05 yan 22:20Yazar

İt ili – ümidlər ili?

Bildiyim qədəri ilə türk xalqları itlə yox, atla bağlı inancların əsiridi. Yuxuda at görməkdən tutmuş qızların ağ atlı oğlan arzulamasına qədər hər cür kult və əsatir nişanələri var. İt isə uzaqbaşı sadiqlik rəmzidi. Bu mənada 2018 ilə bağlı hansısa gözləntilərim olmasa da, yeni ilə böyük ümidlərlə baxıram.
Bu ümidin arxasında nə dayanır? Təbii ki, ilk növbədə AFFA-nın noyabrda reallaşdırdığı təyinatlar. Ölkənin ali futbol qurumu bütün yaş qrupu yığmalarını yenilərə - müstəqil futbolumuzun yetirmələrinə tapşırdı. Bu isə o deməkdi ki, artıq SSRİ futbolunda saç-saqqal ağartmış məşqçilərdən, eləcə də ad-sanı çox cəlbedici görünən, titulları və uğurları göz qamaşdıran əcnəbilərdən imtina edirik. Ötən 25 ildə Azərbaycan yığması ilə bağlı ən fərqli eksperimentlərə əl atıldı, ölkənin və dünyanın say-seçmə mütəxəssisləri “sükan arxasında” oldu, amma faktiki heç bir halda qrupda sondan əvvəlki yerdən qurtula bilmədik. Belədə haqlı olaraq sistem dəyişikliyinə, yığmalara yeni yanaşmaya üstünlük verildi.
Qurban Qurbanovla Rəşad Sadıqovun, eləcə də qalan yaş qruplarına rəhbərlik edəcək bəylərin xarizması və potensialı öz yerində - əminəm ki, onlar ən azı bir addım irəliləyə biləcək. Məni düşündürən, daha doğrusu, dekabrın 20-də AFFA-da Qurban bəylə baş katib Elxan Məmmədovun keçirdiyi birgə mətbuat konfransından sonra rahatlıq verməyən sual başqadı. Nəyə görə AFFA rəhbərliyi, eləcə də futbol ictimaiyyətinin bəzi təbəqələri Qurban Qurbanova xilaskar gözü ilə baxır, 25 il ərzində yığılıb-qalan bütün problemlərin yükünü onun çiyninə atır, məşqçi-menecer ifadəsinin arxasına sığınmaqla adamı çıxılmaz yola soxurlar? Əlbəttə, yığma, Vaqif Sadıqovun sevimli ifadəsini təkrarlamaq lazım gəlirsə, piramidanın zirvəsidi. Yəni həm ucalıqdı, həm də bütün problemləri çılpaqlığı ilə üzə çıxaran lakmus kağızı. Amma dediyim qüvvələr nə düşünür? Onların düşüncəsindən belə anlaşılır ki, Qurban bəy yığmalara yeni sistem tətbiq etməklə yanaşı, kadr hazırlığı və infrastriktur çatışmazlığından tutmuş ən müxtəlif qatlara qədər bütün problemlərin həll yolunu da göstərməlidi. Bağışlayın məni, bəs onda AGİN və klublar, ADBTİA və UGİM-lər, ATU nəyə lazımdı? Belə çıxır ki, bir adam həm gündəlik, praktik məşqçi işi ilə məşğul olmalı, həm də bütün başqa problemlərin həll yolunu göstərməlidi. Fərd hər nə qədər güclü və xarizmatik fiqur olsa da, bu çapda problemlərin öhdəsindən gələ bilməz. Odu ki, indidən Qurban bəyin və komandasının səlahiyyət-fəaliyyət dairəsinin sərhədlərini ən azı təsəvvürlərdə doğru müəyyənləşdirməliyik ki, sabah ən kiçik uğursuzluqlara görə belə onun üzərinə qaçmayaq.
Şəxsən mənim Qurban bəylə bağlı əsas gözləntilərim A millisinin uğurlu çıxışına inamdan uzağa getmir. Yaxşı ki onun sentyabrın əvvəlində start götürəcək Millətlər Liqası üçün komanda hazırlamağa yetərincə vaxtı olacaq. Sirr deyil ki, yığmasından üz döndərən bu ölkənin komandaya inamını, dolayısı ilə adamları da tribunalara məhz Qurban bəy qaytara bilər. O artıq azərbaycanlıların və Azərbaycan klublarının futbol oynaya bilməməsi ilə bağlı mifi çoxdan dağıdıb, bu yolda tarixdə qalmağa imkan verəsi addımlar atıb. Yığma isə yeni səviyyə, yeni çağırışlar deməkdi. Burda nə Pedro Enrike, nə də Dino Ndlovu və İbrahim Şehiç olacaq. Qurbanov İt ilində yerli uşaqlarla millətə ümid verməlidi. Düzdü, Millətlər Liqası boşa verilsə belə, 2019-da da durumu düzəltmək, yəni AÇ-2020-yə vəsiqəyə can atmaq mümkündü. Amma məhz bu il yığmaya inamın qayıtması çox yaxşı olardı. Xoş gəldin, İt ili... Ümidlərimizi boşa çıxarma...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı 17-01-2018, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Bütün xəbərlər
Ən çox oxunanlar