01 yan 12:16Yazar

Niyə Maksimov?

Qazaxıstan premyer-liqasının son mövsümünün nəticələrinə görə “Taraz” tarixində üçüncü dəfə alt liqaya düşdü. Cambul vilayətinin eyniadlı şəhərini təmsil edən klub sön dövrlər bizim “Keşlə”ni xatırladır. Maddi sıxıntılar ucbatından geridə qalan mövsümdə komandanın 6 xalını federasiya silmişdi. Bizdən fərqli, qazaxların əsas liqasından əbədiyyət prinsipinin olmaması, reqlamentin işləməsi, məğlubları aşağı dəstə aqibətinin gözləməsi faktı “Taraz”a şans buraxmadı. Yuri Maksimovun yetirmələri böyük ümidlərlə dəvət olunmuş baş məşqçinin bütün səylərinə rəğmən, 12 klub arasında 11-ci pillədə qərarlaşa bildi. Ukraynalı məşqçi beləcə Qazaxıstanı ciddi “azarkeş rəğbəti” ilə tərk etdi, vətəninə yola salındı.
...Ötən ilin oktyabrında “Taraz”ın qapıçılarla işləyən məşqçisi Miroslav Radvanoviç mətbuata müsahibə verir: “Mənə hadisə barədə futbolçu özü danışdı. Baş məşqçi Əliyevi hava limanının yaxınlığında, güvənlik kameralarının önündə düz iki dəfə vurub. Ardınca Aleksandr taksi ilə hadisə yerindən uzaqlaşıb. Bu Maksimovun necə məşqçi olduğu göstərir. Məşqçi psixoloq olmalıdı, boksçu yox ”.
Söhbət Ukrayna yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Əliyevdən gedir. Bu futbolçunun nizam-intizamla bağlı problemlərinin olduğunu bütün postsovet məkanı bilir. Həmyerlisi Maksimov da çox yəqin ki, bilirdi. Məhz belə səbəblərə görə son iki mövsümü Ukraynanın həvəskar klublarında keçirən Əliyevin transferini istəyən də Yuri Vileviçdən başqası deyildi. Ukraynalı məşqçi ondan cəmi 6 oyunda yararlanır, hava limanında döyür, yola salır.
11-ci turdan Qazaxıstan klubunda işlə başlayan Maksimov 22 matçda “Taraz”ın hesabına 30 xal yazdıra bildi. Məşqçi müsahibələrində 30 xalı özünün uğuru sayır, komandası, bu 30 xalın qazanılmasında xüsusi əməyi olan ukraynalı forvard Aleksandr Pişura haqda isə heç danışmaq istəmir. Ona görə hamı çox zəif və pis idi.
***
İki gündü “Keşlə” rəhbərliyi əvəzindən düşünməyə çalışıram. Yuri Maksimova hansı keyfiyyətlərinə görə komanda etibar oluna bilər? Adamın karyerasındakı iki uğurundan biri “Obolon”u Ukraynanın premyer-liqasına yüksəltmək olub. Kiyev klubunun 1-ci dəstədə ağılsızcasına pul səpdiyi 2008/09 mövsümündən söhbət gedir. O mövsüm ki, “Obolon” məşqçisiz liqanın əsas dominantı sayıla-sayıla Maksimovla 2-ci yeri tuta bilmişdi. Ardınca ukraynalı gücünü “Krivbass”, Donetsk“Metallurq”unda da yoxlayıb. Hər iki klubda ümidləri doğrultmadığından göndərilib. Maksimovun növbəti uğuru isə yenə də böyük pullarla Rusiya premyer-liqasına çıxmaq üçün mübarizə aparmış “Mordoviya” ilə bağlıdı. 2013/14 mövsümündə vaxtından əvvəl çempionluğu təmin etmiş Saransk təmsilçisinin rəhbərliyi səhv etmirəmsə, mütəxəssisi son turdan əvvəl yola salmışdı.
Bütün statistik göstəriciləri də nəzərdən keçirdikdən sonra aydın olur ki, Maksimovun məşqçi uğurlarını alt liqaların iki varlı klubunun adı ifadə edir. Orta və aşağı büdcəli komandalarla, üst səviyyəli yarışlarda Yuri Vileviç heç nə edə bilməyib. Maksimovun Avroliqa təcrübəsi də var. 2013-cü ildə baş məşqçi Vladimir Pyatenkonun səyi ilə Avroliqaya vəsiqə qazanmış “Metallurq”u onun gedişindən sonra məhz Maksimov bizə tanış olan Albaniya “Kukesi”siylə oyunlara çıxarmışdı. Nəticə isə dövrünün büdcəsi və futbolçu heyətinə nəzərən, Donetsk klubunun arxivinə tarixinə fiasko kimi yazıldı. Evdə 1:0 qalib gələn ukraynalılar səfərdə 0:2-yə üzülərək liqanı tərk etdi. Maksimovu isə o gündən Donetskdə görən olmayıb.
***
İki gündü “Keşlə” rəhbərliyinin yerinə fikiləşirəm. Maksimov qərarını əsaslandırmaq çətindi. Təbii ki, işin arxasında qara planlar yoxdusa, burda heç bir məntiqəuyğun, ağıla səlim meyar tapmaq mümkün deyil.
Hələ Ramiz Məmmədovun idman direktoru təyin olunması, bir növ ukraynalı üzərində nəzarət, göz funksiyası xülyası... anlaşılan deyil.
Yaxın günlərdə “Keşlə”nin transferlərini görəcəksiz. Ukrayna futbolunun tör-töküntüləri. Aleksandr əliyevlər, bənzərləri... Yuri Vileviç mətbuata açıqlamasında klubun imkanlarının məhdudluğundan danışaraq, ayaq yeri də qoyub.
...Dahi Lobanovskinin ona lazım olan vaxtda “Dinamo”nu atıb, Almaniyaya qaçdığına görə xeyir-dua vermədiyi, ölənə qədər bağışlamadığı Yuri Vileviç Maksimovdan söhbət gedir...
P.S. Mən də öz adımdan bütün futbol ictimaiyyətini Yeni il münasibəti ilə təbrik edirəm! Yeni yığmalarımıza, yeni baş məşqçilərimizə, futbolumuzun bütün yenilikçilərinə uğurlar, daha pozitiv yeniliklər diləyi ilə!..
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar