01 yan 12:54Yazar

Şöbən(m)in igidləri

2001-ci ilin mayında “Futbol+”də ilk yazım işıq üzü görüb. Və bu tarixdən indiyədək jurnalistikada “lövbər salmışam”. 2009-un yanvarından isə reportyorluğa son qoyub redaktorluğa başladım “Futbol+”də. Vüqar Məmmədov və Mahir Rüstəmli ilə söhbətdən sonra qətiləşdi bu iş.
Yox, məqsədim sizi 17 illik fəaliyyətimi özündə ehtiva edən quru rəqəmlərlə yormaq deyil. Qarşıdan Yeni il gəlir və bu üzdən maraqlı olacağını nəzər alıb, rəhbərlik etdiyim daxili şöbənin, daha doğrusu, gündəlik iclaslarda tapşırıq verdiyim reportyorların fəaliyyətinə işıq salmağı qərara aldım. Hər halda, siz dəyərli oxucular üçün gündəlik materialları hazırlayan onlardı. Mənim işim mövzuları bölmək və redaktə etməkdi. Elə isə fərqli xarakterlərin toplaşdığı mehriban kollektivi siz də yaxından tanıyın. İnanmaq istərdim ki, böyük qardaşın, texniki direktorumuz, “Zorik” ləqəbli Namiq Süleymanovun təbirincə desək, “Boss”un bu qeydlərindən heç biri inciməz.
Mirağa Mirzəyevdən başlayaq. “Seyid, kərbəlayi” dediyim bu igid daxili şöbədə həm stajına, həm yaşına, həm də çəkisinə (özünün dediyinə görə, 100-ün anasını çoxdan ağladıb, indi isə yığdıqlarını əritməyə çalışır) görə öndədi. Elə ki iclaslarda mövzu bölgüsü başladı, növbə özünə çatan kimi Miri məni gözləmədən dərhal dilə gəlir: “Rəis, mənim tapşırıqlarımı qeyd elə. Deməli, əvəz, diviz, futzallar, BKFF və İK”. Artıq onun bu sözləri hamının dilində “bitib”. Şöbənin iclaslarında stressi və gərginliyi aradan qaldıran bir vasitədi. “Ay seyid, axı bunların hər birini 2000 işarədən hesablayanda, normativi yerinə yetirə bilməyəcəksən, çox azdı” deyən kimi başını tutub, özünə əl qatır. Amma nə qədər israr etsə də, sonda onun üçün nəzərdə tutduğum mövzunu da dəftərçəsinə, bəzi hallarda isə telefonuna qeyd edir. Bəzən səhhəti üzündən davamiyyətində problem yaransa da, çox səliqəlidi, faktlara həssasdı, şirin yazı üslubu var. İstənilən vaxt güvənmək olar seyidə. Mən əməliyyat olunarkən, Mahir Rüstəmli Madriddə səfərdə, müavini Miraslan Əzizxanoğlu isə rayonda idi. Miri qəzetin iki sayını təkbaşına çıxardı. Mənə görə mənfi cəhəti səs-küydən, kollektiv məclislərdən qaçmasıdı. Bunu da bağlayaq kərbəlayi olmasına.
Həbib Aslanovun sürətinə heyranam. Adam səhifəyarım materialı (hardasa 16-17 min işarə) bir də baxırsan, saat 3-ə kimi hazırlayıb və artıq bir ayağı redaksiyanın çölündədi. “Müsahibələr kralı”nın mövzularla bağlı da nadir hallarda səsi çıxır, yəni naz-qəmzəsi azdı. Tapşırıqları qırmızı yazan qırmızı rəngli qələmi ilə kitabçasına qeyd edən kimi işə başlayır. Keyfiyyətli yazılar, eksklüzivlərlə tez-tez sevindirir bu igid. Nəinki şöbədə, redaksiyada belə dəblə ayaqlaşmağa çalışan yeganə adamdı, yəni zövqlə geyinməyi sevir. Nadir hallarda olub ki, onun işindən mən və Mahir müəllim narazı qalaq. Amma bir ciddi qüsuru var ki, həllinə hələ də çarə tapılmır. Tez-tez qatıldığı məclislər başına bəla olub. Hər səhər əvvəlcə ümumi iclas olur, yəni Rüstəmlinin kabinetində, sonra isə daxili şöbə ayrıca bir araya gəlir. İlk iclasda Həbibi görməyən kimi hamı öz-özünə bu sözü deyir: “yüz faiz axşam o qədər içib ki, başını yastıqdan qaldıra bilməyib”. Bir az keçən kimi məlum olur ki, vəziyyət məhz düşündüyümüz kimidi. Yəni həmdə yaxşı səsi olan koçum axşam o qədər vurub ki, yerindən dura bilmir. Yaxşı ki, baş redaktor ürəyiyumşaq adamdı, bir üzrxahlıqla problem yoluna qoyulur.
Şöbədə məclis əhlinin daimi nümayəndələrindən biri də Rəşad Qasımovdu. Jurnalistlər arasında “partkom” ləqəbi ilə tanınır. Yeyib-içməklə arası sazdı, ətir xəstəsidi. Davamiyyətinə də söz ola bilməz. Redaksiyaya nə qədər tez gəlsən də, Rəşadı qabaqlaya bilməyəcəksən. Özü də bu igid Sumqayıtda yaşayır ha. Yəni əksəriyyətdən fərqli, yolu heç də qısa deyil. Mövzu baxımından heç vaxt problemi olmur. Çünki futbol adamları ilə iç-içədi, tanışları, dostları nə qədər desən. İşə tez gəlməklə həm də “pəpəş”lərə, yəni hazıra nazir olmaq kimi bir xüsusiyyəti var. İclas başlayır və tapşırıqlarını izah edərkən, Rəşad dillənir: “Qasanıç (mənə əksər vaxt belə müraciət edir), filan futbolçunun (məşqçi də ola bilər) filan xarici sayta maraqlı müsahibəsi də olacaq məndə”. Cavabım “Qasımov, axı sənin klubunla bağlı deyil bu, niyə başqasının bostanına girirsən” olsa da, artıq iş-işdən keçib. Çünki Rəşad yazının hazır olduğunu və iclasdan sonra atacağını deyir. Faktlara qarşı həssas olsa da, qrammatik səhvləri “uçuşur”. Səbəb yazısını ya ikinci dəfə oxumamasıdı (bunu boynuna qoya bilmirik), ya da tələsik işləməsidi. Məhkəmələrdə Rəşad, AFFA və PFL-in tədbirlərində Rəşad, bölgələrdə baş tutan oyunlarda Rəşad... Yaxşı nərd oynamağı da var ki, baş direktorumuz Cəsur Məmmədovla tez-tez çayçıda, özü də “interesdən” zər atırlar.
Fariz Əliyev şöbənin yaşca ən balacısıdı. Elə əksəriyyət də onu bəzən öz adı ilə yox, “balaca” deyərək səsləyir. İntizamına söz ola bilməz, yazılarına da çox həssas yanaşır. Qasımovun birinciliyini əlindən ala bilıməsə də, onun da yazılarında qrammatik səhvlər çox olur. Ən çox “yüklədiyim” igidlərdəndi. Hərdən dözməyib “müəllim, orda başqa yazı qalmadı?” deməkdən özünü saxlaya bilmir. Dinə meyilli olsa da, yeyib-içmək məclislərindən heç vaxt boyun qaçırmır. Özünə dəfələrlə demişəm, siz də bilin: yumor hissi o qədər fontan vurur ki, rahat KVN-də baş çıxara bilər. Heyif ki, istedadını boşuna xərcləyir. Amma yox, belə bir istedad sahibinin aramızda olması daha yaxşıdı.
Sərxan Musayevi bir növ özümə bənzədirəm. O da mənim kimi digər idman növləri üzrə ixtisaslaşsa da, futbolu da dərindən bilir. Zarafat deyil, adama “Qəbələ” kimi iddialı klub tapşırılıb. Ümumiyyətlə, futbolla bağlı istənilən mövzuda keyfiyyətli yazı ortaya qoymağı var. İntizamsızdı deməzdim, amma bu igid özünü son anda redaksiyanın qapısından içəri atır. Yəni nadir hallarda olub ki, ümumi iclasın startına 15-20 dəqiqə qalmış gəlsin. Din əhlindəndi, yaxşı şahmat oynamağı var, məclis adamıdı, futbolu zəif oynasa da, həmişə meydanda olmağa can atır. Bir az da tərsdi. Dəfələrlə Rüstəmli və bəndəniz bu qüsurunu qabartsaq da, şakərindən əl çəkmir ki çəkmir.
Məncə, bu qədər bəsdi. Əslində isə şöbən(m)in igidləri haqda saatlarla danışmaq, bir neçə səhifə yazmaq üçün yaddaşımda material var. Hamısını “refreş” eləmək uzunçuluq olardı. Sələfim Vüsal Mahmudovun bizlərə əl işarəsiylə göstərərək, “qısa, mümkün qədər qısa olsun” prinsipinə sadiq qalmağa çalışdım. Amma bunu bacardımmı?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar