01 yan 12:38Yazar

Heç Kərbəla müsibəti belə olmamışdı

“Futbol+”də həmişə demokratik ab-hava olub, var və nə qədər ki Mahir Rüstəmli baş redaktor kürsüsündədi, belə də qalacaq. Özünün peşə prinsiplərini diqtə, qəzetin üslubuna nəzarət etsə də, heç vaxt senzura hiss etməmişik. Avantüralardan bol olan dəyərli müəllimimiz xüsusilə qəzetin yeni ilqabağı son sayında hər kəsə özünü ifadə etmək sərbəstliyi verir, il ərzində başagəldiləri, yaşadığımız olayları qələmə almağı tapşırır. Sanki Şaxta Babaya məktub yazıb 2018-ci il üçün diləklərimi çatdırırmışam kimi, mən də həvəslə klaviaturanı barmaqlarımla döyəcləyirəm...
Bilənlər bilir, 20 ildi oxucuların görüşünə gələn “Futbol+”də 13 ildi mən də varam. Nəhs ili bu yay başa vuracam, qismət olsa. Yaya sağ çıxmamaq qorxum yoxdu, qorxum yayın istisidi. Çünki redaksiyanın kondisionersiz yeganə otağının sakiniyəm. Hə, onu da deyim ki, uzun illər ərzində cəmi iki otaq dəyişmişdim. Ancaq düz bir il əvvəl yerdəyişmələr oldu və mənə də məsləhət gördülər ki, “Futbol+”in daha bir qocaman işçisi, unikal insan Ramil Yusifovun yanına köçüm. Kaş “yox” deyəydim. Sakit təbiətli, ağır-sanballı həmkarımla yola gedirik, problem onda deyil. Sadəcə, dilsiz-ağızsız bu adam haqqını müdafiə etməyi bacarmır, yayda sərin, qışda isti dərdinə dözümlə səbr edib. Allahdan, mayın əvvəlində İraqa – Kərbəla ziyarətinə gedib gəldim, 40 dərəcədən yuxarı istiyə alışdım, bir növ “adaptasiya” dövrü oldu mənim üçün. Bununla belə, iyun-avqust aylarında qora kimi bişdim. 13 ildə cəmi 2 dəfə yer dəyişən adam 3 ayda bütün boş otaqların sakini oldu. Məzuniyyətə gedən həmkarlarımın kompüterlərinə “qonmaq” üçün hər həftə bir yerə köçdüm...
Əslində şikayətlənməyə də bilərdim. Çünki biz “acıların cocuğuyuq”, çətinliklər görmüşük. Yağışda bədənimizi irəli əyib dizimiz üstə qoyduğumuz bloknotu islanmaqdan qoruyan, “ilan-qurbağa xətti” ilə yazdığımız reportajı avtobusun atıb-tutmasına rəğmən, oxuya, redaksiyaya diqtə edə bilən, şəhərin bu başında müsahibə alıb onu virtual (internet nə gəzirdi) yox, yerində təslim etmək məcburiyyətində çalışan reportyorlardan olmuşuq. Maşallah, gənc həmkarlarım protokolu PFL-in saytından götürə, oyun epizodunu videoyazıya baxıb dəqiqləşdirə bilir. Rayon səfərlərinə də futbol qurumunun ayırdığı vasitə və vəsaitlə gedib qayıdırlar. Sadəcə...
...Artıq çəkim var deyə, istiyə dözümüm azalıb. Şaxta Babadan (rəhbərliyimizdən) təvəqqe edirik ki, Yusifovla mənim ağır çəkili (heç olmasa, təcrübə mənasında) olmağımızı nəzərə alsın, bizə bir kondisioner yetirsin...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar