22 yan 23:43Yazar

Uçub gedən “uğurlar”

Dostlardan biri telefonuma SMS göndərib. Deyir ki, Elxan Məmmədovun “ağır ayağı” “Bursaspor”u “xoşbəxt” etməkdə davam edir. “Yaşıl timsahlar” superliqada olduğu kimi, Türkiyə kubokunda da məğlubiyyətləri sıralayır. Sonuncu turda Həmzə Həmzəoğlunun komandası öz meydanında güclü rəqib sayılmayan “Akhısar Bələdiyyəsispor”a uduzub. Özü də böyük hesabla – 1:4. Əlbəttə ki, bütün bu nümunələr işin zarafat tərəfidi. Türkiyə çempionatında yarışan bir komandanın, yaxud da İngiltərə premyer-liqası təmsilçisinin uğursuzluğunda Elxan Məmmədovun heç bir rolu ola bilməz. Sadəcə, çox hörmətli baş katib əksər hallarda özü-özünü gülünc vəziyyətə salır. Azərbaycan futbolunun yalançı inkişaf nəğmələrini oxuyarkən elə ucuz arqumentlərdən yapışır ki, sonradan onun həmin sözlərini, davranışlarını gülüş hədəfinə çevirməmək olmur.
Ötən yazımda sadaladıqlarım adət-ənənələrlə, sınaqlarla bağlı olanlar idi. Bu dəfə isə başqa nümunələrə diqqət edək. Görəcəyik ki, Elxan Məmmədovun əvvəl bəh-bəhlə təriflədiyi, uğur kimi təqdim etdiyi nüanslar sonradan necə üz qızardır. Bir az uzaq keçmişə boylanan kimi klublarda Müşahidə Şurasının yaradılmasını xatırlayırıq. Birvaxtlar cənab Məmmədov bu şuraların uğura gedən yolun açarı olduğunu deyirdi, “şuralaşmayan” klubların cəzalanmasından belə söz açırdı. Elə ki gördü o oxuyan nəğmələri vecinə alan yoxdu, bir az yumşaldı. Başladı özündən yeni Amerika kəşf etməyə, İcraiyyə Komitəsinin hüququ qüvvəsi olan qərarına tövsiyyə donu geyindirməyə. Sən demə, biz başa düşməmişik. İK klublara tapşırıq yox, tövsiyyə veribmiş ki, istəsəz, özünüz üçün Müşahidə Şurası yarada bilərsiz. Sonrası isə daha gülməli oldu. Çingiz Abdullayevin rəhbərlik etdiyi Müşahidə Şurası elə baş katibin özünə sərf edən formada “Neftçi”ni uçurumun kənarına gətirdi. Elə həmin məqamda da cənab Məmmədov illərlə fırlanan valı geri oxutdurmağa başladı. Bu dəfə də dedi ki, “ay yoldaşlar, bizim təklif etdiyimiz Müşahidə Şurası bu deyil. Biz demişdik ki, Müşahidə Şuraları yaradılsın, amma idarəetməyə, transferlərə müdaxilə etməsin. Eləcə stadiona yığışıb, futbola baxa-baxa çaydan-kofedən, ürəkləri istəyəndə şərab və viskidən içsinlər, dağılışsınlar”.
Göründüyü kimi, bizim baş katib valları dəyişdirməkdə, öz ağzından çıxan sözləri cürbəcür mənalar yozmaqda ustaddı. Bəlkə də elə bu məharətinə görə onu UEFA-nın baş ofisinə aparmaq, Avropa futbolunun “fırladılması” istiqamətində daha yaxşı faydalanmaq fikrinə düşüblər. Həmkarlarım ötən ilin son günlərində Elxan bəydən müsahibə götürmüş, ondan 2016-cı ilin uğurlu məqamları barədə soruşmuşdular. Cavabı birlikdə xatırlayaq: “Əsas sevindirici hal futzal yığmamızın dünya çempionatının final mərhələsinə vəsiqə qazanması oldu. Məncə, bu, bizim üçün böyük nailiyyətdi. Hər halda, mundialda 5-ci yer çox yaxşı nəticədi. Çimərlik futbolu da bizi çox sevindirdi. 2008-ci ildə Çimərlik Futbol Federasiyasını yaradanda millimizin B divizionundan A divizionuna vəsiqə qazanması arzusu ilə yaşayırdıq”. Baş katibin sözünə “qüvvət” futzal yığmamızın baş məşqçisi Miltinyodan gəldi. Yeni il ərəfəsində Braziliyaya yollanan mütəxəssis Azərbaycana qayıtmaqdan imtina edib. Hamımız bilirik ki, onun gedişi son dövrlərdə millinin baş məşqçilərinin 3-cü müəmmalı qaçışıdı. Bir ətək pul tökürük, amma əcnəbi mütəxəssislər Azərbaycanda çalışmaq istəmirlər. Hamı Berti Foqtsla Robert Prosineçki ağılda, rahat pul qazanmaq həvəsində deyil axı. Həmkarım Mirağa sağ olsun, çox maraqlı yazıyla bizi futzalımızın acınacaqlı durumu ilə tanış edib. Özünə hörmət edən əcnəbi çalışdırıcılar Azərbaycanda futzalın heç bir perspektivinin, marağının olmadığını, çempionatın rəqabətsizliyini, yerli futzalçıların yetişməsi üçün şəraitin yoxluğunu anlayan kimi dabanlarına tüpürürlər. Futzal Federasiyasının rəhbərliyi isə onlardan yalançı inkişafın parçasına çevrilməyi, axına qoşulub üzməyi tələb edirlər. Zorla deyil ki, adamlar istəmir də. Dünya çempionatına yüksəlməyimizin eyforiyasından “Araz”ın UEFA kubokundakı fiaskosundan sonra yaxşıca ayıldıq. Təəccüblü deyil ki, ötən ilin uğurlarından danışan baş katib futzalımızın inkişafından bəhs edərkən ona “Araz”ı xatırlatmayıblar.
Elxan bəyin çimərlik futbolu ilə bağlı dedikləri də xeyli məzəli alınıb. Olmaya yaşıl otun üstündə oynadığımız futbolla uzağa gedə bilmədiyimizi anlayıb, gücü qumsallıqdakı “top-topa” verəcəyik. Biabırçı nəticələr olanda da Zaur Ramazanovun dediyi kimi, başımızı quma soxub, gizlənməyə çalışarıq. Təəssüf ki, çimərlik futbolunun “inkişaf”a qədəm qoyduğu bir vaxtda Zeynal Zeynalov “başqa işə keçdi”, baş məşqçi postundan ayrıldı. Heyf, olduqca maraqlı fiqur idi. Dünyanın işi belədi, cənab Məmmədov. İl dəyişən kimi yalançı uğurlar da uçub getdi.
А мне этот автомобиль понравился большле всех
-----

рихтовка авто

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:02 Yığma üzvləri darmadağından danışdı Dünən, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub Dünən, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır Dünən, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır Dünən, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də Dünən, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... Dünən, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” Dünən, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı Dünən, 15:50 "Qəbələ" həvəslə hazırlaşır Dünən, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi Dünən, 15:40 10 saatlıq tur Dünən, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub Dünən, 15:37 Sürprizsiz tur Dünən, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” Dünən, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Dünən, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Dünən, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Dünən, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Dünən, 12:47 Miloş Velebit kimdi? Dünən, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Dünən, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Dünən, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Dünən, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Dünən, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Dünən, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Dünən, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Dünən, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Dünən, 12:23 “Red Black Army” narahatdı Dünən, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Dünən, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Dünən, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar