09 fev 13:27Yazar

Yerini bilməyən prezident

Bu nə sirri-xudadı, İlahi? Bu 8-lərin bizə verib, ala bilmədiyi nədi, görəsən? Qardaş, yanvar girəndən dərd girib elə bil. Çatan 8-ni vurur. “SKA-Xabarovsk” uf demədən ölkəmizin ən köklü komandasını 8 dəfə oyuna mərkəzdən dəvət etdi, “olan işdi” deyib keçdik. “Yagelloniya” “Kəpəz”in qapısına bir o qədər yol tapdı, “kişinin başına iş gələr” deyib, çox da ürəyimizə salmadıq. Hər ikisi yoldaşlıq görüşüydü. Premyer-liqadakı rəqiblərin başlarının altına yastıq qoymaq niyyətləri ola bilərdi. Ya da nə bilim, rəqibi düzgün qiymətləndirməmək, AFFA-nın diliylə desəm, oyunların nəticələrinin manipulyasiyası. Allah bilir...
Amma milli səviyyəsində 1:8 hesabıyla uduzmaq... Buna deyiləcək nə söz var, nə də bəraət. Dünyanın harasıdı ki, əsas heyətində cəmi bir azərbaycanlı olan futzal yığmamız Portuqaliya önündə rəzil olur? O zamanlar geridə qalıb deyirdilər axı. “Peraşki” dövrü, acından günorta duran vaxtlar. Şükür Allaha, indi pul da var, şərait də. Pul qazanmaq istəyən idmançılar da. Bəs nə çatmır?
Alesioyla sonra danışacam, hələ gözləsin. Futzal Federasiyasının prezidenti Zaur Axundovun hərəkətini gördüz? Siz Allah, o nəydi elə, nə etmək istəyirdi? Gördüyüm gündən demişəm ki, bir prezidentin yeri ehtiyat oyunçular skamyası ola bilməz. Federasiya rəhbəri kostyumunu geyməli, qalstukunu taxmalı, ətirlənib oturmalıdı fəxri qonaqların yanında. Əllərini sinəsinə qoyub, oyuna baxmalıdı. Səhvləri görməli, özü üçün nəticə çıxarmalı, sonra da komanda daxilində sözünü deməlidi. Öz aramızdı, prezident belə olar da.
Yoxsa sən geyin əyninə idman dəstini, otur İsanın, Xətainin, Ramizin yanında. Otur-dur, qışqır-bağır sal. O zaman onlardan nə fərqin oldu? Hə, futbolçular arasında münaqişə yaşananda da bütün etik prinsiplərə tüpürüb gir ortalığa. Aranı sakitləşdirirmiş kimi rəqibin qarşısıalınmaz oyunçusu Rikardinyonun sinəsindən itələ ki, iş bilmişəm. Deyirəm, Zaur Axundovun bəxti onda gətirdi ki, “10 nömrə” ona eyni üsulla cavab verdi. Kürəyindən itələyib, geri çəkildi. Olmazdı elə, olardı belə, tullanıb təpik vurardı prezidentin kürəyinə. Ya da ayağındakı ayaqqabını çıxarıb prezidentin üzünə atardı. Necə olardı? Biranlıq təsəvvür edin. Orda “bandotdel” yoxdu ki, Axundovun bir zəngiylə Rikardinyonu “içəri” salsınlar.
Başa düşürəm, yığma böyük hesabla uduzur, müsəlmanıq, məğlubiyyəti qəbul edə bilmirik. Bu da istər-istəməz emosiyaları qızışdırır. Özünü ələ ala bilməyib, artıq hərəkətlər edirsən. Bax, ona görə deyirəm ki, bir prezidentin yeri oyun vaxtı idmançıların yan-yörəsi olmamalıdı. Hər kəs öz yerini bilməli, orda oturmalıdı.
Bir müddət əvvəl çantasını yığıb, gecəylə Bakıdan qaçan millimizin braziliyalı baş məşqçisi yaşa dolduqca başındakılar itməyə başlayır. Təzə gələndə bacarığı ilə azarkeşlərin sevgisini qazanan Alesio indi sanki işini yola verir. İspaniya ilə oyundakı gedişlərini kənara qoyuram. Fransanı udmuşdular, dilləri uzun idi. “Qallonu niyə oynatmadın, niyə qələbə qazanmaq üçün yığma əlavə güc sərf etmədi” kimi suallar versəydin, “özüm bilərəm” deyəcəkdi. Bəs indi nə deyə bilər? 1-ci dəqiqədə hesabı aç, rəqib dərhal hesabı bərabərləşdirsin, ardınca 2-ci, 3-cü qolları vursun və sən hələ də açıq oynamaqda davam et. O boyda Portuqaliya diqqəti müdafiəyə ayırıb, əks-hücumlara bel bağladığı halda, sən hansı potensialınla durmadan hücum edirsən? 3-cü qolu buraxmısan, görürsən ki, vəziyyət ürəkaçan deyil, çəkil arxaya, ən yaxşısına ümid et. Faktiki Portuqaliya sənin komandandan üçbaş üstündü, oyunçuları meydanda sənin yetirmələrini rəsmən “yeyir”. Guya belə rəqibə məğlub olmağa görə kim sənə nə deyəcəkdi? 1:3 uduz, 2:5 olsun, amma 1:8 yox da. Razıyam, yenilgi yenilgidi. Sonda qalib gələn qarşı tərəf olur. Amma meydanı belə hesabla tərk etmək bir ölkənin idmanı adına faciədi, gənc futzalçılara zərbədi, ictimaiyyət üçün lağ-lağı tutarqasıdı. Vəziyyətin bu həddə çatmasında əsas pay sahibi Alesiodu. Yanlış taktika seçimi ilə millini gülünc vəziyyətə saldı.
Bir dəstə braziliyalı yığıb gətiriblər. Bunların 5-ni torbaya yığsan, Biro Jadenin, Serjaonun bir ayağına da dəyməz. Nəymiş, Birogilin vaxtında pul çox imiş, indi maliyyə azdı. Azdı? Gətirmə, oynatma. Qoy özümüzkülər oynasın, təcrübə yığsın. Əsas milli Riçard Almeyda xaric, yerli futbolçularla Moldovanı uda bilmədi. Dünya dağılmadı ki? Madam vətənində 5-ci dərəcəli sayılan braziliyalıların səviyyəsi ölkəmin adını biabır etməkdən yaxşısına imkan vermir, qanı qanımdan, canı canımdan olan özümüzkülər oynasın. Kimə lazımdı qapıma qol təşkil edənVassura, rəqib qapısına düz-əməlli zərbə vura bilməyən Bolinya?
Federasiya prezidenti postunu tutmaqla yanaşı, həm də AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Zaur Axundovun yaşananlarla bağlı hesabat vermək borcu var. Danışsın, səbəbləri göstərsin. Xoş gələcək adına yeni planlar qursun. Yoxsa bu gedişlə futzal yığmamızı daha betər faciələr gözləyir.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı Bu gün, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” Bu gün, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı Bu gün, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır Bu gün, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? Bu gün, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb Bu gün, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir Bu gün, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır Bu gün, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? Bu gün, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq Bu gün, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi Bu gün, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır Bu gün, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? Bu gün, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi Bu gün, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb Bu gün, 13:50 Bolqar hakim yaxşı qiymət alıb Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar