17 yan 18:49Yazar

Elnur Cəfərov hara, “Bursaspor” hara?

U-21 yığmamızın və “Neftçi”nin yarımmüdafiəçisi Elnur Cəfərov karyerasını Türkiyədə davam etdirə bilər. Əlimizdə hansısa sənəd olmasa da, hər halda, türkiyəli həmkarlarımızın yazdıqları budu. İddialara görə iki superliqa təmsilçisi - “Bursaspor”la “Kayserispor” “fövqəlistedad”ın transferində maraqlıdı. Bəli, məhz iddialara görə. Heç bir tutarlı mənbə olmadan.
İddia hardan yaranır? Futbolçunun özü, yaxını, ya da agenti bu haqda mətbuata məlumat ötürür, jurnalistlərdən biri gündəmə gətirir, o birilər də tirajlayır. Və beləcə, Elnur Cəfərov “Bursaspor”un maraq dairəsinə düşmüş kimi qəbul olunur. Elnur məsələsində yalan məlumat kim tərəfindən ortaya atıla bilər?
Özü reklama maraqlı deyil. Lotu aləmindən saatlarla danışar, hansı söhbəti istəsən, “xırdalayar”. Amma adının futbol mövzusunda gündəmə gəlməsinə qətiyyən çalışmaz. Bacara biləcəyi iş deyil çünki. Dost-tanışları, yaxın ətrafı lənkəranlılardı. O zonanın admlarını da yaxından tanıyan biri kimi yalanla düşmən olduqlarına əminəm. Gözlər dikilir agentinə. Agenti kimdi? AFFA rəsmisi, “3R Sport Management” şirkətinin qeyri-rəsmi rəhbəri, futbolçu dalınca dünyanın dörd bir yanına ayaq basan, arxasında baş katib Elxan Məmmədov kimi dağın dayandığı, şəxsi maraqlarını ölkə futbolunun inkişafından qat-qat çox düşünən Riad Rəfiyev. “Neftçi”nin rəhmətlik prezidenti Rasim Rəfiyevin bacarıqlı oğlu.
“Neftçi”ylə müqavilə müddəti yayda başa çatacaq futbolçunun artıq indidən bu cür ucuz piarla diqqət çəkməsinin arxasında Rəfiyevin, ən pis halda ətrafındakıların durduğuna şübhə etməyə dəyməz. Adamın əli Bakıdan okeanın o tayı Braziliyaya çatır. Burdan-bura - Türkiyədə səs-küy salmaq onun üçün heç nədi. Cəfərovu Robert Prosineçki ilə maraqlanan, vaxtilə Dəniz Yılmazla Ozancan Kökcünün şərəfini qoruduğu “Bursaspor”a “sırımaq” istəyi boşuna deyil. İmkanı olsaydı, “Qalatasaray”ın, lap elə “Beşiktaş”ın adını hallandırardı. Amma agent yaxşı dərk edir ki, buna görə adamın boğazını üzərlər. Aparıcı Türkiyə klubları elə açıqlama verər ki, Elnurun futbolçu karyerası başlamamış bitər. Ona görə tapdıqları “yağlı” yerdən – “Bursaspor”dan yapışıblar.
Bu cür xəbəri idman jurnalistini kənara qoyuram, sıravi azarkeş oxuyanda gülməyini saxlaya bilmir. İlin-günün bu vaxtı Elnur hara, “Bursaspor” hara? Sən nə danışırsan, türk jurnalistlərə nə yazdırırsan, ay qardaş? Yenə 10 il əvvəl Elnur Allahverdiyevdən yazsaydılar, “lənət şeytana” deyib inanmaq olardı. Elnur Cəfərov ha...
Portuqaliyanın aşağı dəstəsində “Tondela”nın, Xorvatiyanın ikinci liqasında “Duqopolye”nin heyətində möhkəmlənə bilməyən, Elxan Abdullayevlə dost əlaqələri sayəsində “Neftçi”yə soxuşdurulan 21 yaşlı yarımmüdafiəçinin sonuncu dəfə hansı oyunda parladığını, Allaha and olsun, heç özü də xatırlamır. Olsa-olsa, 3 il əvvəl “Xəzər Lənkəran”da. Hə, bir də yayda U-21-in heyətində İsraillə səfər qarşılaşmasında rəqib qapıçının kobud səhvindən sonra 30 metrdən vurduğu zərbə qol olmuşdu. Vəssalam. Cari mövsümü əsasən ehtiyatda keçirib, dekabrda da zədəsini sağaltmaqla məşğul olub.
Ola bilsin, “Bursaspor” həqiqətən onunla maraqlanır. Vaxtilə xoş gələcək vəd edən futbolçunun kareyrasında yaşanan enişin səbəbini soruşmaq üçün. U-21-in Almaniyaya biabırçı hesablı məğlubiyyətindən sonra sosial şəbəkədə maşın şəklini nə düşünüb paylaşdığı üçün. “Feysbuk”da onu tənqid edən azarkeşi “söhbət”ə çağırmasının səbəbini bilmək üçün. Yeniliklər axtarışında olan türklərin bütün bunlarla bağlı Elnuru sorğu-suala çəkməsi, “Bursaspor”un aşağı yaş qruplarındakı gənclərə məsləhət verməsi üçün həmyerlimizə ehtiyac duymaları normaldı. Bəlkə də klub hansısa legionerlə müqavilə şərtlərində razılaşa bilmir deyə, Cəfərovla maraqlanırlar ki, həmin “söhbəti çürütsün”. Türklərə nə var, futbolla bağlı mövzularda nə desən, onlardan çıxar.
Amma çətin ki, məqsədləri “Bursaspor”un əsas heyətini gücləndirmək ola. Belə olsaydı, Mahir Mədətovla, Araz Abdullayevlə, Qara Qarayevlə, Rəhman Hacıyevlə, Gənclər Liqasında “Qarabağ”ın U-19 komandasının şərəfini qorumuş gənclərlə maraqlanardılar da. Elnur Cəfərovu neynirlər, nəylərinə lazımdı? Adam problemdən başqa bir şey deyil. Baş məşqçilər üçün gözdağıdı.
Pul qazanmaq üçün dəridən-qabıqdan çıxan, özünə agent adı qoyanlar adi xəbər “partlatmaq” yollarını bilmədikcə, futbolçuları bu cür “yandırırlar”. Halbuki sakit guşəyə çəkilib öz-özünə “Elnur hara, “Bursaspor” hara” sualını versə, bir neçə dəqiqədən sonra utandığından qızarmayan yeri qalmayacaq.
Elnur Cəfərovla Türkiyə superliqasının təmsilçiləri maraqlanırmış. Yox bir, hamam...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:24 Filarmoniya tribunasının bütün biletləri satılıb Dünən, 00:23 Qrup oyunlarının təqvimi müəyyənləşdi Dünən, 00:21 Rəhimova və Kulanın məhsuldarlığı kifayət etmədi Dünən, 00:19 Firdovsi Umudov üçün rəqibin fərqi yoxdu Dünən, 00:18 "Nur"a Mingəçevirdə batan yoxdu Dünən, 00:16 PFL kubokun finalıyla bağlı bu gün qərar verəcək Dünən, 00:15 “Futbol+” “Kəpəz” rəsmilərinin yalanını üzə çıxardı Dünən, 00:09 Rüfət Dadaşovun iki qolu 1/4 final üçün bəs etdi Dünən, 00:08 Samir Əliyev uqandalı hüçumçuya qovuşdu Dünən, 00:06 “Forza Neftçi” 150 fanatla “Kapital Bank Arena”ya gedəcək Dünən, 00:00 Futbolçular gərgin mübarizə vəd etdi 16-02-2018, 23:58 Sumqayıtda Avroliqaya namizədlərin dueli 16-02-2018, 23:57 “Neftçi”dən Hindistan superliqasına 16-02-2018, 23:36 Braziliya millimizlə oynamaq istəyir 16-02-2018, 23:34 Füzuli Məmmədov: “Kimin canına istəyirsiz and içə bilərəm ki, başqa söhbət olmayıb” 16-02-2018, 23:32 “İnter Arena”nın qazonu yayda dəyişdiriləcək 16-02-2018, 23:31 Qəbələdə prinsipial qarşılaşma 16-02-2018, 23:29 Ndlovu “Qarabağ”lı günlərini xatırladı 16-02-2018, 23:28 Ronaldinyo Futbol Akademiyasının layihəsi hazırdı, məkanı seçilib 16-02-2018, 23:26 Əvəzedicilər penalti vura bilmir 16-02-2018, 23:25 "Xəzər"dən darmadağın, MOİK-dən əzmkar qələbə 16-02-2018, 23:24 Futbolçular Sevgililər Gününü necə keçirib? 16-02-2018, 23:06 Petrjela “Neftçi”dən qovulmasının səbəbini 10 ildən sonra açıqladı 16-02-2018, 23:00 “Qütb”lərin qarşıdurması 16-02-2018, 23:00 Ramiz Mirzəyevin oğlu yol qəzasında dünyasını dəyişdi 16-02-2018, 20:28 Aygün Kazımovanın qardaşı ilə dələduz məktəb direktorunun ortaq cinayəti 16-02-2018, 20:27 Təcrübəli həkimdən dəyərli məsləhətlər 16-02-2018, 20:25 Diniyevin Məşqçilər Komitəsinə dönüşü müzakirə olunmayıb 16-02-2018, 20:23 Anası Mahirin qohumdan qız almasına qarşıdı 16-02-2018, 07:52 Budaq Nəsirov zədə üzündən oynamır 16-02-2018, 07:49 Oyunda dava düşdü, İntizam Komitəsi susdu 16-02-2018, 07:47 “Sumqayıt” “Neftçi” azarkeşlərinə limit çərçivəsində yer ayıracaq 16-02-2018, 07:44 Dabo fərdi məşqlə kifayətlənir 16-02-2018, 07:42 “Qarabağ”ı azarkeşləri ziyana saldı 16-02-2018, 07:37 “Araz”la izləyicisindən “quru” qələbələr 16-02-2018, 07:28 Dario Federiko “Keşlə”yə qarşı oynayacaq 16-02-2018, 07:24 “CBC Sport ”“Kəpəz” – “Keşlə” matçını canlı yayınlayacaq 16-02-2018, 07:19 Dedov "9 nömrə"ni seçdi 16-02-2018, 07:14 PFL bilet satışını klubların ixtiyarına buraxıb 16-02-2018, 07:11 “Xəzər” dəstək üçün 5 manata azarkeş axtarır 16-02-2018, 07:06 UEFA nümayəndələri təftiş üçün Bakıdadı 16-02-2018, 07:01 Futbolçu voleybolçu ilə evlənir 16-02-2018, 06:59 Millimiz Lüksemburqa uduzdu 16-02-2018, 06:56 Polina Rəhimova baş məşqçisiz qaldı 16-02-2018, 06:54 “Formula-1”in baş icraçı direktoru Bakıya niyə gəlib? 16-02-2018, 06:51 Yeniyetmələrin çempionatı başa çatdı 16-02-2018, 06:49 Ən güclü üzgüçülər Hövsanda müəyyənləşdi 16-02-2018, 06:46 Paytaxtın ən yaxşı şahmatçısı bəllidi 16-02-2018, 06:44 “Qəbələ”nin üzvü GTC ilə anlaşdı 16-02-2018, 06:40 Kuba, Qazaxıstan və Rusiya ilə qarşılaşacağıq 16-02-2018, 06:37 Şahin Xudaverdiyev yığmanın yeni baş məşqçisidi 16-02-2018, 06:34 Finalda uduzdular 16-02-2018, 06:30 Renat Dadaşova “Ayntraxt”da perspektiv görünmür 14-02-2018, 13:24 Həsən Novruzovu Avropa çempionluğundan 30 saniyə ayırıb 14-02-2018, 13:16 Ceyhun Məmmədov yenə prezident oldu 14-02-2018, 13:15 Fəridə Əzizovanı soyan şəxs yaxalanıb 14-02-2018, 13:14 AÇ-də fərqlənənlər mükafatlandırıldı Bütün xəbərlər
Ən çox oxunanlar