01 yan 12:28Yazar

Dövlət büdcəsini daim zənginləşdirən “Futbol+”çi

2017 ilə də belə vidalaşdıq. Daha bir il göz qırpımında keçdi. Zaman su kimi axır, xəbərimiz yoxdu. Daha bir il qocaldıq və ya müdrikləşdik. İlə çox pis əhval-ruhiyyədə başlasam da, major notda bitirdim. Həyatımın son 2 ilində yaşananlardan yaxşı dram filmi yaratmaq olar. Bu müddət ərzində həyatın acı üzünü də gördüm, şirin üzünü də. Yıxıldım və durdum. Yaxınlarım, dostlarım, çalışdığım kollektivə, çətin vəziyyətdə, ağır depressiya yaşadığım dövrdə mənə dəstək olan, yerdən qalxmağıma əl uzadan hər kəsə minnətdaram. Yox, qəmgin notları dilləndirməyəcəm. Bir də ki, şəxsi həyat elə özəl qalsa, yaxşıdı. Bircə onu deyim ki, son gedişim yaxşı mənada hamını mat qoydu. Allah utandırmasın...
Əlbəttə, “Futbol+”in daimi oxucuları üçün yazarların necə insan olması, xüsusiyyətləri maraqlı ola bilər. Ona görə də özüm haqda bir-iki kəlmə deyib, keçəcəm 2017-də iş vaxtı yaşadığım maraqlı hadisələrə.
Xasiyyətimi bir cümləylə izah etsəm, mülayim, səbirli olduğu qədər özündən tez çıxan, yuxudan erkən dursa da, işə son dəqiqədə yetişən, daxili şöbədə yazılarını hamıdan gec başa vuran, müəyyən qədər sadəlövh, ən çətin vaxtlarda da pozitiv olmağa çalışan, deyib-gülməyi sevən və unutqan insan. Elə sonuncu xüsusiyyətim 2017-də başıma oyun açıb.
“Roma” ilə Bakıdakı oyunu səbirsizliklə gözləyirdik. Nəhayət, xəyallarımız gerçək olur, Çempionlar Liqasının qrup matçı Bakıda keçirilirdi. Havanın əlverişsizliyi Bakı Olimpiya Stadionuna yollanmağa mane ola bilməzdi. Yağış getdikcə şiddətlənirdi. Media sektorunda belə islanmışdıq. Tərslikdən köynəyin üstündən əynimə qolsuz gödəkçə keçirmişdim. Geri qayıdanda iliyimizə kimi islandıq. Amma bu, itirdiyim pul qabının verdiyi dilxorçuluğun yanında heç nə idi. Portmanatdakı puldan çox, şəxsiyyət, iş, VÖEN vəsiqəsi və maaş kartını itirdiyim üçün üzüldüm. Harda və necə itirdim, onu bilmədim. Ümumiyyətlə, bu il bir neçə dəfə “ASAN Xidmət”ə yolum düşüb. Artıq həyatım boyunca şəxsiyyət vəsiqəsini neçə dəfə itirdiyimi də unutmuşam. Dövlət büdcəsini istəmədən də olsa, zənginləşdirirəm də...
Ömrümün 32-ci baharına cəmi 3 ay qalsa da, hələ də bir “xəstəliy”i canımdan ata bilməmişəm. Uşaqlıqdan əsası qoyulan kompüter oyunlarına bağlılıq davam edir. Ara-sıra tanışlarla “Pley-steyşn”də futbol oynamaq həvəskarıyam. Hərdən işdən imkan tapanda otaq yoldaşım Elzaminlə də münasibətləri aydınlaşdırırıq. Yeri gəlmişkən, “Neftçi”nin qəzetimizə yubiley hədiyyəsi olan PS4 bizim üçün gözdağına çevrilib. Neçə vaxtdı texniki direktorumuz Namiqin “özfəaliyyəti” nəticəsində hələ də bu cihazı işə salıb, futboldan həzz ala bilmirik. Hamımız ümid edirik ki, növbəti yubileyədək bu hədiyyədən yararlana biləcəyik.
Hə, onu deyirdim axı. Bu il mənim üçün major notda yekunlaşır. Şəxsi həyatdakı müsbət dəyişiklikdən əlavə, karyeramda böyük hədiyyə aldım. Gənclər və İdman Nazirliyi məni ilin ən yaxşı idman jurnalisti seçdi. Azad Rəhimovun başında durduğu qurumu az tənqid etməmişik. Buna baxmayaraq, məni fərqləndirmələri gözlənilməz və xoş idi. AGİN-ə bir daha təşəkkür edirəm. Amma elə düşünməyin ki, bundan sonra qələmim itiliyini itirəcək, hadisələrə daha loyal yaşanacam. Qətiyyən. Əvvəl necə idimsə, elə də davam edəcək. Haqlının yanında, haqsızın qarşısında olacam. Bir “Futbol+”çi başqa cür ola bilərmi?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar