05 yan 21:29Yazar

Darıxıram...

Yadına sal o günləri
Oduna yanan mən olmuşam.
Həsrətini çox çəkmişəm,
Sənsiz darıxan mən olmuşam.
Bilməm nə oldu yenə,
Nə sözüm dəydi sənə.
Bilmirəm yenə.
Darıxıram, darıxıram,
Darıxıram sənsiz yenə.
Başı internetə, Avropaya qarışan indiki gənclərin yadına gələr, ya yox – bilmirəm. Ancaq rəhmətlik Məmmədbağırın bu mahnısı bizim üçün ana laylası qədər doğma və şirin idi. Az.TV-nin baxımlı vaxtlarında, kasetli maqnitofonların dövründə “Darıxıram”ın bir başqa ləzzəti vardı. Dayancaqların yanındakı kasetsatanların səsgücləndiricilərində tez-tez eşidərdik.
Nardaranlı balasının mahnının sözlərini kimə həsr etdiyindən xəbərsizəm. Bəlkə də mahnı xatirinə oxuyub. Bəlkə də səsinə uyğun gəlib deyə, səsləndirib. Lakin mənə elə gəlir ki, “Darıxıram”ın konkret ünvanı var. Mahnının sözləri də, musiqisi də, Məmmədbağırın o şirin ifası da konkret “damara işləyir”. Xüsusən də kimsə, ya da nəsə üçün darıxanda.
Şəxsi həyatda hər şey qaydasındadı, bu günümüzə şükür. Ailə-uşaq yanımda, sevdiklərim ətrafımdadı. Bircə anamdan narahatlığım var ki, telefon sağ olsun, uzaqlığı bir az yaxınlaşdırır. Buna baxmayaraq, sanki nəyisə itirmişəm, gündəlik həyatda nəsə çatmır. Xüsusən də iş planında, tapşırıqlarda, yazdığım yazılarda.
Dekabrın 3-dən bu yana, düz bir aydı şöbədaxili iclaslarda hay-həşir qalxmır. Danışmağına danışırıq, amma o effekti vermir. Məsələn, “Qəbələ” – “Neftçi” oyununun ertəsi Mahir Rüstəmli hansısa reportyoru divara dirəyib “stadionda filan hal yaşanmışdı, hara baxırdın, niyə görmürdün” sualını vermir. Şöbə redaktoru Kənan Həsənov protokollardakı səhvləri bir-bir sehirli dəftərçəsinə baxıb sıralamır. Turun ən yaxşı oyunçusunun müəyyənləşdirmək üçün 5-10 dəqiqəlik məclis-məşvərət qurulmur. “Turdan məqamlar”a aid olan şəxslərlə əlaqə saxlayıb, məzəli, bəzən də düşündürücü cavablar eşitmirəm. İstirahət dönəmində hazırlıq planlarından, təmsilçilərimizin yoldaşlıq görüşlərindəki rəqiblərinin adlarını, transfer ehtimallarını yazmaqdan bezmişəm. Oktyabr, noyabrdakı ab-hava yoxdu.
Çempionatdakı çəkişməli oyunlar, hakim səhvləri, futbolçuların tribunadan eşidilən söyüşləri – heç biri yoxdu. Ayxan Abbasov verilən sualları özünəməxsus şəkildə cavablamır, Roman Qriqorçuk qaşlarını çatıb xoşuna gəlməyən suala sərt cavab vermir, Tərlan Əhmədov “Neftçi”ni çətin vəziyyətdən çıxarmaq yönündəki planlarından danışmır. Anar Cəfərsoy lotereyada qazandığı uzunömürlü “planşet”i ilə mətbuat konfransını saytının yaddaşına köçürmür. Oyun başa çatandan sonra 5-6 jurnalist bir maşına yığışıb yaxın metrolara getmir.
“Feysbuk”da “Zirə”nin sabiq mətbuat katibi Elman Himayətoğlunun “DİQQƏT! Dəyərli jurnalistlər, sabah saat 14.45-də metronun “Koroğlu” stansiyasından Zirə İdman Kompleksinə avtobus çıxacaq” statuslarına rast gəlmirik. Onsuz da Elman iş yerini dəyişib, bundan sonra bu cür statusları olmayacaq. PFL rəsmisi Elgiz Abbasovun “Peşəkar Futbol Liqası” və “Topaz”ın birgə layihəsi olan jurnalistlərin bölgələrə səfəri çərçivəsində yolumuz Qəbələyədi” anonsundan sonra 20-30 qələm əhli AFFA-nın binası qarşısında yığışıb rayona yollanmır. Yolda maraqlı hadisələr yaşanmır, Qəbələdəki stadionda əlverişli yerdə oturmaq üstündə qırğın düşmür. Eksklüziv açıqlama almaq üçün futbolçu “ovuna” çıxan jurnalistlər bu dəqiqə monitor arxasında xəbər axtarışındadı.
Sosial şəbəkələrdə hansısa şübhəli epizodla bağlı mübahisə-münaqişə yaşanmır. Klub rəsmiləri saytları vasitəsilə bəyanat yaymır. Hakimlər cəzalanmır, Xaqani Məmmədov özünümüdafiə planlı açıqlamalar vermir. PFL-in prezidenti Ramin Musayev yaşanmış olayın altından yarızarafat cavablarla çıxmır. Rövşən Binnətlinin səsi efirlərdən gəlmir, Gündüz Abbaszadə “Neftçi”li günlərin xatirəsini bölüşmür, vaxtilə birgə işlədiyi futbolçuların maraqlı əhvalatlarından danışmır. Elnur Məmmədov “hara gedeyrsən, ayə” deyib, gündəmin adamı olmur.
Dünyada bəlkə də yeganə çempionat bizdədi ki, ilk yarı ilə ikincinin arasında 68 günlük fasilə var. İki aydan da artıq. Camaatın balaları iki ayı heç mövsümlərarası fasilə üçün ayırmır. Araz Abdullayev karyerasının bəlkə də ən qısamüddətli istirahətini etdi. Bakıya düşdü, 3-5 gün dincəldi, bir də yadına düşdü ki, Cənubi Kiprdə qış fasiləsi cəmi 12 gün çəkir. Yaxşı ki, araya kubokun yarımfinal görüşləri düşdü, adamın ürəyi bir az açıldı.
Çempionatda 68 günlük fasilənin olması faciədi. Səbəb məlumdu: premyer-liqada 8 komandanın mübarizə aparması. Kimin günahıdı, niyə belədi, nə etməli? Bu kimi suallara bu oyun növünə cavabdehlik daşıyanlar cavab tapsın. Bilinən odu ki, Azərbaycan çempionatı olmayan yerdə dünya futboluna baxmağın zərrəcə ləzzəti yoxdu. Çox darıxdırıcıdı, çox...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Bütün xəbərlər
Ən çox oxunanlar