07 yan 19:53Yazar

Qurbanov yığmaya ayırmalı olduğu vaxtı uşaq futboluna sərf etsə...

Hər il olduğu kimi, 2017-nin sonunda da bir sıra qurumlar müxtəlif nominasiyalar üzrə fərqlənənlərin adlarını açıqladı. "Futbol+"in sorğusunda Hacı Əliyev ilin idmançısı, Rəşad Sadıqov isə ilin futbolçusu seçildi. Mən birinci nominasiyada Şəhriyar Məmmədyarovu seçərdim (Şahmat Federasiyasının vitse-prezidentinin Şəhriyar qala-qala, əcnəbini seçməsi heç bir məntiqə sığmır), ikinci nominasiyada isə ilk iki yeri boş saxlayıb, 3-cü yerə Mahir Mədətovun adını yazardım.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının müəyyənləşdirdiyi laureatlara baxanda bir daha əmin olursan ki, necə bədbəxt ölkədə yaşayırsan. 6 nominantdan yalnız biri azərbaycanlıdı. İdmana nəzarət edən qurumlar isə utanmadan Azərbaycanda idmanın inkişafından danışırlar.
2017 onunla əlamətdar oldu ki, futbol üzrə yığmaya yerli məşqçi təyin olundu. Biranlıq ötən illərə nəzər salıb düşündüm ki, görəsən, Azərbaycan tarixinin ən yaxşı baş məşqçisi kimdi? Bu suala cavab tapa bilmədim, ancaq əminəm ki, pis məşqçi Vaqif Sadıqovdu. Təzada bax ki, indi o məşqçilərə rəhbərlik edir.
Qurban Qurbanovun təyinatı gözlənilən idi. Qurban bəy indiki halda yeganə namizəd idi. Lakin ona böyük ümid bəsləyənlər bilmirəm nəyə əsaslanır? Foqtsa, Proniseçkiyə milyonlar yedirən Rövnəq Abdullayev – Elxan Məmmədov cütü yerindədi, uşaq futbolu bərbad gündədi, ölkə çempionatını AFFA çempionatı adlandırmaq daha düzgün olar. Bir ölkənin ki 2-ci böyük şəhərində (Gəncəni nəzərdə tuturam) doğru-dürüst stadion, baza olmaya, Azərbaycanda hansı futboldan danışmaq olar?! Rəhbərlik 8 komandalı birinciliyə don geydirir ki, maliyyə vəziyyəti pisdi. İri addımlarla inkişaf edən dövlətin maliyyə vəziyyətinin pis olması kimin günahıdı - mənimmi, azarkeşlərinmi? Abdullayev - Məmmədov tandemi nə vaxt havaya sovrulan pulların hesabatını verəcək, bunu bilən varmı? Belə sualları xeyli uzatmaq olar. Əslində AFFA-nı Elxan Məmmədovun idarə etdiyi heç kimə sirr deyil. “Rövnəqsevərlər” belə bunu dolayısı ilə etiraf edirlər, onlar deyirlər ki, Rövnəq bəyin ətrafındakıların etdiklərindən xəbəri yoxdu. Belə olan halda Abdullayevin AFFA-ya aid suallara cavab verməsi gülməlidi. AFFA prezidenti sual veriləndə Bəhlul Danəndənin lətifəsində olduğu kimi deməlidi ki, Elxan "bigu" (Elxan bilər).
Haşiyə: Bəhlul Danəndə bir çobanı yaxşı geyindirir, özü isə köhnə paltar geyir, birlikdə məclisə gedirlər. Yolda çobana tapşırır ki, nə sual versələr, de ki, "Qulam bigu", yəni nökərim bilər. Getdikləri yerə çatanda yaxşı geyinən çobanı yuxarı başda oturdurlar, Bəhlul Danəndə isə özünə qapı ağzında yer edir. Yaxşı geyinmiş adamı önəmli şəxs sayanlar hər sualı ona yönəldirlər, o da hər dəfə deyir ki, "Qulam bigu". Məclisdəkilər də fikirləşirlər ki, nökəri belə bilirsə, gör özü necə savadlıdı. Daha bir sual olanda Bəhlul Danəndə deyir ki, qoy özü cavab versin. Onda çoban boynuna alır ki, məni əslində Bəhlul Danəndə geyindirib. Bəhlul Danəndə bildirir ki, mən sizə hər şeyin geyimlə ölçülmədiyini sübut etmək istədim.
Bu yaxınlarda "Futbol+"də oxudum ki, futbolun inkişafı ilə bağlı yeni Dövlət Proqramı qəbul olunacaq. Guya əvvəlki proqramın nəsə bir xeyri olmuşdu!
Qurban bəy "söhbətinə" qayıtsaq, onun hər şeyə nəzarət etməsi mənə İngiltərənin "bəli, cənab baş nazir" serialını xatırlatdı. Yeni təyin olunan baş nazir dəftərxana müdirinə (İngiltərədə iqtidar dəyişsə də, məmurlar yerində qalır) deyir ki, mənə ünvanlanan bütün məktublar stolumun üstündə olsun, bəlkə hansısa məktubu məndən gizlədirsiz. Bütün məktubları oxumağa girişən (halbuki dəftərxana müdiri təcrübəsi hesabına bunların hansının vacib olduğunu müəyyənləşdirirdi) baş nazir başqa işlərə vaxt ayıra bilmir, məcbur olub deyir ki, hər şey əvvəlki kimi daha yaxşı olardı. Qurbanov da yığmaya ayırmalı olduğu vaxtı uşaq futboluna sərf etsə, millinin olan-qalan potensialı da zərər görər.
Tam səmimi deyirəm: istərdim ki, Qurban bəy yığma ilə uğur qazansın. Axı, yerli məşqçinin təyinatını ən çox arzulayanlardan biri də mən olmuşam! Ancaq nikbinlik üçün heç bir əsas görmürəm və yenə də eyni sözü təkrarlayıram: bu idarəçilklə Azərbaycan hansısa irəliləyişə nail ola bilməz!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar