01 yan 12:18Yazar

Səhər saat 5-də divan davası

“Futbol+”də işlədiyim illər ərzində başıma o qədər maraqlı hadisə gəlib ki, onların hamısını yada salsam, qəzet səhifəsinə çıxarsam, ən azı bir nömrə daxili şöbənin bütün səhifələrini zəbt etmiş olaram. Ancaq bu dəfə baş redaktorun tapşırığına əsasən hər kəs 2017-də üzləşdiyi bir hadisəni çox qısa, lakonik şəkildə oxucularla paylaşmalıydı. Çox fikirləşdim, düşündüm nəyi yazım? Bölgələrin birinə çempionat oyununa gedib, matçdan sonra klub rəsmilərinin israrı ilə tanımadığım şəxsin toyuna getməyimi və orda başıma gələnləri, adını çəkmək istəmədiyim divizion təmsilçisinin rəhbərliyinin məni hansısa klubun prezidenti kimi qəbul edib, dərdini bölüşməsini, yoxsa başqasını. Sonda uzağa getməyib elə redaksiyamızda qarşılaşdığım olayı yazmağa qərar verdim.
Deməli, çempionat oyununu işıqlandırmaq üçün rayonların birinə ezam olunmuşdum. Təbii ki, oyun bitəndən sonra reportaj hazırlayıb redaksiyaya yolladım. Ondan sonra bəzi dostlarla bir süfrə arxasında oturub toqqamızın altını bərkitməyi lazım bildik. Və beləcə vaxtın nə vaxt, necə gəlib-keçdiyini bilmədik. Bir də onda ayıldıq ki, əqrəblər artıq gecə saat 2-ni göstərir. Tez-tələsik maşın çağırıb üz tutduq Bakıya. Paytaxta çatanda, yaz vaxtı olduğundan hava artıq işıqlaşmaq üzrə idi. Uzun yol və üstəlik, 6 saatlıq məclis. Təsəvvür edin mənim vəziyyətimi. Evə getməyin əlavə vaxt itkisi olduğunu düşünüb, birbaşa yollandım redaksiyaya. Fikirləşirdim ki, “Futbol+”in “gecə quşu”, dizaynerimiz Rəsulu yuxudan oyadıb evə yola salaram , özüm isə səhər iclasına kimi onun divanında yataram. Saat 04.50-ni göstərəndə artıq mən Rəsulun otağının qapısını döyüb, tezbazar onu yola salıb, yatmaq üçün alışıb-yanıram: “Rəsul, ay Rəsul (ondan cavab gəlmədi)”. Yenidən cəhd etdim və bu dəfə daha yüksək səslə bir dəqiqə əvvəl dediklərimi təkrarladım. Nəhayət, dizayner qapının arxasından cavab verdi: “Nə var, nə istəyirsən”? “Rəsul, artıq səhər açılıb, sən evə get, mən isə sənin yerində yatım. Gecə yol gəlmişəm, çox yorğunam” deyib, Rəsulun mənə yazığı gələcəyini düşündüm. O isə mənə belə cavab verdi: “Saat neçədi”? “Artıq səhər 5-di” deyib qapını açacağını gözlədim. Ancaq “gecə quşu” bir qədər düşünüb “sənin işin neçədə başlayır? Get, həmin saatda gələrsən. Mənim yuxuma haram qatma”. Onun bu sözləri məni necə özümdən çıxardısa, bu dəfə daha qəzəblə qapını döyüb Rəsuldan qapını açmağı tələb etdim. O yenə inadından dönməyərək və yarıyuxulu, yarıoyaq rus və Azərbaycan dillərini bir-birinə qarışdırıb elə sözlər dedi ki, artıq onu boğub öldürmək fikrimdən keçdi. Vəziyyətdən çıxış yolunu qapını dayanmadan yumruqlayıb onun yatmasına imkan verməməkdə gördüm. Ancaq bu da fayda vermədi və Rəsul qapı arxasından “nə istəyirsən elə, Maştağaya gedən marşrutlar yola çıxmayınca, mən də otaqdan çıxmayacam” deyib, yenidən divana uzandı. Artıq gücüm tükəndiyindən, onunla mübarizə aparmağın mənasız olduğunu anlayıb beynimdə divan həsrəti ilə öz otağıma keçdim, təkərli kresloda birtəhər yatmaq qərarına gəldim. Və beləcə başımı stolun üstünə qoyub yatmalı oldum. Yuxudan ayılanda isə bütün bədənim tutulmuşdu, başımın ağrısından isə isə az qala ağlamaq həddinə çatmışdım. Gücüm yalnız həmin an evində dincələn Rəsulun arxasınca yağlı sözlər işlətməyə çatdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar