04 yan 11:58Yazar

Kəsilməyən hind quşunun nağılı...

- 2017-nin yaddaqalan hadisələri ilə bağlı yazı hazırlayın!
- Elə bir hadisə olmayıb axı. Olanlar da şəxsi həyatla bağlıdı ki, onları qəzet səhifəsinə çıxara bilmərəm.
- Deməli, bu il ərzində redaksiyada heç bir olay yadında qalmayıb?
- (fikirləşirəm) Redaksiya ilə bağlıdısa, xüsusi olaraq “hinduşka” (hind quşu) əhvalatını” xatırlayıram. Onu yazım?
- Problem deyil, yaz.
Dekabrın 27-də “Futbol+”in ilin sonuncu nömrəsi ilə bağlı planlaşdırmasında baş redaktor Mahir Rüstəmli ilə aramızda yaşanan dialoqu diqqətinizə çatdırdım. Bəli, məhz “hinduşka əhvalatı”. Məzəli olay haqda bir qədər haşiyə çıxandan sonra.
Bu günə qədər Mahir müəllim yetirmələri haqda danışıb, verdiyi müsahibələrdə biz və bizə qədər çalışanların xüsusiyyətlərindən, iş bacarığından söz açıb, oxucuların bilmədiklərini diqqətə çatdırıb. Bu günün özündə də idman jurnalistikasına möhürünü vurmuş Rüstəmli haqda nəsə yazmaq, onun xarakterindən bəhs etmək bəlkə də düzgün deyil. Amma xeyir-duanı özü veribsə, həyata öz baxış bucaqları olan jurnalistikadakı müəllimim barədə cızma-qara etməklə səhvə yol vermiş olmaram.
Mahir müəllim sözün əsl mənasında unikal biridi. Kiminsə cırıq şalvar geyməsini qəbul etmədiyi halda, özü “Tommy Hilfiger”dən qırmızı köynəkdə gəzməyi normal sayır. Ya da birinin “sükan” arxasında telefonla danışmasını yanlış qiymətləndirir, halbuki şəxsi avtomobilinin istismar müddəti çoxdan bitib. 5 ildə nə qədər üstünə düşsək də, maşını yenisi ilə əvəzləmək istəmir ki istəmir. Dədə-babalardan qalmış adət-ənənələrin tərəfdarıdı deyə bəzən mübahisələrimiz futbol mövzusunda olan müzakirələrdən daha çox vaxt aparır. Təxminən 15-20 gün əvvəl isə redaksiyanın Yeni il tədbiri ilə bağlı təklifini eşidəndə başımdan tüstü çıxdı. İndinin özündə də yadıma düşəndə alovlanıram.
Deməli, baş redaktorumuzun fikrincə, “hinduşka” məclislərdə elit təam sayılır, bu heyvanın ətindən hazırlanan kabab yeməklərin şahıdı. Ona görə də budəfəki məclisdə mütləq “hinduşka” kəsilməliydi. “Hinduşka”ya sözüm yoxdu, amma siz ətin masaya gələn vaxta qədərki prosesə baxın. Rüstəmli bir-iki nəfəri də götürüb gedir “hinduşka” almağa. Alırlar, kəsdirirlər, atırlar maşının baqajına. Gətirirlər şəhərin mərkəzinə - redaksiyanın yerləşdiyi Ələşrəf Əlizadə, 31-ə. Lap dəqiq deyəcəm, Azərin kafesinə. Çiy əti verirlər kababçıya, o da ən qısa müddətdə əti şişə düzüb istədiyimizi əmələ gətirir. Əla, bundan yaxşısı ola bilməz.
- Mahir müəllim, bəs harda otururuq?
- Redaksiyada, lap elə sizin otaqda.
- 20 nəfərə yaxın adam balaca otağa yığışaq?
- Heç bir problem yoxdu.
- Mahir müəllim, kababla iş bitmir axı. Bunun salatı, qəlyanaltısı, turşusu var axı. Üstəgəl, Yeni il şənliyi adlandırdığımız məclisdən sonra qabları da özümüz yumalıyıq? Yazı masalarının üstünə qəzet sərib, onun üstündə yeyib-içək?
- Heç bir problem yoxdu. Elə ən ləzzətlisi budu da. Turşuya görə narahat olma, 3 kiloluq şüşədə turşunu mən gətirəcəm. Qalanlarına bir şey fikirləşərik.
- Bəs oynamaq?
- Dəhlizdə yerimiz var, o da problem deyil.
Və beləcə, başda şöbə redaktoru Kənan Həsənov olmaqla uşaqlar baş redaktorun təklifini dəstəkləyir. Təxminən 17 nəfərlik siyahı hazırlanır, adambaşı 15 manatdan toplamağa hamı razılıq verir. Dekabrın 30-da redaksiyada yığışıb “hinduşka” kababı yeyəcəkdilər. Elit yeməkdi.
Həmin məclisdə iştirak edəcəyimə qərar vermədiyim günün axşamı yolum təsadüfən şəhərin mərkəzinə - “Port Baku”nın düz yanında yerləşən restoranlardan birinə düşür. Obyektin inzibatçısına “bu cür yerdə qiymətləriniz əladı” demişdim ki... Sən demə, restoranın banket zalı və ayrıca otaqları da var. Keçib baxırıq, bəyənirəm. Və ən vacibi, orda olduğumuz müddətdə karaoke aparatı pulsuz xidmətimizdə olacaq. Hansı mahnını istəyirsən oxu, istəyirsən oyna. Masanın üzərinə qəzet səhifələri yox, süfrə səriləcək. Masanı özümüz yox, ofisiantlar bəzəyəcək. Sonda da qabları yudurtmaq üçün adam axtarmayacayıq, mətbəxlərində qadın var. Əsl bəy balası kimi, ye, iç, oxu, oyna, əylən. Bundan gözəl şənlik? Qiyməti adambaşına 25 manat. “Hinduşka” süfrəsindən cəmi 10 manat artıq. Menyunu qatlayıb cibimə qoyuram, səhər gəlirəm işə.
Yenə iclas, yenə planlaşdırma, iradlar və təkliflər. Cibimdəki vərəqi Mahir müəllimə təqdim edirəm. Baxır, fikirləşir, “hinduşka”sından əl çəkmir ki çəkmir. Səsverməyə qoyuruq, uşaqlar sağ olsunlar, tədbiri restoranda qeyd etməyə qərar verirlər. İnsaf naminə, istəyin reallaşmasında qəzetin sahibi Vüqar Məmmədovun da xüsusi payı olur. Daim işçilərinin arxasında duran, bacardığı dəstəyi verən Vüqar bəy əlini cibinin dərinliyinə salandan sonra bu gün Yeni il şənliyini istədiyimiz məkanda qeyd etməkdə problem qalmır.
Bu dəqiqə “hinduşka”nın harda olduğunu bilmirəm. Amma biz – “Futbol+” kollektivi saat 14.30-da restoranda yığışacağıq. Mahir müəllim şəxsən orda olacaq. Sevdiyi heyvanın sağlığına da bir badə qaldırarıq ki, “hinduşka olayı” 2017-də qalsın.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar