07 fev 12:24Yazar

Məntiqli görünən ...məntiqsizlik

Redaksiyamızda Rəsul adlı dizayner var, Azərbaycan dilindəki ən sadə sözlərin plastilindən düzələn fiqurlar kimi necə əcaib şəkillər aldığını görmək üçün onunla 5-10 dəqiqə danışmaq kifayətdi. Amma bu qəhrəmanımız, adətən, onu narahat edən məsələlərə izah tapa və ya fikrini çatdıra bilməyəndə bir məşhur ifadəyə əl atır: bəs, Huşəng hara baxır?
Həmin Huşəng srağagün gecə saatlarında Azərbaycan – İspaniya oyununa baxırdı. Məyusluq və dərin təəssüf içində. Təəssüratımı bölüşməsəm, ölərəm...
İstənilən yığma konkret oyun üçün strategiyanı turnir hədəfinə uyğun müəyyənləşdirir. Zahirən mürəkkəb görünən bu cümlənin sadə bir açması var: srağagün qrup birincisi olmaq üçün bizə heç-heçə də kifayət edirdisə, ispanlar portəgizlərə rəqib olmamaq üçün qalib gəlməliydi. Azərbaycan yığması əslində bir sapand ilə iki sərçə vurmaq imkanına malik idi. Heç-heçə edib, ukraynalılara rəqib olmaq minimum, iki top fərqi ilə qələbə qazanıb, ispanları evə göndərmək isə maksimum hədəf idi. Amma biz nə etdik, daha doğrusu, Joze Alesio da Silva başımıza hansı oyunu açdı? Yüngül zədəsi olan və əminəm ki, Portuqaliya ilə bugünkü oyunda meydanda at kimi qaçacaq Qallonu ehtiyatda saxlayıb, parlaq dönəminin miskin obrazını xatırladan Rizvan Fərzəliyevi meydana buraxdı. Bununla da kifayətlənmədi. Oyunun gedişində zaman-zaman yalnız yerli futzalçıları meydanda saxlamaqla sanki Zaur Axundova və ya kimlərəsə özünəməxsus mesajlar göndərdi. Yəni yerli-yerli deyirdiz, buyurun, baxın...
Oyunun gedişini izləyən, taktika və strategiyadan baş çıxaran istənilən adama aydın idi ki, braziliyalı uşaqları meydana istisnasız heç-heçə üçün buraxıb, qələbəni ağlının ucundan da keçirmir və 0:1-i sona qədər qorumaqla məşhur gedişin (5 sahə oyunçusu rəqibin 4 oyunçusuna qarşı) hesabına sonda pireneylilərə zərbə vurmağa çalışacaq. Bəli, o mübarək an yetişdi, yəni hesab 0:1-di və səndən ev tapşırığı hesabına həmin artıq oyunçudan yararlanmaq tələb olunur. Amma nə gördük? Heç nə, zibil! Sən demə, braziliyalı futzalçıları məşqlərdə bu komponent üzərində lazımınca çalışdırmayıb. Yığmamızla oyunda eyni taktikanı tətbiq edən fransızlar nə qədər gücsüz görünürdüsə (amma yenə bir qol vura bildilər), biz ispanlar önündə daha miskin təsir bağışlayırdıq. Topu mənasızca sağa-sola dığırladır, təcrübəli və güclü rəqibin sərt, qapalı müdafiəsini yarmaq yolunda heç bir avantüraya əl atmırdılar, qapıya zərbələr yox dərəcəsində idi. Azərbaycan futbolçularına və futzalçılarına həmişə çatdırmaq istədiyim, ürəyimi deşən bir həqiqət var: oyunun axarı Quran ayəsi deyil ki, onu pozmaqdan çəkinəsən. Rəqib qapısı önündə vəziyyəti dramatikləşdirmək üçün ənənəvi metodlar keçərli deyilsə, buyur, fantaziyaları işə sal, driblinq et, qapıya zərbə vur, avantüra ilə məşğul ol, kəsəsi, qeyri-adi nəsə et, qardaş!
Beləliklə, ilk baxışdan məntiqli görünən məntiqsizliklər hesabına Portuqaliyaya rəqib olduq. Deməli, yarımfinala adlamaq, medalçılar sırasına düşmək şansımız xeyli azaldı. Halbuki ənənəvi favoritlərin heç də parlaq təsir bağışlamaması, Avropa futzalında güclər nisbəti arasında uçurumların götürülməsi fonunda məhz bu qitə birinciliyində əvvəlki rekordumuzu yaxşılaşdıra bilərdik. Yenə də bədbin olmayaq, 1/4 finalda portuqaliyalılar üzərində qələbəyə ümid edək. Nə bilmək olar, bəlkə elə Joze Alesio da Silva və yetirmələri bütün avantüra payını, fantaziyalarını məhz bu oyuna saxlayıblar?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar