25 yan 20:52Yazar

Gözlə, gələcəyəm, qurbanın olum...

Tarix: 25 oktyabr, 2016-cı il.
Məkan: Bakı şəhəri, “Bakcell Arena”nın konfrans salonu.
Premyer-liqanın 9-cu turunun “Neftçi” - “Qarabağ” oyunu qonaqların 2:0 hesablı qələbəsiylə bitib. Mətbuat nümayəndələri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayevi sorğu-saul edirlər:
- Sizi “Neftçi”yə AFFA-dan göndərdilər?
- Əlbəttə. “Neftçi” AFFA-ya müraciət elədi, onlar da məni məsləhət gördülər. AFFA bizim ən böyük instansiyamızdı. Kiminsə xoşuna gələ bilər, ya yox, bu nə sizin işinizdi, nə də mənim. Mən, sadəcə, fəhləyəm.
Sonradan AFFA bütün ciddi-cəhdlə Abdullayevin bu açıqlamasının mənasını dəyişməyə, “Neftçi”yə məçqçi göndərmədiklərinə bizi inandırmağa çalışır. Çalışdırıcı özü də mətbuata yeni açıqlama verir, fikirlərinin düzgün anlaşılmadığına and-aman edir. Amma ox yaydan çıxıb. Hamının onsuz da bildiyi həqiqəti həmkarlarım Elxan Abdullayevin dilindən almağa nail olub. Bu hadisə “Neftçi”nin baş məşqçisinin mətbuatın ciddi həmlələri qarşısında aciz qaldığı ilk konfrans idi. Yaydan çıxmış ox hələ də səmalarda süzür, onu tapıb yaya qaytarmaq nə AFFA-ya, nə “Neftçi”yə, nə də Elxan Abdullayevə qismət olub. Heç olmayacaq da. Ta o günə kimi ki, AFFA-nın “fəhləsi” odun içinə atıldığının, qurban seçildiyinin, böyük oyunların piyadası rolunda olduğunun fərqinə varacaq. Deməli, bu gün Elxan Abdullayevə ünvanlanan tənqid və ittihamların əsl hədəfi onu “Neftçi”yə göndərənlərdi.
Onu inandırmışdılar ki, “Neftçi”yə get, bu vaxta kimi baş məşqçi kimi ciddi qabar görməmiş əlinə ikinci qarpızı götürməyə razı ol. Qışa qədər bir təhər yola versən, tənqidlərə dözsən, qışda komandanı gücləndirəcəyik, bir az da özümüz “yuxarı”dan dartacağıq və işlər yağ kimi gedəcək. Bu şirin vədlər cənab Abdullayevin gözlərini parıldatmışdı. İndi isə vəziyyət qəlizdi. Yarım aydan çox Antalyada hazırlıq keçən, altısı əcnəbi olmaqla 7 yeni futbolçunun transferini reallaşdıran, iki əcnəbini də baxışa çağırıb sonra yola salan “Neftçi” hücumçu tapa bilməyib. Əlacsız qalan Elxan bəy “Cavid İmamverdiyev, Fəhmin Muradbəyli, İqnasio Erreraya hücumda şans verə bilərəm” deyir. Bu məntiqsiz addım kiməsə şans vermək deyil, “Neftçi”ylə, 80 yaşını qeyd edəcək klubla yubiley ilində məzələnməkdi. Cavid İmamverdiyevi biz də tanıyırıq, siz də. Onun şans verilib, eksperiment aparılası yaşı çoxdan keçib, dostum. Errera qol vurası, komanda xilas edəsi futbolçu olsaydı, oktyabrın 29-da onu vətəninə yola salan qazaxlar bu iki ay ərzində axtarar, “İrtış”da oynamaq istəyib-istəmədiyini soruşardılar. Fəhmin Muradbəyli isə hər nə qədər istedadlı olur-olsun, hazırkı vəziyyətdə “Neftçi”nin dərdinə əlac olacaq, təkbaşına komandanın “qol maşını”na çevriləcək potensialı yoxdu. Bunları biz də bilirik, Elxan bəy də. Bəs nə üçün belə ucuz dəlillərdən, körpə uşağı belə aldatmağa yetməyəcək yalanlardan istifadə edir, onları dilinə gətirir? Belə çıxır ki, payızdan qışa qədər olan müddəti “bu mənim komandam deyil, fasilədən sonra başqa “Neftçi” görəcəksiz” tipli bəhanələrlə yola verən Elxan Abdullayev üçün hücumçunun alınmaması yeni nəfəslikdi. Adam boğulanda, tənqidlərdən usananda, nəticə tələb edənlərə verməyə cavab tapmayanda ağzını həmin nəfəsliyə dayayacaq, bir az özünə gələn kimi “bəs görmürsüz, biz hücumçusuz oynayırıq? Qışda normal hücumçu tapmaq olmur” deyəcək.
Qəribədi ki, Abdullayev axtardıqları hücumçunun “Qarabağ”la oyuna qədər komandaya qoşulacağından da bəhs edir. “Xilaskar” “Neftçi”yə vacib oyundan bir gün əvvəl qoşulacaqsa, “xalq komandası”nın adının qarşısından “peşəkar” sözünü götürmək lazımdı. Ən azı klub peşəkarlaşana qədər. Bir vaqon müdafiəçi tapan, əcnəbi qapıçıları elə həmin qapıçıların əlcəyi kimi dəyişən peşəkar klubun seleksiyaçıları hardadı? Siz deyilmiydiz “Neftçi”yə baxışa futbolçu gəlməyəcək” deyən. Bu sözləri artıq heyətə kimləri cəlb edəcəyini bilən mütəxəssislər kimi demişdiz. Antalyada “Neftçi”nin düşərgəsinə bir yox, iki futbolçu baxışa gəldi və hər ikisi gözləniləndən də zəif oldu. Niyə payızda, heyətdə böyük dəyişikliklərin qaçılmaz olduğu bilinəndə qışda müqavilə müddəti bitəcək hücumçulardan kimisə gözaltı etmək, Azərbaycanda oynamağa razı salmaq mümkün olmayıb? Deyəsən, “Neftçi”nin başbilənləri ağ atlı oğlan gözüylə Ağabala Ramazanova baxırmışlar, qadasını aldığımız Ağabala da sağı göstərib, soldan vurdu. Hücumçu komandaya toplanışın əvvəlindən qoşulub, kollektivlə qaynayıb-qarışmayacaqsa, nəyinizə lazımdı o? Sizin tapıntınız Bakıya, “Neftçi”yə, Azərbaycan premyer-liqasına, komanda yoldaşlarına və rəqiblərin oyun tərzinə uyğunlaşana kimi aprel ayı da, çempionat da bitəcək. Sonra da yeni bəhanələrin istehsalına, sponsorların ayırdığı büdcənin başına “daş salmağa” başlayarsız. İndilik isə AFFA-nın “Neftçi”yə təhkim etdiyi kadrlar hamılıqla bir araya gəlsin, “Gözlə, gələcəyəm, qurbanın olum” mahnısının sözlərini zümzümə etsinlər.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar