05 yan 21:31Yazar

Yalançının evi

AFFA İcraiyyə Komitəsinin dekabrın 20-də keçirilən iclasından sonra yığmanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablamışdı. Qəribədi ki, Qurbanovu millinin baş məşqçisi kimi keçirdiyi mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov da tək buraxmamış, hətta sual-cavaba qatılmış, vacib bildiyi məqamlarda müdaxilələr etmişdi. Halbuki bu mətbuat konfransının AFFA rəhbərliyinə heç bir dəxli yox idi, hansısa məqama görə Elxan Məmmədovun orda iştirakı vacib deyildi. Amma görünür, hər şeyi nəzarətdə saxlamaq istəyi cənab Məmmədova güc gəlib və Qurban Qurbanovla yanaşı əyləşib. Baş katib mətbuatın önünə çıxmağa, konfrans düzənləməyə belə həvəslidisə, daha vacib məqamlarda belə tədbirlər niyə təşkil olunmur? Məsələn, əvvəlcədən elan edilmir ki, filan günün filan saatında AFFA-nın baş katibi “Kəpəz”dəki yeyintilər, Gəncəyə ezam etdikləri nümayəndənin yol verdiyi nöqsanlar və audit yoxlamasının nəticələri ilə bağlı mətbuat konfransı keçirir, buyurub gələ, suallarınıza cavab ala bilərsiz? Mənim həmin konfransda ən çox diqqətimi çəkən məqam həmkarlarımdan birinin sonda Elxan Məmmədova ünvanladığı sual idi. Baş katibdən soruşmuşdular ki, hansı məşqçinin yanında özünü inamlı hiss edir, əcnəbilərin, yoxsa Qurban Qurbanovun? O da üzünə təbəssüm qondurub demişdi ki, Qurbanovun yanında çox rahat və inamlıdı. Çünki azərbaycanlıdı, müasir tələblərə cavab verən menecer-məşqçidi. Cənab Məmmədov bizdən inciməsin. Mən onun səmiyyətinə və verdiyi bu cavabın ürəkdən gəldiyinə inanmıram. İndi internet əsridi. İstənilən üzdə olan, ictimai əhəmiyyətli şəxsin adını axtarış sistemlərinə vurmaqla onun keçmişdə dediyi sözləri, işlətdiyi ifadələri tapmaq, müqayisə etmək mümkündü. Arxivdə Elxan Məmmədovun Berti Foqtsla yanaşı durub çəkdirdiyi xeyli şəkil var. Onlardan biri xüsusilə maraqlı alınıb. Dəqiq nə vaxt çəkildiyini bilmirəm, amma hiss olunur ki, hansısa layihə çərçivəsində Foqtsu Bakının orta məktəblərindən birinə aparıblar. Çünki masanın bir küncündə AFFA-nın uzun müddət yararlandığı məşqçilərdən olan Təbriz Həsənov da yer alır. Onun yanında isə AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev əyləşib. Yəqin ki, Berlində açılan futbol məktəbinin işlərinin yağ kimi gedən vaxtlarıdı. Həm Əliyevin, həm də yanaşı oturan Foqtsla Elxan Məmmədovun üz-gözündən xoşbəxtlik yağır. Həmişə zəhmli görünən Foqtsun təbəssümü isə xüsusilə maraqlı görünür. Dəyərli oxucularımızdan maraqlanan olsa, çox asanlıqla həmin fotonu tapa bilər. Çətinlik yaransa, mən öz arxivimdən yollaya bilərəm. O fotoya baxanda cənab baş katibin “özümü yerli mütəxəssislərin yanında daha rahat hiss edirəm” sözlərinin qeyri-səmimiliyinə əmin olmaq çətin deyil.
Baş katibin qeyri-səmimi olduğunu düşünmək üçün əsas verən daha bir məqama diqqət yetirək. Onun 2014-cü ilin sonlarında, AFFA-nın Robert Prosineçki ilə anlaşması ərəfəsində verdiyi bir müsahibədən bəhs edəcəm. Həmin vaxt futbol ictimaiyyətinin böyük əksəriyyəti Qurban Qurbanovun milliyə baş məşqçi təyin olunmasının zəruriliyini düşünürdü. Elxan Məmmədov və onun daxil olduğu qruplaşma isə buna qarşı çıxırdı. Müsahibədə də Elxan bəyə bu barədə sual ünvanlanır, baş katib isə cavabında incə manevr edir, işin içindən belə çıxmağa çalışır: “Ümumiyyətlə, bu düzgün deyil (Qurbanovun milli ilə yanaşı “Qarabağ”da çalışmasına işarə vurur). Məşqçi bir yerdə işləməlidi”. Siz görün bunu kim deyir - Elxan Məmmədov. Həmin Elxan Məmmədov ki, onun AFFA-dakı kadrlarının az qala hərəsi 2-3 vəzifə tutur. Vəzifəyə “kənar adam”ın gəlməsinin qarşısını almaqdan ötrü Mikayıl Nərimanoğlunu “Kəpəz”ə göndərən də o idi, bir adamın bir yerdə işləməsini deyən də. Maraqlıdı, indi nə dəyişib? Qurban Qurbanovun milliyə gətirilməsi ciddi bir sosial tələbə çevrildi, məsələ ölkənin siyasi rəhbərliyi səviyyəsində həll olundu. Baş katib də geri çəkilməyə, bu qərarı alqışlamağa məcbur oldu. İndi də mətbuat konfransında Qurban Qurbanovun yanında oturur, sual-cavaba müdaxilə edir, onunla yanaşı özünü rahat hiss etdiyini deyir.
Atalarımız “yalançını evinə qədər qovmaq lazımdı” deyiblər. AFFA-dakı yalançıları ifşa etmək, onları belə fakt qarşısında qoymaq elə evlərinə qədər qovmaq kimi bir şeydi. Alaha şükür, yaddaşımız güclü, internetdə axtarış aparmaq imkanlarımız genişdi. Bu il də yalançıları qovmağa davam edəcəyik. Evlərinin yerini bilmədiyimizdən ora qədər gedə bilməsək də, belələrini Azərbaycan futbolundan, AFFA-nın idarəçiliyindən qovmaq üçün fəaliyyətimiz davam edəcək. Siz dəyərli oxucuların, Azərbaycan futboluna ürək yandıran insanların köməyi ilə. Yorulmayacağıq!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı 17-01-2018, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Bütün xəbərlər
Ən çox oxunanlar