indi də rəqibləri cəzalandırmaq həvəsinə düşüb. Heç şübhə etmirəm ki, onun bu qaba davranışları UEFA-nın diqqətindən yayınmayacaq, özündənrazı Axundov cəzasını alacaq. Ondan sonra başa düşəcək ki, bu cür mötəbər yarışda özünü necə aparmaq lazımdı, portuqaliyalı futzalçı ilə Alesio kimi davrana bilməz. Diqqət yetirdizsə, Ramiz Çovdarov həmin epizodun sonunda Rikardinyo ilə qucaqlaşdı və az əvvəl mübahisə edən futzalçılar barışdıqlarını hamıya nümayiş etdirdilər. İdmanın gözəl tərəfi də budu. Meydanda emosiyalar həddini aşanda belə, peşəkarlar özlərini toparlamağı, aqressivliyi dərhal unutmağı bacarmalıdılar. Əks halda idmanın gözəlliyinə xələl gələr, ədalətli oyun prinsipləri pozular, azarkeşlər də hisslərinə yenik düşən idmançılardan üz döndərərlər. Çox təəssüf ki, Zaur bəy bu cür hisslərdən uzaq adamdı. Bütün dünyanın gözü qarşısında etdiyi hərəkətlərlə bir daha isbatladı ki, onun Alesionu döyməsi, Svanadze ilə kobud davranması haqda deyilənlər boşuna deyilmiş.
Azərbaycan futzalının ciddi islahatlara ehtiyacı var. Bu islahatlar rəhbərlikdən başlamalı, daha sonra aşağılara doğru davam etməlidi. Hərbə-zorba, kütləvi “milliləşdirmə” ilə idmanı, o cümlədən də futzalı inkişaf etdirmək mümkün deyil. Bir-iki aldadıcı qələbə qazana bilərsən, amma gec-tez Portuqaliya kimi ciddi rəqiblə qarşılaşmağın və darmadağın olmağın qaçılmazdı. Uduza-uduza bərkiməli, bişməli və inkişaf etməliyik. Azərbaycan futzalı Zaur Axundovun və onun qucaq açdığı braziliyalıların əsarətindən xilas olunmalıdı. Olunmalıdı ki, gələcəkdə Portuqaliya ilə oyundakı kimi utanmayaq, Azərbaycan millisinin formasını Tyaqo ilə Eduardo yox, öz balalarımız geysinlər. Futzal kütləviləşdirilməli, çempionatımızın səviyyəsi yüksəldilməlidi. Böyük futboldan fərqli, futzalda təbii ot örtüyü olan stadionlara, onların saxlanması üçün xeyli xərc çəkməyə də ehtiyac yoxdu. Deməli, düzgün idarəçilik və işə can yandıran rəhbərlik olan yerdə inkişaf, nəticələr özünü çox gözlətməyəcək. Başqa yolumuz qalmayıb. Otun kökü üstündə bitməli olduğunu qəbul etməliyik!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar