14 yan 12:10Yazar

Good luck, Dino!

Yaxın keçmişdə Azərbaycan futbolunda “Neftçi” rüzgarı əsirdi. Ardıcıl çempionluqlar, qazanılan kuboklar, ölkə tarixində ilk dəfə Avroliqanın qrup mərhələsi... Əldə olunan nailiyyətlər digər klubların “ağ-qaralar”a marağını artırmışdı. Klub rəhbərliyi pul xərcləməklə yanaşı, onu qazanmağın da yolunu tapmışdı. Araz Abdullayev “Everton”a transfer olundu. Rəşad Sadiqov “Xəzər Lənkəran”a, Tərlan Quliyev “Qarabağ”a satıldı. “Fənərbaxça” rəsmiləri Antalyada gözümün qabağında “Titanik” otelinə gəldilər. Cavid İmamverdiyev icarə pulu qarşılığında “Elazığspor”a yollandı və s. Avropaya doğru can atmağa başlamışdılar, futbolun biznes tərəfini inkişaf etdirməyi düşünürdülər ki... Öncə maliyyə sıxıntısı, ardınca daxili çəkişmələr, sonda Müşahidə Şurasının yaradılması və bununla da süqut.
O vaxtlar “Qarabağ” işini ehtiyatlı tutmuşdu. Hər dəfə Avroliqanın qapısından qayıtsalar da, səs-küy qopmurdu. Klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanovun siyasətinin nəticəsində uğura gedən yol səbr etməkdən keçirdi. “Onlarda var, bizdə niyə yoxdu?!” prinsipiylə yox, “biz daha artığını bacaracağıq” düşüncəsiylə hərəkət etdilər. Ardıcıl 3 dəfə Avroliqanın qrup mərhələsində oynadılar, çempionluqlar və kuboklar gəldi, yekunda isə ölkə futbol ictimaiyyəti Çempionlar Liqasının qrup mərhələsinin sevincini daddı. “Köhlən atlar” təzə-təzə “yeriməyə” başlayanda Reynaldoları vardı. Xatırlamamış olmazsız.
Bütün Azərbaycan bəstəboy, amma sürətli və texnikalı braziliyalıdan danışırdı. Yığmaya cəlb olunması üçün AFFA-ya da dəvət olunmuşdu. Adı bir gün Almaniya, ertəsi Çin mətbuatında hallanırdı. BƏƏ-də peyda olması üçün də yaxşı imkan yaranmışdı. O vaxt futbolçu satışından yüzminlər qazanmaq yuxu kimi görünürdü, “kimdi Azərbaycanda oynayan futbolçuya milyon manat verib aparan” şəklində düşünürdük. 4 il ərzində meydana çıxdığı 87 oyunda rəqib qapılarına 43 dəfə yol tapan futbolçunun başına and içənlər saysız idi. “Qarabağ”dan ayrılacağı halda hər şeyin yarımçıq qalacağını, komandanın uğursuzluğa düçar olacağını təxmin edənlər yox deyildi. Çıxışındakı eniş, davamlı zədələr gedişini şərtləndirdi. “Qarabağ” Reynaldonu Azərbaycan reallığında yaxşı qiymətə (deyilənə görə, 350 min avroya, 700 min manat edir) “Adanaspor”a satdı.
Reynaldo gedəndə Dino hələ yeniydi. Komandaya, çempionata, ayaq basdığı ölkəyə alışmamışdı. “Anortosis”də sıraladığı qolları göz önünə gətirəndə, “köhlən atlar”ın işlərinin yaxşıya doğru dəyişəcəyinə inam yaranırdı. İricüssəli, texnikalı, öldürücü, eyni zamanda gözlənilməz zərbələrə malik hücumçu Reynaldonun boşaltığı “9”u əyninə keçirəndən sonra əsl bacarığını göstərməyə başladı. Ötən mövsüm 10 qola imza atdı, Çempionlar Liqasında vurduğu qollarla – xüsusilə səfərdə “Kopenhagen”in qapısından keçirdiyi top – azərbaycanlı futbolsevərlərin könlünü fəth etdi. Ümumi statistikada 59 oyunda vurduğu 24 qol. Və 10-a yaxın qol ötürməsi. O təkcə vurduğu qollara görə sevilmirdi. Həm də işğal altında olan Qarabağa diqqət və sevgisi, özünü aparmaq bacarığı, başından böyük açıqlamalar verməməsi, meydanda canını qoyması, azarkeşlərlə ünsiyyəti – bütün bunlar Dinonu bizlərə doğmalaşdırmışdı. Azərbaycanı tərk edəcəyi dəqiqləşəndən sonra sosial şəbəkədə yazdığı “qanım “Qarabağ”ı sevən və onun uğrunda həyatını itirən insanlarla axacaq” sözləri nəyə desən, dəyərdi. Bəzi azərbaycanlı futbolçular bu cümləni qurmaq bacarığında olmadığı halda, “Qarabağ”da cəmi ilyarım oynayan futbolçu içindəki səsi sözlərlə səlis şəkildə çatdırmağı bacardı.
Bəli, bundan sonra “Qarabağ”ın “9 nömrə”si kimi saçsız, cüsəlli, xarici görkəmindən boksçulara bənzəyən xarakterli Dino Ndlovunu görməyəcəyik. Son 5 ildə Reynaldo ilə Ndlovunun daşıdığı o nömrəni kimin kürəyində gəzdirəcəyi hələ məlum deyil. Ümid edək ki, “9”a olan inamı artıqlamasıyla doğrultmağı bacaran yeni legioner cəlb olunacaq. Hər şey buna doğru aparır. Bu günə qədər İnnosent Emeqaranı, Reynaldonu, Dinonu Azərbaycanda oynamağa razı salan “Qarabağ”ın indiki rəhbərliyi ilə Qurban Qurbanov olmamışdımı?! Dünya iki-üç futbolçudan ibarət deyil. Gedənlərin yeri heç vaxt boş qalmır. Klub rəhbərliyi bir qədər əziyyət çəkməklə azı bu üç futbolçu səviyyəsində əcnəbi forvard tapacaq. Bununla da işlər yenə öz axarında gedəcək.
Ndlovuyla üzbəüz sağollaşa bilmədiyimə görə təəssüflənirəm. Gözlərinin içinə baxaraq deyəcəyim bir-iki söz vardı. Madam ki, indiki məqamda əlimdən ancaq yazmaq gəlir, ürəyimdəkiləri elə qəzet səhifəsinə boşaldacam. Azərbaycan xalqını sevib, Qarabağ döyüşlərində həyatını itirənlərə verdiyin dəyər üçün TƏŞƏKKÜR, Dino! Azərbaycan futbolunun adını uca tutub, “Qarabağ”a pul qazandırdığın üçün TƏŞƏKKÜR, Dino! Danimarkada 63-cü dəqiqədə “Kopenhagen”in qapısından keçirdiyin o baxımlı qol səyəsində bizlərə Çempionlar Liqasının himninə Bakıda qulaq asmaq imkanı yaratdığın üçün də TƏŞƏKKÜR, Dino!
“Xançjou Qrintaun”dakı çıxışını həvəslə izləyəcək, qol müəllifləri sırasında sənin adını axtaracağıq. Daha artığını edəcəyinə inanırıq. Qısası, anladığın dildə - ingiliscə deyəcəm: Good luck (uğurlar), Dino!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:41 Alesio Renat məsələsinə nöqtə qoydu və sürpriz vəd etdi Bu gün, 14:38 Bakı İdman Sarayının fasiləsiz günü Bu gün, 14:35 Samit Nuruzadə U-18-i A divizionuna yüksəltmək istəyir Bu gün, 14:33 U-17 “Antalyaspor”u üstələdi Bu gün, 14:31 Rəşad Sadıqov Mahirlə Ramilə dəvət göndərməsinin səbəbini açıqladı Bu gün, 14:28 "İçki içmirəm, siqaret çəkmirəm, başqa nə etməliyəm?" Bu gün, 14:25 Yuri Maksimovu iki mövqe narahat edir Bu gün, 14:24 "Zirə" daha bir transfer edəcək Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Bütün xəbərlər
Ən çox oxunanlar