26 yan 14:37Yazar

Üçü birində

Üçü birində
Qulaqlar uyuyur bir xoş yalanda,
Vəd verən də bilir, vədi alan da.
Bu söz oyununda naçar qalanda,
Dinsəm öldürərlər, dinməsəm ölləm.
(Musa Yaqub)

Qəzetimizin çərşənbə axşamı işıq üzü görən sayında diqqətimi çəkən üç müsahibə var idi. Dəyərli həmkarlarım U-21və U-19-un çalışdırıcıları Yaşar Vahabzadəylə Təbriz Həsənovu, eləcə də Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovu sorğu-suala çəkmişdilər. Sözsüz ki, əsas müzakirə mövzusu əsas komandamızda olduğu kimi, aşağı yaş qrupları üzrə yığmalarda da baş alıb gedən “milliləşdirmə” bəlası, komandalarımızın Sankt-Peterburq və Antalyadan uğursuz nəticələrlə qayıtması idi. Hər üç müsahibənin qəhrəmanı haqlı suallar qarşısında çarəsiz qalır, min bəhanə dərəsindən su gətirməklə onlardan yayınmağa, vəziyyətdən çıxmağa çalışırlar. Yaxşı yadımdadı, birvaxtlar elə həmin bu Şakir Qəribov gənclər millimizin baş məşqçisi idi. Hansısa böyükhesablı məğlubiyyətdən, fiasko sayılacaq nəticədən sonra istefa vermişdi. Həmin vaxt ondan istefası haqda soruşan həmkarımıza cavabı isə belə idi: “Zibildən konfet düzəldə bilmərəm”.
Heç şübhəsiz, hamımız həmin məşhur məsəldən xəbərdardırıq və bilirik ki, orda “zibil”in yerində yazılması mümkün olmayan başqa söz olmalıdı. Üstündən 10 ilmi keçib, 15 ilmi, dəqiq deyə bilmərəm. Amma bir məsələ dəqiqdi ki, Azərbaycan futbolu Şakir bəyin “ağ bayraq qaldırdığı” həmin dövrlərdən də xeyli geriləyib. “Zibil”i konfetə çevirmək, ağzımızı dada gətirmək üçün milyonlar xərcləmişik. Qəribovun dediyi vaxtlarda AFFA-nın bir ilə xərclədiyi pulu indi futbol qurumu bir gecəlik yeni il şənliyi üçün “5 ulduzlu” otellərin hesabına keçirir, səhərə qədər əylənirlər. Əyləncəmiz bol olsa da, futbolçumuz yoxdu. Ona görə ki, AFFA-nın funksionerləri futbola da bir əyləncə növü, zövq və qazanc mənbəyi kimi yanaşırlar. Bu sahənin problemlərini görmək, faciənin fərqinə varıb ürəklərini bulandırmaq, keflərini pozmaq istəmirlər.
Şakir bəyin “təslim oluram” dediyi vaxtdan bəri heç nə dəyişməyib, amma milli komandalara cəlb olunan əcnəbilərin sayı artıb, dünyada ilk dəfə Azərbaycan millisinin düşərgəsinə baxışa legioner gətiriblər. Bizim tutduğumuz inkişaf yolu bundan ibarətdi. Belə olan halda Məşqçilər Komitəsinə nə ehtiyac var, məşqçilər kimə lazımdı? Şakir Qəribov özünə əziyyət verib Peterburqa nəyə və kimə baxmağa gedib? Olmaya onu da Böyükağa Hacıyev kimi milliylə birlikdə xaricə istirahətə göndəriblər? Mən demirəm, bunu Elxan Abdullayev deyir, “Neftçi”nin baş məşqçisi. Nəhayət, bizim məşqçilərdən kimsə özündə cürət tapıb, Məşqçilər Komtəsinin bostanına tərəf daş atmağı bacardı. İndi hünərli oğlan lazımdı, çıxsın Abdullayevin cavabını versin. Verə bilməyəcəklər. Çünki baş katibin adaşı son aylarda ilk dəfə özündə həqiqəti deməyə güc tapıb. Həqiqəti hamı bilir, sadəcə, onu dilinə gətirməyə hamı cürət etmir...
Həmkarlarımın “niyə bizim milli komandalara əcnəbi uşaqları doldurursuz” sualına Şakir Qəribov da, Təbriz Həsənov da, Yaşar Vahabzadə də eyni cavabı verib: “Bizdə seçmə mərhələdə qapımızından 5-10 top buraxmamaq üçün tələb olunan səviyyədə yeniyetmə futbolçu yoxdu”. Niyə yoxdu, əzizlərim? Məgər illərdi bu ölkənin gənclər və yeniyetmələr yığmalarında işləyən məşqçilər siz deyilsiz? Problemi tapıb, ondan çıxış yolunu niyə AFFA-nın baş katibinin diqqətinə çatdırmamısız? Elxan Məmmədovun həmişə bəhanəsi var, adam futbol mütəxəssis deyil. Biznes mərkəzinin komendantı vəzifəsindən AFFA-nın baş katibliyinə yüksəlib. Elə futbol qurumunu da biznes mərkəzi kimi idarə edir. Bəs sizə nə olub? Niyə öz futbolçu keçmişinizə, adınıza-sanınıza hörmət qoymursuz? AFFA Almaniyada futbol məktəbi açanda səsinizi çıxaraydız, “pulları sağa-sola səpələməyin, həmin pula rayonlarda məktəblər, internatlar açın, biz də gedək istedad aşkara çıxaraq” deyəydiz. Amma siz susduz. Sizin əvəzinizə başqası danışmayacaqdı, nə də futbolçu yetişdirməyəcəkdi. AFFA-nın hazırkı başbilənləri səlahiyyət sahibi olanda 1999 təvəllüdlü uşaqların 8-9 yaşı var idi. Həmin vaxt düzgün strategiyamız, inkişaf planımız olsaydı, Sankt-Peterburqda 5 metrdən boş qapıya top vura bilməyən Doğukan Öksuzün ümidinə qalmazdıq, Yaşar Vahabzadə də sudanlı yeniyetmələrə uduzmağın gətirdiyi xəcalət tərini silməkdən yorulmazdı. Heç olmasa bundan sonra özünüzdə cəsarət tapın, problemi açıq şəkildə dilə gətirin. Buna görə sizi asan-kəsən olmayacaq.
P.S. “Hakimlər Levnikova görə Qazaxıstan millisini irəli “dartırdı” deyən Təbriz Həsənovun diqqətinə bir epizodu çatdırım. Qazaxlar yarımfinalda Yunanıstanı 2:1 hesabıyla məğlub etdikləri oyunu 42-ci dəqiqədən azlıqda keçiriblər. 10 nəfərlə oynayan “qıyıqgözlər” yunanların qapısına qol vurmağı da bacarıblar. Yalan danışmaq, başqasının haqqına girmək yaxşı əlamət deyil.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:52 İslamiada xəbərləri Dünən, 17:51 Şəhriyar liderliyini davam etdirir Dünən, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı Dünən, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib Dünən, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq Dünən, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi Dünən, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? Dünən, 15:59 İlk oyunda məğlubiyyət Dünən, 15:58 Mövsümün ən az qol vurulan turu Dünən, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə Dünən, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu Dünən, 15:45 FİFA referiləri İslamiadada! Dünən, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur Dünən, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi Dünən, 15:36 TURUN MƏŞQÇİSİ Dünən, 15:35 TURUN SİTATI Dünən, 15:33 TURUN OYUNÇUSU Dünən, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu Dünən, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib Dünən, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək Dünən, 15:27 “Neftçi”yə yeni rəis gəlir Dünən, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi Dünən, 15:23 “Forza Neftçi” qərarını verdi Dünən, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı Dünən, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib Dünən, 15:16 Yunanıstana geniş heyətlə Dünən, 15:12 Pevtsov iki pillə irəlilədi Dünən, 15:11 Ən güclü boksçular müəyyənləşdi Dünən, 15:10 Tokioda medala yaxın düşmədilər 26-04-2017, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! 26-04-2017, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? 26-04-2017, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı 26-04-2017, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib 26-04-2017, 20:26 “Energetik” həkimin ümidinə qalıb 26-04-2017, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" 26-04-2017, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi 26-04-2017, 20:09 İslamiada xəbərləri 26-04-2017, 20:07 Azərbaycan derbisində yenə “sülh” 26-04-2017, 20:05 Kseniya “Beşiktaş”la sevindi 26-04-2017, 20:04 Dadaşov məyus oldu 26-04-2017, 20:02 Lider büdrədi, ancaq yıxılmadı 26-04-2017, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs 26-04-2017, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı 26-04-2017, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb 26-04-2017, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı 26-04-2017, 19:43 AZAL “Zirə”yə təslim olacaq? 26-04-2017, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi 26-04-2017, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək 26-04-2017, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv 26-04-2017, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... Bütün xəbərlər
Ən çox oxunanlar