10 yan 23:04Yazar

Kimdi günahkar?

Gəncə böyük, qədim, tarixi hadisələrlə zəngin və ölkəmizə görkəmli şəxsiyyətlər bəxş etmiş şəhərdi. Bu şəhərin insanlarının qürurla “mən gəncəliyəm e, qaqa” deməsini məhz sadaladığım amillərə görə başa düşmək olar. Ədəbiyyatımızın incisi Nizami Gəncəvinin yaşayıb-yaratdığı şəhərin sakini olmaq qürurlanmaq üçün yetərli səbəbdi. Bu şəhər həm də futbolumuzun Məkkəsi hesab olunur. “Kəpəz”in adına uyğun çıxış etdiyi vaxtları var idi. Başqalarına dağ basırdı bu komanda. Amma indi “Kəpəz” gəncəlilər üçün gözdağına çevrilib.
2004-cü ilin futbol baharı sanki Gəncədən yan keçdi. “Kəpəz” əldən-ələ keçdi, amma “yağlı”sponsor tapa bilmədi ki, bilmədi. Vaxtilə titul mübarizəsində “Neftçi”ni belə geridə qoyan klub həmin inqilabdan sonra heç medalçılar sırasına da düşməyib. "Kəpəz" bir neçə dəfə ölüb-dirilib və sonda AFFA-nın qucağına sığınmaqdan başqa çıxış yolu tapılmayıb. Əlbəttə, “bu boyda şəhərin doğma klubuna pul ayıracaq biznesmeni yoxdu” sualını verə bilərik. Amma mən şəxsən bu sualı verməzdim. Çünki mənə görə mövcud iqtisadi idarəetmə mühitində Bakıdan kənarda ölkə futbolunun inkişaf strategiyası xam xəyaldı.
Bu gün ölkə əhalisinin yarısı bir qarın çörək pulunu qazanmaq üçün paytaxta axışır. Kimisi də daha yaxşı sosial həyat (kinoteatrlar, konsert məkanları, əyləncə mərkəzləri, bar-restoran, gecələr işıqları sönməyən bəzəkli binalar və s.) əldə etmək üçün Bakının yolunu tutur. Çünki bölgələrdə fabrik və zavodlar yoxdu, olanlar da tələbatın heç 1/4-ni ödəmir. İnfrastruktur da paytaxtla müqayisə oluna bilməz. Nə başınızı ağrıdım, urbanizasiya ifrat həddə çatıb. Belədə hansısa şəhərdə futbola maliyyə ayırması üçün sponsoru hardan tapasan? Gərək gözləyəsən ki, “azərbaycansayağı” variant işə düşsün. Yəni ki, ölkə başçısı hansısa olliqarxa göstəriş versin ki, bəs filan şəhərdə idmanı (oxu: futbol klubunu) ayağa qaldır. Bax, bu günün reallığı bundan artığına ümid etməyə imkan vermir.
Hə, AFFA-nın yaxasından da yapışa bilərik. Ki, niyə Tovuz, Mingəçevir, Lənkəran və başqa futbol ənənələri olan bölgələr qala-qala onsuz da klub əlindən tərpənə bilmədiyimiz Bakıda “Səbail”i araya-ərsəyə gətirdiz. Amma onu deyən kimi də Rövnəq Abdullayev üzünü elə turşudur ki, az qalırsan verdiyin suala görə həcc ziyarətinə gedib, Kəbəni təvaf edib, tövbə edəsən ki, bəs mən kişinin günahına girdim. Bu klubun AFFA-nın başqanı (və ya onun oğlu) ilə yaxından-uzaqdan əlaqəsi yox imiş.
Sözümün canı heç bu da deyil. “Kəpəz”ə niyə az pul ayırır deyə AFFA-nı “yıxıb-sürümək” fikrim yoxdu. Onsuz da mövsüm ərəfəsində məlum idi ki, “sarı-göylər” cari “futbol ili”ndə autsayder olmamaq üçün tər tökəcək. Nöşün ki, öncədən əsas maliyyənin Gəncə stadionunun ot örtüyünün təmirinə ayrıldığı deyilmişdi. Gəncəlilər gözqamaşdırıcı transferlərdən gözünü çəkməliydi. Qurulan heyət də mövsümü, sadəcə, yola verməyə hesablanmışdı. Amma nədənsə azarkeşlər (həm də rəhbərlik) reallıqla barışmayıb, Şahin Diniyevi təzyiq altında saxladı. Sonda təcrübəli mütəxəssis istefanı labüd gördü.
Halbuki klubun probleminin baş məşqçidə yox, maliyyə yetərsizliyində olduğunu az qala ağzıəmzikli körpə də bilir. Mənə elə gəlir ki, Kərim Diniyevin komandadan uzaqlaşdırılması da pula qənaət etməyə hesablanmış addım idi. Ən azı "Kəpəz"in indi yürütdüyü transfer siyasəti belə düşünməyə əsas verir. Ordan-burdan baxışa çağırılan futbolçularla avrokuboklara vəsiqə qazanmaq olmur, ağəli!
Sonda gəlirəm mətləb üstünə. Heç “Kəpəz”in Müşahidə Şurasındakı isimlərdən xəbəriniz var? Klubun saytında onların kimliyi ilə tanış ola bilərsiz. Hələ icra başçısının oğlu Elmir Əliyevi qoyuram kənara. Gəncə Avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev, "DET-AL Alüminium" MMC-nin baş direktoru Sərxan Babayev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və “Gəncə şərab-2" ASC-nin Müşahidə Şurasının sədri Namiq Məmmədov klubun Müşahidə Şurasının üzvləridi. Bu qədər “yağlı tikə” hansı klubun rəhbərliyində təmsil olunur? Bəlkə də hər biri ayrıca klub saxlaya biləcək imkana sahibdi. Amma həqiqət budu ki, onların heç biri doğma şəhərin futbolu üçün 1 manatından da keçmir. Heç stadionun oturacaqlarını tribunalara, “Dalğa Arena”dan gətirilən süni qazonu məşq meydançasına döşəyib qurtara bilmirlər. O ki qala “Kəpəz”ə pul ayıralar. İndi özünüz fikirləşin, kimdi günahkar? AFFA, Diniyev, yöxsa...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Bütün xəbərlər
Ən çox oxunanlar