05 fev 22:53Yazar

İkinci səhv

Ötən ilin yayında şəxsi işlərimlə bağlı Türkiyənin sənaye nəhəngi Bursadan yolum keçdi. Fürsət oldu, bu şəhərin ən tanınan toxucularından olan Ay ailəsini də tanıdım. Xüsusilə də “Bursaspor”un başqanı olan Əli Ay “ağ-yaşıl” klubun ən təlatümlü vaxtlarında sağ olsun ki, bizə vaxt ayırdı. Mən bu adamların qonaqpərvərliyini heç vaxt unutmayacağam.
Həmin dövr bildiyiniz kimi, həm də Robert Prosineçkinin adının Bursa klubu ilə hallandığı zaman kəsiyinə təsadüf edirdi. Azərbaycan idman mediasında məlum mövzuda çıxan xəbərlər ürək bulandırırdı. İşin Türkiyə tərəfindən hali olduğumdan, AFFA-nı hadiəsələrin axarında haqlı çıxaran yazılar gülüş doğururdu. Elxan Məmmədov və qrupunun peşəkarlığından dəm vuranlar Bursa - Prosineçki məsələsinin əslindən çox uzaq idilər və mövzu qapanana qədər də fil qulağında yatdılar.
...Başqan Əli Ay çox üst səviyyə ticarət adamıdı. Namaz-niyazında, inanclı bir insandı. Lakin bütün müsbət cəhətlərinin fonunda Əli bəyin açıq-aşkar futbolun incəliklərindən uzaq birisi olduğunu deyə bilərik. Bunu onun özü də çəkinmədən etiraf edir, futbol idarəçiliyində ətrafındakı menecerlərə güvəndiyini, daha çox fabriklərini idarə edən qrupun potensialına arxalandığını deyirdi. Prosineçki işində daim tərəddüdləri var idi. Məndən də mövqeyimi soruşdu və açığı, xorvatın heç də uğurlu variant olmadığını öz subyektiv izahımla bildirmişdim. Deyə bilmərəm ki, həmin şərhim “Bursaspor”un başqa baş məşqçi seçməsinə səbəb olub. Sadəcə, bu toplantının iştirakçısı olmuş çoxsaylı insanlar bilir ki, Le Quen variantını “Bursaspor”un klub binasında ilk dəfə səsləndirən adam mən olmuşam. Fransız mütəxəssis “Bursaspor” üçün faydalı saydığım üç variantdan biri idi.
Dediyim kimi, Əli Ay çox dinləyib, uzun-uzun ölçüb-biçib iş görməyi sevən bir iş adamıdı. Futbolu dərindən bilmir və ona görə də verdiyi qərarlarda səhv etmək ehtimalı həmişə var. Onun başqanlığı dövründə “timsahlar” birinci dəfə Prosineçki üçün Azərbaycana boylanmışdılar. Səhv seçimdən dönsələr də, tale onları ikinci dəfə Ricad Almeydanı istəmək qəflətinə qapılmaqdan xilas etmədi. Bu dəfə “Bursaspor”u “Qarabağ” xilas etdi...
Bəli, məncə, Bursa klubu öz imkanları ilə Almeydadan qat-qat səviyyəli futbolçu transfer edə bilər. Ancaq Le Quen Almeydanı istəyib. Məncə, səhv olan bu variant üçün “Bursaspor” 500 min avro ödəməyə hazır idi. Üstəlik Riçardın növbəti transfer opsionundan “Qarabağ”a 50 faiz təklif olunurdu. Gəl ki, Ağdam klubu 6 ay sonra müqavilə müddəti bitəcək və həmin vaxt 29 yaşını qeyd edəcək braziliyalını buraxmadı, məsələ qapanıb getdi.
Mən bu transfer baş tutmadığına görə Əli Ay başqanın tərəfindən sevindim, “Qarabağ”, həm də Azərbaycan yığması adına isə üzüldüm.
Məsələni “feysbuk” səhifəmdə paylaşdım, millət yazdı ki, 500 min avro Almeyda üçün azdı, o bizə hələ lazımdı, düz edib satmayıblar. Açığı, “Qarabağ” azarkeşləri ilə rəhbərliyi arasında peşəkarlıq baxımından fərqi tapa bilmədim həmin şərhlərdən sonra.
Bəylər, birincisi, Azərbaycan premyer-liqası klubunun futbolçusunun zirvə qiyməti 500 min avrodu. Bu futbolçu istəyir braziliyalı olsun, istəyir mozambikli. Çempionlar Liqasının qrupunda çıxış etmək futbolçulara təkliflərin artmasına şərait yarada bilər. Ancaq həmin futbolçunun 29 yaşı varsa, o, bu yaşında sıravi bir şərq ölkəsinin 8 klublu çempionatında top qovursa, xəyalları şişirməyin mənası yoxdu, mizan var, tərəzi var!
Almeyda satılmalydı!
Coşqun Diniyev və ya adını hələ bilmədiyimiz başqa gənclər “Qarabağ”ın o mövqeyində futbol oynasın, təcrübə toplasın, yığmada rəqabət yaradacaq vəziyyətə gəlsin deyə.
Almeyda satılmalıydı!
Yığmamızın bir futbolçusu superliqa kimi bir turnirdə iştirak etsin, o səviyyədə vitrində görünsün, sabah daha böyük klublara transfer olunsun və həmin transferdən böyük pulların 50 faizi qazanılsın deyə.
Almeyda satılmalıydı!
“Qarabağ” klubunun və “Qarabağ” idarəçilərinin Çempionlar Liqası kimi bir mərhələni keçərək böyüdüklərinə inanaq deyə.
Daha onlarla səbəb saya bilərəm. Ricardı satmamaqla Ağdam klubunun hansı mesajlar verdiyini isə sadalamaq istəmirəm. Qışın bu vaxtında “Qarabağ” futbolsevərlərini öz klubları ilə bağlı görməyə davam etdikləri şirin yuxudan oyatmayaq, hələ ki...
Təkcə bu proqnozu təəssüf hiss ilə verməliyəm: Riçard 6 ay sonra ya ağdamlılara bir qəpik xeyir vermədən hansısa kluba keçəcək, ya da heç kimə lazım olmadığından daha bahalı şərtlərlə Bakıda davam etməyə razılaşacaq. İkinci halda isə, indi göründüyü kimi, Almeydanın çıxışındakı geriləməni oyundan-oyuna hiss edəcəksiz...
Uzun sözün qısası, layiqli kiçik qardaş missiyamızı davam etdiririk tükiyəli soydaşlarımıza münasibətdə. “Bursaspor” Azərbaycanla bağlı iki səhv etdi, ikisindən də yararlanmaqdan imtina etdik.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar